Roman Polanski: “Seks, əyləncə deyil, gücdür”

Roman Polanski: “Seks, əyləncə deyil, gücdür”
28 aprel 2014
# 08:00

Kulis.az “Esquire” dərgisinə istinadən tanınmış rejissor, “Pianoçu” filminin müəllifi Roman Polanskinin həyatdan öyrəndiklərini təqdim edir.

MƏN FİLMLƏRDƏ KÖLGƏLƏRİ SEVİRƏM. Amma həyatda yox.

İNSANLARIN YADDAŞI QISADIR. Kosova hadisələri başlayanda, Bosniyanı artıq unutdular, hələ mən İkinci Dünya müharibəsindən danışmıram. Müharibədən sonra konslagerdən qayıdan atam demişdi: “Bilirsən, 50 il sonra, onlar bunu unudacaqlar...”

ÖZÜNƏ ÇOXLU SUALLAR VERMƏK LAZIM DEYİL. Bu qırxayaq sindromudur. Qırxayaqdan soruşublar ki, sən hansı sıra ilə addımlayırsan, o bundan sonra yeriyə bilməyib.

SEKS ƏYLƏNCƏ DEYİL. Bu güc, stimul deməkdir. O sizin düşüncə tərzinizi dəyişir.

ŞARONUN ÖLÜMÜNDƏN SONRA (söhbət 1969-cu ildə hamiləykən öldürülən həyat yoldaşı Şaron Teytdən gedir) təslim olmaq istəyirdim. Sadəcə sağ qaldım.

BƏDBƏXTLİKLƏ MÜBARİZƏ APARMAQ- avtomobildə əyləci son anda basmaq kimi bir şeydir. Bu instintiktiv olaraq baş verir. Ya sağ qalırsan, ya da ölürsən.

UŞAQLAR reallığı olduğu kimi qəbul edirlər, onu başqa bir şeylə müqayisə etmək imkanları yoxdur çünki. Mənim uşağım dünyaya gəldikdən sonra bunu daha yaxşı anlayıram. Onun altı yaşı var idi. Mənim altı yaşım olanda almanlar Polşanı işğal etdilər. Onun beş yaşı var idi. Mənim beş yaşım olanda valideynlərim sonuncu dəfə məni kəndə dincəlməyə apardılar. Başa düşürsünüz? Onun yeddi yaş var idi. Mənim 7 yaşım olanda qettodakı tikanlı məftillərin arasından çölə çıxır və yenidən geri qayıdırdım. Mən keçmişə onun gözləri ilə baxır və necə təhlükələrdən keçdiyimin fərqinə varıram. O vaxt uşaq idim və bütün bunları başa düşmürdüm. Mən valideynlərimdən ayrıldığıma görə ağlayırdım, amma yemək pis olduğuna, yataqda birə, saçımda taxtabiti olduğuna görə ağlamırdım.

KİNO HƏMİŞƏ sizin hesabladığınızdan baha başa gəlir.

MƏNCƏ HAMİLƏLİYƏ QARŞI QƏBUL EDİLƏN HƏBLƏR qadınların psixologiyasını çox dəyişib. Təsəvvür edin milyonlarla qadın bu hormonal dərmanlardan istifadə edir, bunun təsirsiz ötüşdüyünü düşünmək olmaz.

KİNO – KİNODUR, həyat isə həyatdır.

İCTİMAİYYƏTİN ÖNÜNDƏ OLAN ADAMLAR üçün ədalət anlayışı fərqlidir.

MƏN MAZOXİST deyiləm. Amma səhərlər soyuq duş qəbul edirəm. Günü belə başlayanda bilirsən ki, həmin gün bundan daha pis heç nə ola bilməz.

# 3716 dəfə oxunub

Müəllifin son yazıları

# # #