Çılpaq şəklini çəkdiyi qıza nağıl yazan yazıçı

Çılpaq şəklini çəkdiyi qıza nağıl yazan yazıçı
27 yanvar 2024
# 13:00

Bu gün “Alisa möcüzələr diyarında” əsərinin müəllifi Luis Kerrolun doğum günüdür.

Kulis.az Elnarə Ağaoğlunun onun haqqında məqaləsini təqdim edir.

İkişəxsiyyətlilik?

Mütəxəssislər də etiraf edir ki, o ikili həyat yaşayıb. Birinci həyatında Oksvord kolleclərinin birində dərs deyən darıxdırıcı müəllim həyatı yaşayırdı. Bundan başqa həm də diakon, (aşağı dərəcəli keşiş idi) amma pəltəkliyinə görə kilsə vəzlərini oxuya bilmirdi. Birinci həyatında onu Çarlz Lyutvic Dokson adlandırırdılar. İkinci həyatında isə o, yazıçı idi. Bu uydurmalar dünyasında onu Luis Kerroll kimi tanıyırdılar. Alisa Liddell üçün əvvəlcə “Alisa möcülərə diyarında”, daha sonra “Alisa güzgü arxasında” əsərlərini yazanda məhz bu insan idi.

Keroll Alisa və onun bacıları ilə bərabər Oksford ətraflarında gəzir, onların fotolarını - özü də həmişə paltarda yox, bəzən tamamilə çılpaq da - çəkirdi. Bütün bu fotoları o sonradan məhv edəcəkdi. Fotolar isə az deyildi, 22 il boyunca Kerroll olduqca çox qız uşağının şəklini çəkmişdi. Buna baxmayaraq, fotoların bəziləri günümüzə gəlib çıxıb. Bunlardan biri də Alisanın 14 yaşlı bacısı Lorinin açıq-saçıq fotosudur.

Alisanın atası Lyutvic Doksonun dərs dediyi kollecin rektoru idi. Elə o da qızlarına Kerrolla görüşməyi qadağan etdi. Alisadan ayrılandan sonra da bu məzəli yazıçı başqa qızlarla dostluq yaratmağa davam etdi. O, yeniyetmə rəfiqələrini evinə dəvət etdiyi vaxtları həyatının ən xoşbəxt günləri hesab edirdi və bu günləri təqvimdə qeyd edirdi. Kerroll yaradıcılığının araşdırmaçısı Martin Qardner deyir ki, oğlanlardan fərqli olaraq qızlar ona üstəlik də paltarsız olanda daha cəlbedici görünürdü: “O, analarının icazəsi ilə arabir qızların çılpaq rəsmini və ya fotosunu çəkirdi.”

Kerroll gündəliyində belə yazırdı: “Əgər mən öz fotolarım üçün dünyanın ən gözəl qızını tapıb görsəydim ki, çılpaq poza verməyə utanır, onun bu ani qorxaqlığını dəf etmək nə qədər asan olsa belə, bu işdən əl çəkməyi mən Allah qarşısında özümün vacib borcum bilərdim.”

Yağlı boya

Qardner davam edir: “O qızlarla qatarda və ya dəniz kənarında tanış olmağa alışmışdı. Özünün qara sakvoyajında hər zaman uşaqlar üçün müxtəlif hədiyyələr, özünün kəşf etdiyi oyunlar gəzdirərdi. O, hərdən özü ilə ingilis sancağı da gəzdirdi ki, qızlar dəniz qırağında gəzəndə donlarının ətəyini qaldıra bilsinlər.”

Yəqin Qardner bu portretin hər şeyi nə qədər açıq şəkildə göstərdiyini heç özü də bilməyib. Pedofiliyanın nə olduğunu bilən və bu mövzuda “Lolita” və “Sehrbaz” əsərlərini yazmış Vladimir Nabokov isə yazırdı: “Mən “Lolita”da onun (Keroll-red.) bədbəxt pozğunluğuna, yarı qaranlıq otaqlarda çəkdiyi ikimənalı şəkillərinə işarə göndərməkdən özümü güclə saxladım. O, əksər uşaqbaz və nimfosevər viktoranlar kimi sudan quru çıxmağı bacardı.”

