“Koroğlu”nun Nigarı Kulisə danışır
19 oktyabr 2012
07:00
İlahə Əfəndiyeva Opera və Balet Teatrının gənc, gözəl, nadir səsli ifaçılarındandır. Onunla elə teatrda məşqdən əvvəl söhbət etdik. Hansı tamaşada məşq edir, o barədə sonra, hələlik elə soyaddan başlayaq.
- Azərbaycanda Əfəndiyevlər məşhur soyaddır, cəmi bir neçə bölgədə var, siz hansındansınız?
- Bu soyadda böyük nəsil Şəkidə var, Qarabağda var, biz Şirvan Əfəndiyevləriyik. Atam Şamaxıdandır, özünü də o yerlərdə yaxşı tanıyırlar, gözəl səsi var. Atamı dinləyən peşəkarlar deyib ki, məktəb lazım deyil, Tanrıdan bunun səsi verilib. Atam ixtisasca mühəndisdir, həmişə də müxtəlif vəzifələrdə çalışıb, sənətlə peşə kimi məşğul olmayıb. Ailədə üç uşağıq, hamımızın səsimiz var, amma məndən başqa heç kim arxasınca getmədi. Anam filoloqdur, iki bacım da həmçinin. Mən sonbeşiyəm, əvvəldən də dedim ki, mənə heç kim mane olmasın, vokal ifaçısı olacam. Çox mane olmağa çalışırdılar, amma görürdülər ki, həvəsim inadkarcasına artır. Evdəkilərin qəlbini qırmamaq üçün sənədlərimi hüquq fakültəsinə verdim, amma son məqamda imtahana getməkdən imtina etdim. İmtahanlara bir ay qalmış hazırlaşdım Konservatoriyaya. Qabiliyyətdən əla qiymətlərlə keçdim. Bəxtim onda gətirdi ki, üçüncü qrupdakı fənlər burda da var idi, yaxşı bal topladım. Hər şey o qədər ani oldu ki... Evdəkilər bir də gördülər ki, artıq konservatoriyanın tələbəsiyəm. Bəxtim gətirdi, vokal şöbəsində professor Elmira Quliyevanın sinfinə düşdüm. Bu günə qədər də o, mənim müəlliməmdir. Ayda bir dəfə də olsa onun yanına gedib biliklərindən bəhrələnirəm. Anama, atama borclu olduğum qədər Elmira müəlliməyə borcluyam, çünki onun istiqamət verməsi sayəsində bu gün mən dünyada vokal sənətini layiqincə nümayiş etdirirəm.
- Deyirsiniz ki, Opera və Balet Teatrında uzun illərdir, işləyirsiniz, necə oldu məhz bu teatra gəldiniz?
- Hələ ikinci kursda oxuyurdum, Opera və Balet Teatrında dinləmələr keçirilirdi, yaxşı səs axtarırdılar. Elmira Quliyeva dedi ki, gedək, sizi dinləsinlər. O anlar indiyə qədər yadımdadır. Elviranın ariyasını, ardınca Nigarın ariyasını oxudum. Dedilər gəl bizim teatra, siz sınaq müddətinə götürülürsünüz. İlk rolum da Nigar oldu. Teatr tarixində ilk dəfə idi ki, 20 yaşlı tələbə qız Nigarı oynayırdı. Bu partiyanı Firəngiz Əhmədova, Sona Aslanova kimi korifeylər oxumuşdu. Mən teatra gələndə bu partiyanı Qərinə xanım Kərimova ifa edirdi. Mənə çox çətin oldu, çox böyük məsuliyyət idi. Gələn kimi rejissor Hafiz Quliyevlə, dirijorla, xorla məşqlərə başladıq. Teatr bir-birinə dəymişdi, hamı təəccüblənmişdi ki, tələbə hara, Nigar hara. Yalnız Akif Məlikov deyirdi ki, gözəl alınacaq.
- Həmin dinləmədə yalnız sizi seçmişdilər?
- Dinləmə çox olur, düzü özümdən sonra kimi götürdülər, kimi yox, maraqlanmadım. Məşqləri elədik, tamaşa günü təyin olundu, mənə dedilər istirahət elə. Nə istirahət? Tamaşadan bir-neçə gün əvvəl bütün rahatlığım pozuldu, yata bilmədim. Tamaşadan bir neçə gün sonra da eynilə belə oldu, illərin yorğunu oldum elə bil. Hamısı həyəcandan idi.
İlk dəfə opera səhnəsinə çıxacaqdım, özü də “Koroğlu” kimi vahiməli bir operada, Nigar partiyası, çox həyəcanlı idi. Amma sınaqdan keçdim, solist kimi təsdiq edildim. Tamaşa çox uğurlu keçdi, indiyə qədər də Nigaram, hamı məni teatrda Nigar deyə çağırır. Hərçənd ondan sonra çox operalar oynamışam. İndi də məndən soruşurlar ki, ən sevdiyin partiya hansıdır? Deyirəm məsələn Traviata, deyirlər bəs, Nigar? Cavab verirəm ki, o konkursa daxil deyil, “Koroğlu” operası, Nigar partiyası mənim üçün başqa bir aləmdir. Ona toxunmayın.
