Paulo Koelyo: “Mənə işgəncə verən o adama deyərdim ki...” – MÜSAHİBƏ

<span style="color:red;">Paulo Koelyo:  “Mənə işgəncə verən o adama deyərdim ki...” – <span style="color:red;">MÜSAHİBƏ
8 iyun 2018
# 17:36

Dünya şöhrətli yazıçı Paulo Koelyo geniş bir hissəsi İstanbuldan bəhs edən roman yazıb. “Hippi” adlanan bu roman daha çox avtobioqrafik xarakterlidir və ötən əsrin 70-ci illərindən bəhs edir.

60-70-ci illərdə Qərbdə meydana çıxmış hippi hərəkatı ilə Şərq dünyagörüşünü uzlaşdıran bu əsər ötən əsrdə baş verən, “68-in mayı” kimi bir sıra kulturoloji hadisələri də dərk etməyə imkan verəcək. “Kimyagər”dən başlayaraq yazdığı hər bir romanı ilə böyük satış əldə edən Koelyo növbəti kitabı haqqında aşağıdakıları deyib.

Kulis.az yazıçının türk mətbuatına verdiyi müsahibənin dilimizə uyğunlaşdırılmış variantını təqdim edir.

Yol və macəra

- 1970-ci ildə Avropadan başlayıb İstanbulda sona çatan səyahətinizi anlatdığınız “Hippi” sizin bu zamana qədərki ən avtobioqrafik romanınızdır. Bu gün baxdıqda o səyahətdən sizə qalan nə oldu?

- Valideynlərimin dediklərinin əksinə dünyanın heç də qorxulu yer olmadığını öyrəndim. Bu səfər şübhəsiz ki, mənə ən çox bunu göstərdi. Mənim fikrimcə macəraya atılmağa və özü üçün təhlükəsiz olan bölgənin hüdudlarından kənara çıxmağa gənclik illərində hər kəs cəhd etməlidir.

- Romanda gördüyünüz işgəncələrdən bəhs edən təsirli bir bölüm var. Burada sizə işgəncə verənlərdən birinin “çox yaxşı işgəncəverən” olduğunu qeyd edirsiniz. Bu gün o “çox yaxşı işgəncəverən”lə qarşılaşsanız, ona nə söyləmək istərdiniz?

- Ondan bunu soruşmaq istəyərdim: 60-cı illərdə o qədər insana verdiyin işgəncələrə görə peşmansanmı? Bunu soruşardım... Və ona belə deyərdim: Əgər cavabın XEYRdirsə, deməli hələ 60-cı illərdəsən və xəyalatlar səni izləməkdə davam edir. Yox, əgər cavabın BƏLİdirsə özünü əfv elə və həyatına davam et, çünki keçmişi dəyişdirmək mümkün deyil.

- Romanın əsas qəhrəmanlarından biri olan Karla sevginin həyatındakı rolunu heç vaxt kəşf edə bilməyəcəyi qənaətinə gəlir. Siz sevginin öz həyatınızdakı rolunu, funksiyasını kəşf edə bilmisinizmi?

- Sevginin belə bir roluna inanmıram. Sevgi sevgidir, bu qədər.

[Haber görseli]

Azadlıq və mübarizə

- Karlanın cənnəti son dərəcə darıxdırıcı yer hesab etməsi ilə bağlı kitabda cümlə var. Çox güman yaşadığı dövrün rəngli, hərəkətli və həyəcanlı bir dövr olmasının da bunda payı var. Əgər müasir dövrümüzə qayıdası olsaq, yaşadığımız dünyanın cəhənnəmdən artıq dərəcədə qorxunc olduğunu da nəzərə alsaq, sizcə Klara cəhənnəm haqqında nə düşünərdi?

- Hər şeydən əvvəl onu deyim ki, sivilizasiya tarixinin darıxdırıcı bir dövründə yaşadığımızı düşünmürəm. Əksinə, özünə görə çox böyük çətinlikləri olan dövrdəyik. Buna darıxdırıcı demək olmaz. Bu da ədalət və azadlıq naminə mübarizə aparmaq üçün bizə səbəb verir. Məncə bu hər kəsin həyatına məna qatacaq şeydir. Bizim görməli olduğumuz ən vacib iş səssiz çoxluğun bir parçası olmamaqdır. Bunu əsla etməməliyik. Çünki bu, ən qorxaq siyasi tövrdür.

Həddindən artıq sadəlövhlük

- Hippi dönəmində gələcəyə dair çox böyük ümidlər vardı. Axı nə baş verdi ki, bu ümidləri ağrılar, müharibələr, qaranlıqlar əvəz elədi? Səhv olan nə idi?

- Həddindən artıq sadəlövhlük. Xoş niyyətin və insanları mühakimə etməyin kafi olacağını düşünəcək qədər saf idik. Əgər bir səhv varsa o da bu saflığımızdan irəli gəlir.

- Kitabınızda yazırsınız ki, İstanbulda gəldiyinizdə gördüyünüz ilk mənzərə iki böyük məscidin minarələri idi. Bu gün gəlsəniz çox güman ki, iki çirkin göydələn sizi qarşılayardı. Bu dəyişikliklə bağlı nə düşünürsünüz?

- Ona qalsa dünyadakı hər şey dəyişib. İstanbul da bir yerdə donub qalacaq deyil ki, doğrudurmu? İstanbulun başına gələn dəyişikliklər Rio-de Janeyranın, Parisin də başına gəldi.

- Yeni kitabınızda avtobus şoferi Mixael Türkiyənin dünyəvi bir ölkə olduğunu deyir. Halbuki bu gün dünyəvilikdən get-gedə uzaqlaşan bir Türkiyə var. Buna münasibətiniz necədir?

- Başqa ölkələrdə baş verən siyasi proseslərə münasibət bildirməyi doğru hesab etmirəm. Belə niyyətim yoxdur. Başqaları da Braziliya haqqında münasibət bildirməyə başlasalar, hirslənər, özümdən çıxaram. Hər bir ölkənin vətəndaşları öz seçimlərinə görə özləri məsuliyyət daşıyırlar.

# 1510 dəfə oxunub

Oxşar xəbərlər

"Yoldaş nazir, mən bilirəm kimə şikayət edəcəm..." - Aqil Abbas

"Yoldaş nazir, mən bilirəm kimə şikayət edəcəm..." - Aqil Abbas

10:00 23 fevral 2025
Əri onu döyür və bağışlayır... - Nazirin arvadını yoldan çıxaran yazıçı

Əri onu döyür və bağışlayır... - Nazirin arvadını yoldan çıxaran yazıçı

09:00 21 fevral 2025
Kino Agentliyi 75-ci Berlin Beynəlxalq Film Festivalında

Kino Agentliyi 75-ci Berlin Beynəlxalq Film Festivalında

09:17 19 fevral 2025
Əlisa Nicat, Ramiz Rövşən, Müşfiq Ötgün, Ağalar Qut... - Yalançı filosoflar, yeni mollalar

Əlisa Nicat, Ramiz Rövşən, Müşfiq Ötgün, Ağalar Qut... - Yalançı filosoflar, yeni mollalar

12:00 18 fevral 2025
Satılan həyatlar - İnsan neçəyədir?

Satılan həyatlar - İnsan neçəyədir?

18:40 17 fevral 2025
Sən də mi, Karvanbaşı? - Cavid Zeynallı

Sən də mi, Karvanbaşı? - Cavid Zeynallı

16:40 17 fevral 2025
#
#
# # #