Aprelin 16- da dünya kinosunun dahi aktyor və rejissorlarından biri Çarli Çaplinin 125 yaşı tamam olur. Kulis.az Çaplin haqda maraqlı faktları, böyük aktyordan sitatları təqdim edir.
Çaplin haqda faktlar:
- Çaplin bir dəfə də olsun Oskar mükafatı almayıb. Yalnız müsabiqədən kənar Oskara layiq görülüb.
- Amerikada 40 ildən çox yaşasa da bu ölkənin vətəndaşı olmayıb. Həmişə Böyük Britaniya vətəndaşı olub.
- Həyatında çox qadın olan Çaplin 4 dəfə evlənib və 11 uşaq atası olub. 12-ci uşağı məhkəmə vasitəsi ilə ona sırımağa çalışsalar da, ekspertiza aktyorun uşağın atası olmadığını təsdiq edib. Aktyorun sonuncu övladı o 73 yaşında olanda doğulub.
- Çaplin “Böyük diktator” filmində canlandırdığı Adolf Hitlerdən 4 gün böyük idi. Deyilənlərə görə, Hitler bığının formasını Çaplindən götürüb.
- Çaplin - fotosu Time jurnalının üz qabığında təsvir olunan ilk aktyor fotosu idi. 1975-ci ildə o, cəngavərlik titulu almışdı.
- Başqa ad altında Çaplinin oxşarları müsabiqəsində iştirak edib. Bir versiyaya görə aktyor müsabiqədə ikinci, birinə görə üçüncü, başqa versiyaya görə isə beşinci yeri tutub.
- Çaplin ayaqlarını 20 min dollar dəyərində sığorta etmişdi.
- 1928- cil ildə çəkdiyi “Sirk” filmində qulağına mobil telefona oxşayan qurğu tutan qadın təsvir edilib.
- “Qadın istənilən kişi milyarderi milyonçu edə bilər” və “Mən fillərə nifrət edirəm: onlar çox güclü və sözəbaxandılar” məşhur fikirlərinin müəllifidir.
- Çaplinin gözləri mavi olub.
Aforizmlər:
- Ayna mənim ən yaxşı dostumdu. Çünki mən ağlayanda, o əsla gülmür.
- Bir adamı öldürsən qatil, milyonlarla adamı öldürsən qəhrəmansan.
- Dünya hər kəsə çatacaq böyüklükdədir. Ona görə də başqasının yerini qapmaqdansa, çalışaraq gerçək yerinizi tapın.
- Qadın istənilən milyarder kişini milyonçu edə bilər.
- Mən fillərə nifrət edirəm: onlar çox güclü və sözəbaxandılar.
- Mənim həyatımdakı ən böyük düşmən zamandır.
- Məni anladıqları üçün, səni anlamadıqları üçün alqışlayırlar.
(Albert Eynşteynə söylədiyi söz)
- Danışarkən məni ancaq ingilis dilini bilənlər başa düşəcək, amma səssiz filmlərimi hər kəs başa düşür və dünya İngiltərədən ibarət deyil.
- Zaman ən yaxşı yazıçıdır, çünki həmişə mükəmməl sonluq yaza bilir.
- Həyat məşq edilməmiş bir teatr tamaşası kimidir. Bu tamaşada sizi alqışlayan olmayacaq. Pərdə bağlanmadan gülün, mahnı oxuyun, rəqs edin, aşiq olun... Həyatınızın hər anını dəyərləndirin.