İnsanın ən pis tərəflərini göstərməyi sevən rejissor

İnsanın ən pis tərəflərini göstərməyi sevən rejissor
24 mart 2014
# 08:30

Kulis.az məşhur rejissorları bir-birindən ayıran fərqli cəhətləri təqdim edir.

Stiven Spilberq-ABŞ rejissoru

Parlaq işıq fonunda insanın silueti, yaxud çizgiləri – Spilberqi fərqləndirən cəhətlərdən biridir. Bəzən belə səhnələr qatı duman vasitəsilə yaradılır.

Kventin Tarantino-ABŞ rejissoru

Tarantinonun sevimli priyomlarından biri – avtomobilin baqajından baxışdır, kamera qəhrəmanların üzünü baqajdan çəkir. Bir də demək olar ki bütün filmlərində istifadə etdiyi “meksikan dalanı” – bu səhnədə bir neçə qəhrəman eyni vaxtda silahı bir-birlərinin başına dirəyirlər.

Ceyms Kameron-Kanadalı rejissor

Kameronun tərzi filmlərində miqyasın genişliyi, əzəmətliliyin olması ilə seçilir. Bu əlbəttə ki, böyük büdcə, güclü aktyor heyəti və bahalı xüsusi effektlər vasitəsilə edilir. Rejissor həmçinin filmlərinin mərkəzində parlaq və müstəqil bir qadın obrazı yerləşdirməyi sevir.

Lars fon Triyer-Danimarkalı rejissor

Fon Triyer əlbəttə çox fərqlidir. Filmlərində bəzən dekorasiya istifadə olunarkən minimalizmə yol verilir. Məsələn əsl küçə əvəzinə tabaşirlə yerə çəkilmiş küçə göstərilir. Filmlərində insanın ən pis tərəflərini nümayiş etdirməyi sevən rejissorun süjetləri adətən provokativ olur.

Stenli Kubrik-ABŞ rejissoru

Kubrik bütün filmlərində klassik musiqidən istifadə etməyi ilə fərqlənir. Rejissor baş qəhrəmanları geniş planda, başını aşağı tutmuş, gözünü isə yuxarı zilləmiş şəkildə göstərməyi sevir.

# 2281 dəfə oxunub

Müəllifin son yazıları

# # #