Bomju güllələmək arzusu
22 avqust 2011
10:33
Şəkillərdəki özü ilə təsəlli tapır və içməkdə davam edirdi. Əslində onun elə çox şəkli də yox idi. Özündə cəmi bir şəkli vardı. Onu da itirməmək üçün aparıb qəzet köşkünün arxasındaki yarıqda gizlətmişdi. Hərdən onu lap çox alçaldanda birdəfəlik sınıb ürəyi partlamamsı üçün gedib şəkli oradan çıxarır, baxır, baxır, gülümsünüb yerinə qoyur, davam edirdi. Tələbə vaxtının şəkli idi. Oxudu, iş tapmadı və əvvəl içki düşkününə, sonra bomja çevrildi...
Bir şəkli də tələbə yoldaşında idi. Qız vaxtı onu sevirdi. Birgə şəkil çəkdirmişdilər. Əllərində də dondurma. Dondurmanı ona qız almışdı. O vaxt içki içmirdi. Heç siqaret də çəkmirdi. Deyirdi çoxlu pulum olanda çoxlu dondurma alacam. Amma sonradan əlinə ancaq qəpik-quruş düşdü və o da hamısını ucuz çaxıra verib tökürdü boğazına. Onu artıq hamı unutmuşdu. Bircə səhər tezdən küçələri təmizləyən sarı gödəkçəli qara bəxtli qadınlardan başqa. Elə, bir gün ürəyi partlayıb öləndə də bir müddət yalnız həmin qadınlar onun hara qeyb olduğunu düşünəcəkdilər. Və beləcə, bir necə gün gətirdikləri pendir çörəyi onun sərxoş vəsiyyətlərində dediyi kimi, küçə itlərinə yedirdib gedəcəkdilər...
Heç kim onunla danışmadığı üçün gecələr uzaqda hürüşən küçə itlərinə qoşulub astadan hürürdü. Çoxdan idi ki, ağlamağı da ulamağa çevrilmişdi. Onu ağlada biləcək səbəb də yox idi əslində. Sadəcə, bir dəfə yediyi çörəyin ətsiz qalan hissəsini onun üstünə atıb qaçan uşağı küçənin ortasında maşın vurdu. O ağladı və birdən başa düşdü ki, ulayır...
...Bir gün onu lap bərk incitdilər. Kücədə itləri gülləyən kəs, onun gözlərini bərəldib dəhşət içində baxdığını gördü. Nə baxırsan köpək-deyib qımışaraq silahın ucunu ona çevirdi, ağzı ilə “part” -dedi-qoysaydılar sizi də gülləyərdim. Siz bu itlərdən də betərsiniz. Murdar....
Qaçdı şəklinə baxsın. Küçəyə təzə asfalt döşəmişdilər. Köşk yerində yox idi...

2841 dəfə oxunub