Heç vaxt peşman olmayan Xirosima bombardmançıları

Heç vaxt peşman olmayan Xirosima bombardmançıları
30 may 2016
# 09:00

Kulis.az 1945 –ci ildə Xirosima və Naqasakiyə atom bombası atan təyyarəçilərin həyat tarixçələrini təqdim edir.

28 iyul 2014-cü ildə Teodor Van Kirk vəfat etdi. O, 6 avqust 1945-ci ildə ilk dəfə atom bombası atan “Enola Qey” adlı bombardmançı təyyarənin sağ qalan sonuncu ekipaj üzvü idi.

Sonuncu icraçı

Borbardmançı təyyarənin şturmanı olan 93 yaşlı Teodor Van Kirk Xirosimanın bombalamasında iştirak etdiyi üçün heç vaxt təəssüf etməmişdi. “Tarixin o anında atom bombalaması qaçılmaz idi, o, minlərlə amerikan əsgərinin həyatını xilas etdi” – Van Kirk demişdi.

Xirosima və Naqasakinin atom bombalanması ABŞ prezidenti Harri Trumenin şəxsi əmri ilə 6 və 9 avqust 1945-ci il tarixlərində həyata keçirilmişdi. Hərbi əməliyyatın həyata keçirilməsi Sakit okeanın Tinian adasında yerləşən V-29 509 aviasiya polkonun strateji bombardmançı təyyarəsinə tapşırılmışdı.

6 avqust 1945-ci ildə “Enola Qey” adlı V-29 təyyarəsi polkovniki Pol Tibbetsin komandirliyi altında Xirosamaya “Balaca” adlı uran bombasını atdı. Bombanın ekvivalenti 13-dən 18 kiloton tortilə qədər idi, nəticədə 166 min insan öldü. 9 avqust 1945-ci ildə isə mayor Çarlz Suininin komandirliyi ilə “Bokskar” təyyarəsindən Naqasaki şəhərinə “Toppuş” adlı pluton bombası atıldı. Gücü 21 kiloton trotilə qədər olan bombanın partlaması nəticəsində 80 min insan öldü.

24 nəfər idilər

Bombalama günü “Enola Qey”in ekipajında 12 nəfər var idi, “Bokskar”ın ekipajında isə 13 nəfər. Hər iki əməliyyatda iştirak etmiş şəxs radaraqarşı mübarizə mütəxəssisi leytenant Cekob Bezer idi. Beləliklə iki əməliyyatda ümumilikdə 24 Amerikan təyyarəçisi iştirak edirdi.

“Enola Qey”in ekipajında kimlər idi: polkovnik Pol V. Tibbets, kapitan Robert Lyuis, mayor Tomas Ferebi, kapitan Teodor Van Kirk, leytenant Cekob Bezer, ABŞ Hərbi Hava Qüvvələri kapitanı Uilyam Sterlinq Parsons, kiçik leytenant Morris R. Ceppson, serjant Co Stiborik, serjant Robert Karon, serjant Robert Şumard, birinci dərəcəli şifrələyici Riçard Nelson, serjant Veyn Dazenberray.

“Bokskar”ın ekipajında var idi: mayor Çarlz Suini, leytenant Çarlz Donald Alberi, leytenant Fred Olivi, serjant Kermit Bixan, kapral Ayb Spitser, serjant Rey Qallaher, serjant Edvard Bakli, serjant Albert Dexart, baş serjant Con Kuharek, kapitan Ceyms Van Pekt, Federik Eşfort, leytenant Filipp Barnes, leytenant Cekob Bezer.

“Enola Qey”in komandiri faciəni necə şouya döndərdi

Xirosima və Naqasakini bombalamış təyyarəçilərin çoxu heç vaxt ictimai aktivlik göstərməsələr də, peşman olduqlarını da dilə gətirməyiblər.

Xirosimanın bombalanmasının 60 illiyində (2005-ci il) “Enola Qey” təyyarəsinə daxil olan ekipajının sağ qalmış son üç üzvü – Tibbets, Van Kirk və Ceppson – bu hadisəyə görə təəssüf etmədiklərini etiraf etdilər. “Atom bombası tətbiq etmək qaçılmaz idi”, - onlar dedilər.

Bombalamanın ən məşhur iştirakçısı Pol Uorfild Tibbets idi. O, “Enola Qey” və 509-cu aviapolkun kiçik komandiri idi. Tibbets İkinici Dünya müharibəsi illərində ABŞ Hərbi Hava Qüvvələrinin ən yaxşı təyyarəçilərindən sayılırdı. O, həm də Duayt Eyzenhauerin şəxsi pilotu idi. Tibbets 1944-cü ildə 509-cu aviapolkun komandiri təyin edilmişdi. 509-cu polk atom bombasının komponentlərinin daşınmasını həyata keçirirdi. Həmin polk daha sonra Yaponiyaya atom zərbəsi endirmək əmri aldı. Tibbetsin anasının şərəfinə bombardmançı təyyarə “Enola Qey” adlandırılmışdı.

