Hansı dövlətin bayrağında Kalaşnikov avtomatının şəkli var?

Hansı dövlətin bayrağında Kalaşnikov avtomatının şəkli var?
9 noyabr 2013
# 08:45

Bu gün ölkəmizdə “Milli Bayraq günü”dür. Bu münasibətlə Kulis.az dünya dövlətlərinin bayraqları haqda maraqlı faktları sizə təqdim edir:

Danimarka başqalarından necə fərqlənir?

Əksər dünya ölkələrinin qanunvericiliyində dövlət bayrağını yandırmaq, cırmaq və ya hər hansı zərər yetirməyə görə cəza nəzərdə tutulur. Danimarkada isə vəziyyət başqadır, bu ölkənin bayrağı istisna olmaqla başqa dövlətlərin bayraqlarına zərər vuran şəxs cəzalandırılır.

Birləşmiş Krallığın bayrağı necə yaranıb?

Birləşmiş Krallığın bayrağı bir az mürəkkəbdir. Bu bayrağın tarixi 1603-cü il İngiltərə və Şotlandiyanın birləşməsindən başlayıb. İlk ortaq bayraq belə yaranıb: ağ fonda qırmızı xaç olan Müqəddəs Georqinin ingilis bayrağı və göy fonda ağ diaqonal xaç olan Müqəddəs Andreyin şotland bayrağı. 1801-ci ildə isə ölkəyə İrlandiya və onun ağ fonda qırmızı xaç olan Müqəddəs Patrik bayrağı da qoşulub. Beləcə indiki Britaniya bayrağı yaranıb.

1942-ci ildə Amerikada amerikan bayrağına and içmə hərəkəti niyə dəyişdirilib?

ABŞ-ın müxtəlif ştatlarında uşaqlar məktəbə və ya bağçaya gedəndə hər gün əllərini ürəklərinin üstünə qoyub amerikan bayrağına and içirlər. Bu hərəkət heç də həmişə belə olmayıb. 1942-ci ilə qədər ölkədə bayrağa and içən vaxt əllər əvvəlcə sinəyə qoyulur, sonra isə havaya qalxırdı. Ancaq bu hərəkət “Nasist salamı”nı xatırlatdığı üçün dəyişdirilərək bugünkü halını alıb.

18 yaşlı oğlan hansı ölkənin bayrağını dəyişdi?

ABŞ bayrağı haqda daha bir maraqlı fakt odur ki, ölkəyə hər dəfə yeni ştat əlavə olunduqca bayraqdakı ulduz da artır. Axırıncı dəfə bayraq keçən əsrin 50-ci illərində dəyişib, Havay və Alyaska əlavə ediləndə. Prezidentin adına bayrağa ulduzları necə yerləşdirməklə bağlı 1500-ə yaxın variant göndərilir, onların içində isə 18 yaşlı Robert Heftin variantı seçilir. Heft öz variantını məktəb müəlliminə ilk dəfə göstərəndə o mənfi dörd qiymət yazıb və zarafatca “Əgər Konqress sənin göndərdiyin şəkli bəyənsə, qiymətini dəyişib 5 edəcəm” deyib. Dəyişməli də olub.

Filippin bayrağı necə dəyişir?

Filippin bayrağı günəş və ulduzlar çəkilmiş ağ üçbucaq və iki zolaqdan ibarətdir – göy və qırmızı. Bu yeganə bayraqdır ki, iki variantı var: sülh vaxtı göy rəng yuxarıda, qırmızı aşağıda olur, müharibədə isə rənglər yerlərini əksinə dəyişirlər.

Bəs Nepalın bayrağı ə ilə fərqlənir?

Əksər ölkələrin bayrağı düzbucaqlı şəklindədir. Əvvəllər hər dövlətin fərqli formalı bayraqları olub, sonra isə Avropada standart bayraq forması qəbul edilib. Bütün dünyada hazırda bayraq formaları eynidir, Nepaldan başqa. İki üçbucaqdan ibarət Nepal bayrağındakı qırmızı rəng ölkənin milli bitkisi olan rhododendronun rəngidir. Bayrağın kənarındakı mavi rəng sülhü təmsil edir. Üst üçbucağın daxilindəki yuxarı baxan aypara tək hökmdar və sarayı tərənnüm edir. Alt üçbucağın daxilindəki 12 guşəli günəş isə Rana xanədanlığını təmsil edir.

İki üzlü bayraq haranındır?

Paraqvayın bayrağı ikiüzlü olmağı ilə fərqlənir. Bayrağın qabaq hissəsində okeanın üzərində ulduz şəklinin təsviri olan dövlət möhürü həkk olunub. Arxa tərəfdə isə sütunun üzərində oturmuş şir şəklindən ibarət xəzinədarlığın möhürü təsvir olunub.

Hansı ölkənin bayrağında Kalaşnikov avtomatı var?

Mozambik bayrağı dünyada yeganə bayraqdır ki, Kalaşnikov avtomatının şəkli var. Avtomat həmçinin Mozambik gerbində də əks olunub.

Hansı ölkə İndoneziyanın bayrağına etiraz edib?

1945-ci ildə İndoneziya müstəqilliyini elan edərək qırmızı-ağ bayrağını qaldırıb. Eyni cür bayrağa sahib olan Monako da rəsmi etirazını bildirib. Ancaq etiraz əsassız qəbul edilib, çünki İndoneziyanın bayrağının tarixinin daha qədimliyi sübut olunub.

# 11039 dəfə oxunub

Müəllifin son yazıları

# # #