Bu gün Amerikan yazıçısı Cek Londonun doğum günüdür.
Kulis.az Cek London haqda maraqlı faktları, əsərlərindən sitatları və yazıçının fotolarını təqdim edir.
Faktlar:
- Con Qriffit Çeyni 1876-cı il 12 yanvar tarixində San-Fransisko şəhərində anadan olub. Conun heç bir yaşı tamam olmamış anası Con London adlı fermerlə evlənir. Ögey atası onu himayəsinə götürür və sonralar oğul Con atalığının soyadını qəbul edir.
- Cek London məktəb illərində qəzet satıb, 14 yaşında isə konserv fabrikində işləyib. Qadağan edilməsinə baxmayaraq San-Fransisko limanında dəniz ilbizləri ovu ilə də məşğul olub. 1893-cü ildə Yaponiya sahillərinə və Berinqə dəniz pişiyi ovuna çıxan gəmiyə matros düzəlir. İlk dəniz səfəri onda olduqca böyük təəssüratlar oyatmaqla gələcək yaradıcılığına böyük təsir göstərib.
- Ömrünün son illərində böyrək xəstəliyindən əziyyət çəkir və ağrıların dözülməz həddə çatdığı günlərin birində çoxlu ağrıkəsici qəbul edir. Cek London 1916-ci il noyabr ayının 22-də Kaliforniyanın Qlen-Ellen şəhərciyində vəfat edir.
- Əsərlərinin motivləri əsasında 50-dən artıq film çəkilib.
- Cek London 1897-ci ilin yazında minlərlə amerikalı kimi "qızıl qızdırmasına" "yoluxub" və Alyaskaya gedib. Qızıl tapa bilməyib kor-peşman geri qayıdıb. Amma bu səfər onun yaradıcılığına ciddi təsir edib.
- Yazıçı Rus-Yapon müharibəsində və Meksikadakı vətəndaş müharibəsində muxbir kimi fəaliyyət göstərib.
Sitatlar:
Dahilik, satışa çıxarılan məhsulun üstünə qoyulan markadır.
Qadın təslim olanda qalib gəlir.
Əgər bilmədiyin bir oyun oynayırsansa, ilk həmləni rəqibin öhdəsinə burax.
Bu dünyada ediləcək, öyrəniləcək o qədər çox şey var idi ki, yeddi saat yatanda özümü günahkar hiss edirdim.
Məni mən olduğum üçün sevmirlər, çünki mən hələ də istəmədəkiləri köhnə mənəm.
Ölüm əzablı deyil, əzablı şey yaşamaqdır.
Həyata sevgisi olmayan varlıq, yox olmaq yoluna girib.
Paltarları kimi fikirlərini də hazır alınma idi.
Dişisiylə pis davranan ən pis heyvan insandır.
Həyat yaxşı kartlara sahib olmaq deyil, bəzən pis əllə yaxşı oynamaq məsələsidir.
İlhamın gəlməyini gözləməli deyilsiniz. Dalınca dəyənəklə qaçmalısınız.
Xeyirxahlıq itə sümük atmaq deyil. Xeyirxahlıq sən də it kimi ac olanda onunla sümüyünü bölüşməkdir.