MƏSULİYYƏTSİZLƏR! – İlqar Rəsul yazır

MƏSULİYYƏTSİZLƏR! – <span style="color:red;">İlqar Rəsul yazır
16 mart 2017
# 12:41

İşə gəlib FB-ni açmışam, görürəm Mövlud intihar(?) edib, Kənan da intihar anonsu verib.

A kişilər, sizin bu həyatda məsuliyyətini daşıdığınız bir insan, bir böyük, bir kiçik, bir ev, lap elə bir ağac-filan yoxdu ki, çətinə düşün kimi yalnız özünüzü düşünürsünüz?! Heç kimi və heç nəyi göz önünə almadan intihar edirsiniz?!

2011-ci ildə intihar etmək üçün bütün səbəblərim var idi. Hansı tərəfə çevrilirdim həyat öz əli ilə kəndiri boğazıma keçirdib kətilin üstünə dəvət edirdi məni. Amma mən,- yox, gör daha nə dərdin var, onları da yığ çiynimə, onsuz da təslim olmaq fikrim yoxdu-deyib ciddi-cəhdlə çökmək üçün ətrafımı saran səbəblərin arasında qalxmaq üçün bəhanələr axtarıb tapır, yaşamaqda davam edirdim. Buna "insanla həyatın qarşılıqlı həyasızlığı" da demək olardı. Problemlərdən bir anlıq yaxa qurtarıb nəfəs dərməyə belə imkan vermirdi həyat. Ya əvvəlki problemi daha da dərinləşdirir, ya da üstünə yenisini əlavə edirdi hər gün, hər saat. Sonda mən bir addım da irəli gedib problemləri məsxərəyə qoydum öz içimdə. Qəlbimdəki "şeytana" - "Alınmayacaq, yorma özünü, çəkil get tayını tap" - deyirdim dayanmadan...

Sonda çox gözəl, işıqlı bir səhər açıldı. Suyu süzülə-süzülə çəkilib getdi poblemlər. Və həmin səhərlərin birində, yaşda məndən böyük olan bir qohumum mənə dedi ki, "mən inanmırdım bütün bunlara dözə biləcəyinə". Mən də ona - "dözməkdən başqa variantım yox idi mənim, çünki çökən tək özüm olmayacaqdım, doğmalarım, yaxınlarım da batacaqdılar"- dedim.

P.S. İntihar etmək barədə düşünəndə əvvəlcə onu xayalınızda edin və doğmaların, yaxınların halına baxın, sonra ağlınızı başınıza yığın və gedin yaşayın. Özünüz üçün alınmırsa, yaxınlarınız üçün yaşayın bir müddət. Sonra hər şey yoluna düşəndə həm də özünüz üçün yaşayarsınız.

# 4283 dəfə oxunub

Müəllifin son yazıları

# # #