Stalinin aktyor etdiyi Morqunov
16 oktyabr 2012
07:15
Məşhur sovet üçlüyündən (Nikulin, Vitsin və Morqunov) biri-Yevgeni Morqunov Rusiya Federasiyasının əməkdar artisti idi, çox sevildi, məşhurlaşdı, amma ömrünü kasıbçılıqla başa vurdu...
Uşaqlığı
1927-ci ilin aprelində Moskvada dünyaya gəlib. Uşaqlığı Böyük Vətən Müharibəsi illərinə təsadüf etdiyindən çox ağır, kasıb bir uşaqlıq keçirib. Futbol oynamaq istəyəndə topu konserv qutuları ilə əvəz ediblər. O, futbol oynayanda həmişə qapıçı olardı, çünki gövdəsi topu qapıdan buraxmamağa kömək edərdi.
Çox kök uşaq imiş, sonralar məşhur aktyor bu barədə belə deyərmiş: “Anası mamaça olan uşaqlar belə-kök doğulurlar”.
Uşaqlıqdan zavodda çalışarmış, özü də 12 saat... Axşam kinoya gedərmiş. Kinoya getmək üçün hətta məktəbdə oxuyanda dərsdən də qaçarmış. “Ona görə artist oldum ki, məktəbdə yaxşı oxumurdum. Bir də ona görə ki, atasız böyümüşəm, məni düzgün yola yönəldəcək bir kimsə olmayıb ”,- müsahibələrindən birində yarızarafat, yarıciddi bu cür deyib. Kinodan başqa sevdiyi məşğuliyyət Sovet bəstəkarlarının musiqilərini dinləmək olub: “Ondan əvvəl doğulsaydım Leonid Utesov mən olacaqdım”.
1943-cü ildə zavodda işləyən Jenya bir gün Stalinə məktub göndərir: “Mən aktyor olmaq istəyirəm. Dərnəklərə getmişəm, “Mosfilm”də kütləvi səhnələrə çəkilmişəm. Zavodun direktoru məni buraxmır, sənətkar olmağımın, istedadımın qarşısını almağa çalışır. Mən də istəyirəm Stanislavski, Nemiroviç-Dançenko kimi olum”.
Cəmi 15 gün sonra Jenya çalışan zavodun direktoruna Stalindən belə bir məktub gəlir: “Yoldaş Morqunovu Tairov adına teatra köməkçi aktyor ştatına işləməyə göndərin”.
Teatrda gənc istedad çox qərar tuta bilmir, onu kino cəlb edirdi. 1944-cü ildə Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsinə, Sergey Gerasimovun sinfinə qəbul olunur.
Tələbəlik illərində ictimai nəqliyyatdan pulsuz istifadə edirdi
Vyaçeslav Tixonov, Sergey Bondarçuk, Nonna Mordukova, Sergey Qurzo ilə bir kursda oxuyan Jenya Gerasimovun sevimli tələbəsi olur.
Fənd işlədərək ictimai nəqliyyatdan pulsuz istifadə edirmiş. Hər səhər ictimai nəqliyyatda bu başdan düşüb o başa qədər sərnişinlərdən – vətəndaşlar, yol pulunu ödəyin-deyə yol pullarını yığıb sürücüyə təhvil verib özü pulsuz gedirmiş.
İnstitutdan sonra Morqunov teatrda işləməyə başlayır. Filmə isə ilk dəfə onu 1948-ci ildə öz müəllimi S. Gerasimov çəkir - “Gənc qvardiya” filmində satqın Staxoviç roluna.
Aktyor eyni vaxtda iki teatrda çalışır və filmlərə çəkilirdi. Çəkilirdi, amma uzun müddət onun aktyorluq karyerasında ilk oynadığı Staxoviç obrazı əsaslı rol oynadı. Rejissorlar onu müsbət rola dəvət etmirdilər, onun yaxşı aktyor olmasına şübhə ilə yanaşırdılar.
Hətta bir dəfə rejissor Dovjenko Morqunov üçün belə bir xasiyyətnamə yazıb: “Morqunovun istedadı varmı? Bunu deyə bilmərəm, amma ekspedisiyada maşın palçığa düşərsə, onu Morqunov çıxarda bilər. Lazım gəlsə aclığa tab gətirər, çünki ehtiyatı var. İstedadı varmı bilmirəm, amma bilirəm ki, zökəmi ayaq üstə keçirər”. Bu xasiyyətnamədən heç nə başa düşməyən teatr rəhbərliyi Morqunova bir söz deyə bilmir.