- Neçə Koroğlu dəyişmisiniz bu on ildə?
- Dörd Koroğlu - Ülvi Qılınc, Həsən Ənami, Samir Cəfərov və sonuncu Ramil Qasımov. Əfsuslar olsun ki, ilk ikisi indi teatrda işləmir. Həsən Ənami Kanadada fəaliyyət göstərir. İndi bir Koroğlu var - Ramil Qasımov, bir də Nigar.
- Nigar niyə yoxdur, doğrudanmı səs tapılmır?
- Nə deyim vallah, bilmirəm. Yəqin mən hələ ki, bəs eləyirəm.
- Həyatda Koroğlunuz var, yoxsa yox, bəlkə Qıratın belində yoldadır, gəlir?
- Yoxdur, bəlkə də yoldadır. Bilirsiniz, səhvim ondadır ki, həyatda qarşıma çıxanları səhnədəki qəhrəmanlarımla müqayisə edirəm. Bilirəm ki, düzgün deyil, bu həyatdır, səhnə deyil, amma yenə eləyirəm. Həyatda da koroğlular tapmaq çətindir. Təkcə Koroğlu yox, ümumiyyətlə xarici operalardakı qəhrəmanlarımla da müqayisə edirəm, onların xarakterlərini axtarıram.
- Özünüzü aldada-aldada illəri itirirsiniz?
- Bilirəm. İnanıram ki, gözlədiyim şahzadə gələcək, onda Otellonun sevgisi, cəsarəti olacaq.
- Yəni gəlib sizi boğacaq?
- Hə, orası da var, nə edək, böyük sevgilərin böyük də problemləri olur. Əfsuslar olsun ki, səhnədəki bütün sevgilərimin axırı puç olub, bir Nigarın sevgisinin sonu yaxşı qurtarır. Həyatımı sənətimə o qədər qarışdırmışam ki, birini o birindən ayırmaq olmaz. Doğmalarımın xeyir-şərində, dostların məclislərində iştirak edə bilmirəm, məşq, tamaşa olur. Sənətlə bağlı olanlar bunu başa düşür, amma kənardakılar bəzən başa düşmürlər.
- Telefon nömrələriniz tez-tez niyə dəyişirsiniz, sizi narahat edənlər var?
- Çox, mən həm də 12 saylı musiqi məktəbində dərs deyirəm. Bəzi valideynlər uşaq gətirilər yanıma, dinləyirəm. Baxıram ki, bu uşaq bəlkə hansı sahədəsə uğur qazana bilər, amma musiqiyə aidiyyəti yoxdur, amma valideyn deyir ki, “yox, gərək müğənni olsun”. Biri zəng edir ki, sizi səhnədə görüb bəyənmişəm, evimizə, yaxud harasa dəvət edirəm. Heç dəxli var? Mən niyə tanımadığım birinin evinə, yaxud onunla harasa getməliyəm? Bu səbəblərdən nömrə dəyişməli oluram.
- Qismətiniz də azdırarsınız axı?
- Qisməti azdırmaq olmaz, əgər qismətdirsə.
- Ana olmaq, ailəyə bağlanmaq meyliniz yoxdu?
- O qədər çoxdur ki... Amma sənəti atıb, ailə quranlardan bəziləri Əli aşından da olublar, Vəli aşından da. O taleyi yaşamaq istəmirəm. 10 ildən artıqdır qazandığım uğurları birdən-birə kənara ata bilmərəm. Qanan adamla ailə qurub ana olmaq istəyirəm, o adam sənətimi də davam etdirməkdə kömək olsun mənə. Məni səhnədə bəyənib sonra səhnəni qadağan etmək istəyən adamlar çıxıb qarşıma. 16 yaşım yoxdur axı, artıq formalaşmış adamam, məni dəyişmək olar?
- Yaxşısı budur elə Koroğlulardan biri olsun sizin şahzadəniz...
- Hamısı evli olub, bircə Ramil subaydır, onunla da bir yerdə böyümüşük, bacı-qardaş kimiyik.
- İndi hansı tamaşanın məşqinə gedirsiniz?
- Raxmaninovun “Aleko”sunda Zemfiranı oynayıram. Ondan sonra “Tusko” operasını işləyəcəyik. Çox məsuliyyətli işdir, yaşım həmin partiya üçün çox azdır.
Ramilə QURBANLI

3098 dəfə oxunub
Oxşar xəbərlər
“Geri dönüş” filmi tezliklə nümayiş olunacaq
09:39
25 noyabr 2024
Aktrisa yeni serialda - "Kral kaybederse"
09:37
25 noyabr 2024
Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub
15:00
23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?
10:00
23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq
10:24
22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək
09:48
22 noyabr 2024