İngiltərənin tarixində Viktorian dövrü olduqca qəribə zaman idi. Kişi və qadın arasında adi seks söhbəti belə qadağan olunmuşdu. Bunun nəticəsində seksual pozğunluqlar qabarırdı. Pedofiliya da bunlardan biri sayılırdı. Uşaq fahişəliyi ölkədə geniş yayılmışdı, uşaqları aldadaraq və ya oğurlayaraq seksual köləyə çevirirdilər. Onlara tələbat çox böyük idi, cəmiyyət, polis və ədliyyə isə göz yumurdu.

Kerrollun da daxil olduğu təhsilli çevrələrdə bunu şizofrenik dərəcədə görməzdən gəlir, uşaqları aseksual hesab edirdilər. Hesabla uşaqlarla seksdən söhbət gedə bilməzdi. Buna görə də uşaqların şəkillərinin çılpaq çəkilməsi mühakimə olunmurdu. Kerroll da belə fotoqraflardan biri idi.

Kerrollun seksual cəhətdən günahsız olduğunu sübut etməyə çalışan bəzi müdafiəçiləri paradoksal versiya irəli sürürlər. Onların fikrincə qızlar Kerroll üçün sığınacaq idi: guya onun münasibətdə olduğu xanımlar aşkara çıxmasın deyə qızların kölgəsinə sığınırdı. Viktorian dövründə nikahdankənar münasibətlər qəbul olunmurdu. Centlmenin evində qalmağa xanımlar üçün yolverilməz idi. Kerroll da çox güman ki, qızlarla yanaşı xanımları da qonaq çağırırmış. Uşaqlar da Kerrollun böyük xalalarla deyil, onlarla məşğul olduğunu göstərməli idilər. Bu versiya ağlabatan görünməsə də yazıçının müdafiəçilərinin fikrincə Viktorian dövrünün əxlaqına görə Kerrollun məşğuliyyətlərindən ən təmizi elə balaca qızlarla əylənmək idi.

Bəs sonra?

Kerroll xoşbəxtlikdən heç kəsi zorlamayıb. Hər halda belə bir fakt yoxdur. Halbuki yazıçı təkcə fotolarını məhv etməyib, gündəlik və məktublarının da bir hissəsinin yandırılmasını vəsiyyət etmişdi. Əldə olan məlumatlara görə onun intim münasibətləri fotoseansdan, öpüşdən, qucaqlamaq və əl sığallamaqdan o tərəfə keçmirdi. Bunlar hamısı oyun şəklində baş verirdi. Pedofil və onların vəkillərinin iddiasına görə bu cür surroqat seks uşaqların həqiqi zorlanmasının qarşısını ala bilər. Amma bir çox mütəxəssislər əmindirlər ki, onlar azı əldə edəndən sonra daha çoxuna nail olmağa can atacaqlar. Belə hadisələr də az olmayıb.

Viktorian dövründə belə problemi olan yazıçılar az deyildi. Uşaqlar üçün sevimli şeirlər yazan Edvard Lir də, Kerrollun tanışı, məşhur incəsənət tənqidçisi və “Qızıl çay kralı” əsərinin müəllifi - o, bu əsəri gənc sevgilisi üçün yazmışdı - Con Reskin də belə yazıçılardan idi. “Piter Pen”in müəllifi, yaşca Kerrolldan kiçik olan müasiri Ceyms Barrini də bu siyahıya əlavə etmək gərək…

Sual oluna bilər: bəs nə edək, Kerrollun nağıllarını oxumaq olar, ya olmaz? Əgər xoşunuza gəlirsə olar. Bu əsərlərdə pedofiliya yoxdur.

# 779 dəfə oxunub

Müəllifin son yazıları

# # #