Onun həyatındakı əsaslı dönüş Leonid Qaydayla tanışlığından sonra baş verir. Bir gün çəkdiyi filmin iflasa uğramasından depressiyaya düşən Qaydayın əlinə “Pravda”dan felyeton keçir. Stepan Oleynikin şeirlə yazılmış “Pyos Barbos” felyetonu rejissora yeni ideya verir. Düşünür ki, üç nəfər axmağın bir itin arxasınca düşməsi, onların macərası çox gülüş doğuracaq.
Qaydayın sevimli aktyoru Vitsin əyyaş dostlardan birini - Trusu oynamağa razılıq verir. Balbes də problemsiz tapılır, Yuri Nikulin sirkdən dəvət olunur. Bıvalıy obrazı problemə çevrilir. Tanınmış aktyorlar doqquz dəqiqəlik qısametrajlı komediyaya çəkilmək istəmirdilər. Bir gün Qaydaya “Mosfilm”in direktoru İvan Pırevin katibəsi zəng edib deyir ki, axtardığınız aktyoru direktor tapıb. Həmin rola yalnız Yevqeni Morqunovu şəxsən direktor özü təsdiq edib. Çəkiliş pavilyonunda epizodik bir rola çəkildiyi vaxt onu görən direktor dərhal “Bıvalıy tapıldı”,- deyib.
Həmin rola görə Morqunov heç bir əziyyət çəkmədi, çünki özünü oynayırdı.
Hər iki filmdə Morqunovu it qapıb
Onun ardınca “Araq çəkənlər” filminə çəkilən Morqunov artıq bu iki obrazla Sovetlər Birliyinin tanınmış simasına çevrildi. Hər iki filmin sevilmədiyi ev, ocaq yox idi. Küçədə insanlar özlərini həmin üçlüyə bənzədirdilər. Hərçənd heç kim həyatda onların üzləşdiyi düşdüyü situasiyalarla qarşılaşmaq istəməzdi.
Hər iki filmdə çəkiliş zamanı iki müxtəlif it Morqunovu qapıb. Aktyor ardıcıl iki itin onu dişləməsindən sonra uzun müddət müalicə alıb. Amma bu hadisələri zarafatla xatırlayırmış. Bu filmlərə görə rejissor və aktyorların hər üçü Stalin mükafatına layiq görülüblər.
Bu uğurdan və populyarlıqdan faydalanmaq istəyən Eldar Ryazanov dərhal həmin üçlüyü “Şikayət kitabçanızı verin” komediyasına dəvət etdi.
Həmin film Qaydayın komediyaları qədər uğur qazanmadı. Qayday isə dayanmadan eyni aktyorlarla “Qafqaz əsiri”, “I əməliyyatı və Şurikin başqa macəraları” filmlərini lentə aldı. Filmlər dərhal uğur qazandı, amma heç kim bilmirdi ki, bu uğurlar hansı zəhmət və əsəb bahasına başa gəlir. “Qafqaz əsiri”nin çəkilişlərində üçlüyün magistral yolda Ninanın arxasınca qaçdıqları, maşın qovduqları səhnə heç cür alınmırdı. Qayday əsəbiləşib özündən asılı olmayaraq aktyorlar üstünə çığırır. Morqunovun çönüb ona “Qayday, arxamızca pişik kimi düşüb, bizi siçan kimi qovursan”,- deməsindən sonra rejissor ondan küsüb. Onlar yalnız 27 il sonra “Üç aktyorun muzeyi”nin açılışında barışırlar. Bəli, Moskvada belə bir muzey var.
Qaydayın filmlərindən sonra bu üç aktyoru dəli bir şöhrət öz qoynuna alır. Morqunov isə hamıdan populyar olur, hətta futbola baxmaq üçün stadiona belə biletsiz keçməyi azmış kimi arxasınca gələni də “bu mənimlədir”,- deyə biletsiz keçirərmiş.
Morqunov Vitsini çox sevirdi, “O, haqqını almayan sənətkardır”,-deyirmiş. Nikulinlə isə onunku heç alınmırdı. Filmlərdən sonra yalnız öz karyerası ilə məşğul olan Nikulin onlarla görüşmürmüş, buna görə Morqunov zarafata salıb həmişə onu sancırmış.