1966-cı ilə qədər Hərbi Hava Qüvvələrində xidmət dən Tibbets briqada generalı rütbəsinə qədər yüksəlmişdi. Hərbdən getdikdən sonra o, uzun müddət şəxsi aviasiya kompaniyalarında işlədi. Tibbets ömrü boyu Xirosimaya atom bombası atılmasının doğruluğu fikrini əminliklə müdafiə elədi. Hətta deyirdi ki, lazım olsa bunu təkrar edə bilər. 1976-cı ildə Tibbetsə görə ABŞ-la Yaponiya arasında böhran yaşandı. O, Texasdakı aviaşouların birində Xirosimanın bombalanmasını səhnələşdirmişdi. Bu hadisəyə görə ABŞ hökuməti Yaponiyadan rəsmi şəkildə üzr istədi.

Tibbets 2007-ci ildə 92 yaşında vəfat etdi. Onun vəsiyyətinə görə nə dəfn mərasimi keçirildi, nə də qəbirüstü abidəsi qoyulu. Çünki nüvə silahına qarşı çıxanların etirazlar aksiyalarından qorxurdu.

“Bokskar”ın pilotu Çarlz Suini aviasiyadan 1976-cı ildə general-mayor rütbəsində ayrıldı. Bundan sonra o, xatirələrini yazır, tələbələrə mühazirələr deyirdi. Tibbets kimi Suini də iddia edirdi ki, Yaponiyaya atom zərbəsi endirmək qaçılmaz idi, nəticədə minlərlə amerikan əsgəri xilas oldu. Çarlz Suini 2004-cü ildə 84 yaşında vəfat etdi.

“Xirosma hökmü”nün birbaşa icraçısı o dövrdə bombardmançı olan 26 yaşı Tomas Ferebi idi. Qurbanların çox olmasına təəssüflənsə də o da tapşırığın doğru olduğunu deyirdi: “Bu bombadan çox adam öldü. Mən təəssüf edirəm. Xoş olmasa da müharibənin tez bitməsi üçün bu qaçılmaz idi. Biz indi geriyə baxıb təkcə bu iki bombanın törətdiklərini görməliyik. Bir də mən razıyam ki, gərək bir daha belə hal təkrarlanmasın.” Ferebi 1970-ci ildə tərxis oldu, 30 il rahat yaşadı və özünün 81, Xirosima bombardmanının isə 55-ci ilində vəfat etdi.

O biri təyyarəçilər də uzun, xoşbəxt həyat yaşadılar və heç vaxt bu əməllərinə görə peşman olmadılar. Çarlz Olberi 2009-cu ildə 88 yaşında, Fred Olivi 2004-cü ildə 82 yaşında, Frederik Eşvot isə 2005-ci ildə 93 yaşında vəfat etdi.

“İzerli kompleksi”

Uzun illər boyu belə söhbətlər gəzirdi ki, guya Xirosima və Naqasakini bombalayanlar bu faciədə iştirak etdiklərinə görə peşmandırlar. Əslində isə əməliyyatda birbaşa iştirak etmiş şəxslərdən heç biri bombalamaya görə təəssüf etdiyini bildirməyib. Təyyarəçi Klod Robert İzerli həqiqətən də tezliklə dəli oldu. O, uçuş zamanı köməkçi funksiya yerinə yetirən təyyarələrdən birinin ekipajında idi. İzerli uzun illər psixiatrik klinikada müalicə olundu. Hətta onun adı ilə yen psixi xəstəlik də yarandı: “İzerli kompleksi”. Bu kompleks kütləvi qırğın silahı tətbiq edənlərdə yaşanır.

Onun yoldaşlarının psixikası daha möhkəm imiş. Çarlz Suini və onun Naqasakini bombalayan ekipajı törətdikləri dəhşətin miqyasını bir ay sonra öz gözləri ilə görə bildilər. Yaponiya kapitulyasiyaya imza atandan sonra ABŞ təyyarəçiləri Naqasakiyə fizika alimlərini, o cümlədən zərərçəkmişlər üçün tibbi preparatlar gətirmişdilər. Xarabalıq şəhərin dəhşətli mənzərəsi onları məyus eləsə də psixikalarını tərpətmədi. Bununla belə təyyarəçilərdən biri sonradan etiraf etmişdi: Yaxşı ki, şəhərin sağ qalmış sakinləri qarşısında dayananların 1945-ci il 9 avqust tarixində onların başına atom bombası atan həmən pilotlar olduğunu bilmədilər.

# 1358 dəfə oxunub

Müəllifin son yazıları

# # #