Olubmu öldüyün sənin, dərddən güldüyün sənin? – GÜNÜN ŞEİRİ

Olubmu öldüyün sənin, dərddən güldüyün sənin? – <span style="color:red;">GÜNÜN ŞEİRİ
1 avqust 2016
# 10:43

Şeirlər vardır, yazıldığı gündən dillərə, könüllərə düşən... İllər ötüb keçsə də yaddaşın bir küncündə, dilin ucunda qalan...İnsan yaşa dolsa da heç zaman qocalmayan, hər zaman öz estetik təravətini saxlayan, vəsf etdiyi duyğular qədər təmiz, saf və əbədi olan şeirlər. Kulis.az-ın “Günün şeiri” layihəsində bu şeirlər yada salınır. Bu ölməz şeirlərə yeni könüllər, yeni könül evləri, yeni sevgilər tapmaq üçün... Şeirləri çoxaltmaq üçün...

Şaiq Vəli: “Meyxanəçi”

Sərxoş gəlmişəm qapına,

Aç, aç, meyxanəçi!

Aşiqlər sənə tapınar…

Keç, keç, mexanəçi!

Olubmu öldüyün sənin?

Dərddən güldüyün sənin?…

Elə hey xaç bildiyin sənin

Hac, Hac, mexanəçi!

Aranı dağa daşımısanmı?

Solunu sağa daşımısanmı?

Özünü uzağa daşımısanmı? –

Köç, köç, mexanəçi!

Baxma naşı-naşı mənə,

Mey gətir – söz daşı mənə.

Könlün varsa qoşul mənə,

Uç, uç, mexanəçi!

Cahil əllərində aşiq başları –

Minarə kərpici, qüllə daşları…

İçib ayılır eşq sərxoşları…

İç, iç, mexanəçi!

Mən bu çağın nəyiylə yarışım?

Mən bu torpağın nəyiylə qarışım?!

Mən bu dünyanın nəyiylə barışım? –

Puç, puç, mexanəçi!

# 1543 dəfə oxunub

Müəllifin son yazıları

# # #