Bir dəfə Morqunov Nikulinə sataşmaq üçün sirk seanslarının birindən əvvəl girişdə duraraq sirkə gələnlərə deyib ki, kimin ev problemi varsa, sirkin direktoruna müraciət etsin. Hamı seansa yox, sirkin direktorunun qəbuluna yollanıb. İşin nə yerdə olduğunu aydınlaşdıran Nikulin tapşırıq verib ki, Morqunov bir daha sirkin həyətinə belə buraxılmasın: “Bizə öz klounlarımız bəsdir”.
Bıvalıy rolundan sonra Morqunov elə də çox rola çəkilməyib. 1962-ci ildə özü Şoloxovun əsəri əsasında “Kazaklar ağlayanda” filmini çəkir.
1982-ci ildə isə M. Kozakov onu “Pokrov darvazaları” filmində Soin roluna çəkir. Morqunov həm faciəvi, həm də komik obraz canlandırır, özü də çox parlaq şəkildə. Rejissor bu filmdən sonra xaricə köçür, gedərkən Nikulinə deyir ki, ölkədə Morqunov kimi bir potensial qoyub gedirəm, gələn kimi onu dəhşətli bir obraza çəkəcəyəm. O, qayıdanda isə Morqunov yataq xəstəsi idi.
Şəkər, oğul itkisi və insult
Morqunov ömrünün sonlarında ölkəni konsert proqramlarının tərkibində gəzməklə çörək pulu qazanırdı. Tanınmış, qocaman aktyor şou-proqramlarda təlxəklik edirdi. Bu mənzərəni görmək çox acınacaqlı idi, bununla belə aktyor həyat tərzinin ağır olmasını heç kimə deməzmiş. Şəkərin təsirindən bədəni gün-gündən şişmanlaşırdı, yerimək çətinləşirdi və axsayırdı, amma səhnəyə çıxanda deyirdi ki, çəkiliş vaxtı at ağırlığına tab gətirmədiyindən onu yerə çırpıb. Bununla həm tamaşaçıları əsas fikirdən yayındırır, həm də gülüş yaradırdı. Yüksək şəkəri olan adam içməz, çəkməz, pəhriz saxlayar, Morqunov bunların əksini, özü də elə bil qəsdən edirmiş. Ya da başa düşürmüş ki, artıq sona yaxınlaşır, ona görə həyatın dadını çıxarmağa çalışırmış.
Aktyorun yaxşı ailəsi olub. 36 il bir yerdə yaşadığı xanımı və iki oğlu, nəvələri vardı. Ömrünün sonuna qədər səhnədə olub, amma özü, ailəsi üçün heç nə edə bilməyib. 1998-ci ildə Morqunovun ailəsinə bədbəxtlik üz verdi, kiçik oğlu yol qəzasında həlak oldu. Aktyor bu itkini çox ağır yaşadı. Ancaq işləyirdi, onu sevən tamaşaçılarından uzaq düşmürdü, hətta tamaşalardan sonra foyeyə çıxırdı ki, onunla şəkil çəkdirmək istəyənləri razı salsın, amma oğul itkisi getdikcə daha dərinə işləyirdi.
Bu itkidən sonra çox yaşaya bilmədi. İki infarkt və ardınca insult. Xəstəxanadan sağ çıxa bilməyəcəyini anlayan aktyor yaxınlarına zarafatla “məni burdan daşıya bilməyəcəksiniz, mən daşınmazam”,-deyirmiş. Oğlundan sonra cəmi bir il yaşadı.
Rusiyanın əməkdar artisti 1999-cu ildə Moskvada Mərkəzi Klinik Xəstəxanada 73 yaşında dünyaya əlvida dedi.
Əzizləri onu Kunsevski məzarlığında torpağa tapşırdılar. Rusiya mədəniyyətinin qəribə ənənəsi var – başqa aktyorların dəfnində olduğu kimi Morqunovun da dəfnində rəsmi şəxslər, teatr və kino kollektivi iştirak etməyib. Qəbrinin üstünü isə xanımı öz vəsaiti hesabına oğlunun məzarı ilə eyni vaxtda düzəltdirib.
Ramilə QURBANLI
Digər yazılar:
“Səni heç kim kinoya çəkməz, Nikulin”
İlk sevgi, intihar, ağ ciyər xərçəngi
Sədaqətli ərin tənha ölümü

2243 dəfə oxunub
Oxşar xəbərlər
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq
10:24
22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək
09:48
22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada
10:40
21 noyabr 2024
Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"
09:55
21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda
09:30
21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu
09:12
21 noyabr 2024