“Nazir aktyoru mükafatlandırdı”

“Nazir aktyoru mükafatlandırdı”
12 sentyabr 2011
# 14:49
Sentyabrın 26-da Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru, əməkdar artist Ramiz Məmmədovun 60 yaşı tamam olacaq.

Teatr sənəti sahəsində uzunmüddətli və səmərəli fəaliyyətini nəzərə alaraq, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tanınmış aktyoru təbrik edərək mükafatlandırıb.

Ramiz Məmmədov 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət alıb. “Qaynana” tamaşasında Əli, “Gurultulu məhəbbət”də Həsən, “Gözün aydın”da Qəhrəman, “Boşanaq evlənərik»”ə Ağacan, “O olmasın, bu olsun”da Məşədi İbad, Rza bəy, Hambal, “Bəbirlinin kələkləri” tamaşasında Bəbirli və başqa obrazları yaradıb.
Aktyor həmçinin “Səhər görüşləri”, “Yumoristik novellalar”, “Komediyalar aləminə səyahət” televiziya verilişlərində, “Yaşıl eynəkli adam”, “Zümrüd quşu”, “Qaynana əməliyyatı”, “Get gətir”, “Əzəlim gözəlim”, “Mənim dayım” tele-tamaşalarında müxtəlif rollar oynayıb.

Aktyor 2001-ci ildə əməkdar artist fəxri adına layiq görülüb.
# 2937 dəfə oxunub

Oxşar xəbərlər

Fələstin haqqında film  tarixi yaddaş uğrunda mübarizəyə çevrildi

Fələstin haqqında film tarixi yaddaş uğrunda mübarizəyə çevrildi

13:30 13 oktyabr 2026
İlon Mask  haqqında sənədli film ətrafında qalmaqal

İlon Mask haqqında sənədli film ətrafında qalmaqal

12:30 13 oktyabr 2026
Tənqidçilərin bəyənmədiyi qorxu filmi prokatın lideri oldu

Tənqidçilərin bəyənmədiyi qorxu filmi prokatın lideri oldu

11:01 13 oktyabr 2026
Özge Gürel:  "Bu işə başlayarkən çox qorxurdum"

Özge Gürel: "Bu işə başlayarkən çox qorxurdum"

10:26 13 oktyabr 2026
Tarixi Zəfərin uğurlu ekran təcəssümü: 5 il ərzində çəkilən “44” bədii filminin premyerası oldu

Tarixi Zəfərin uğurlu ekran təcəssümü: 5 il ərzində çəkilən “44” bədii filminin premyerası oldu

10:09 13 oktyabr 2026
"Uşaqlara qarşı ən qorxunc günah..." –  Robert Pattinson yeni qalmaqallı filmindən danışdı

"Uşaqlara qarşı ən qorxunc günah..." – Robert Pattinson yeni qalmaqallı filmindən danışdı

14:07 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər