Əli yaşıl bağı necə tapdı - “İnternat ədəbiyyatı”

Əli yaşıl bağı necə tapdı - “İnternat ədəbiyyatı”
8 may 2017
# 11:00

Kulis.az “İnternat ədəbiyyatı” layihəsində 2 saylı internat məktəbinin V sinif şagirdi, 13 yaşlı Rac Əsgərovun yazdığı nağılı yayımlayır. Layihənin rəhbəri Vüsalə Məmmədova, redaktoru Sevinc Elsevərdir.

LAYİHƏ: “İnternat ədəbiyyatı”

Yaşıl bağ

Gözəl bir yaşıl bağ vardı. Bu bağın yerini çox az adam bilirdi. Hamı da o bağa sahib olmaq istəyirdi. Bu bağın üstündə xüsusi ilə iki ailə mübarizə aparırdı. Onlardan biri Ağayevlər, digəri isə Qarayevlər ailəsi idi. Ağayevlər ailəsində Əli adlı bir qulluqçu işləyirdi. Həmin Əli yaşıl bağın yerini bilirdi. Ağayevlər ailəsi yaşıl bağa sahib olmaq üçün dəvələri hazırlayıb yola çıxırlar. Bir az gedəndən sonra yorulurlar. Ailənin ağsaqqalı deyir ki, gəlin, yorğunluğumuzu ataq, sonra yola davam edərik. Əliyə tapşırdılar dəvələri bir kənara çəksin. Sonra da dedilər ki, su qabını gətir. Əli də gedib su qabını tapıb gətirdi. Əli qabı gətirəndə baxıb gördülər ki, qabda su yoxdu. Onda Əliyə acıqlandılar, dedilər sənə demədik su gətir.

Əli də qayıdıb dedi ki, axı məndən su qabını istədiniz, içində su gətir demədiniz.

Sonra Əliyə dedilər ki, dəvələri gətirsin, yola davam eləsinlər. Əli dəvələri bağladığı yerdə tapa bilmədi. Gördü ki, dəvələrlə birgə öz eşşəyi də yoxdu. Kor-naçar qayıtdı Ağayevlər yanına.

- Dəvələr yoxdu. Məcburuq piyada gedək- Əli dedi.

Onda Ağayevlər ailəsinin üzvləri Əlini qovmaq istədilər.

Ailənin ağsaqqalı işə qarışdı və dedi:

- Olmaz! Əli bizdən ayrılsa, gedib Qarayevlərə qoşulacaq. Yaşıl bağın yerini bildiyinə görə dərhal da onu işə götürəcəklər. Biz isə həm dəvələri itirmişik, həm də yaşıl bağdan məhrum olacağıq!

Ağsaqqalın fikri hamının ağlına batdı. Ailə Əlini də götürüb yoluna davam elədi. Bu vaxt Qarayevlər ailəsi göründü. Elə yolun üstündəcə iki ailə bir-biri ilə savaşdılar. Sonra Ağayevlər ailəsi piyada, Qarayevlər isə atlı yola düzəldilər.

Qulluqçu Əli Ağayevlər ailəsinə dedi:

- Qorxmayın, onlar yaşıl bağı heç vaxt tapa bilməzlər. Mən kəsə yol bilirəm. Elə yol ki, oradan atla, dəvəylə keçmək mümkün deyil. Dağların, təpələrin arası ilə piyada gedəcəyik.

Sən demə, Ağayevlərin dəvələrini Qarayevlər qaçırtdırıbmış. Fikirləşiblər ki, Ağayevlər həm piyada qalar, həm də dəvələri itirdiyinə görə Əlini qovarlar. Onlar da Əlini öz yanlarına çağırarlar. Amma niyyətləri baş tutmadı. Bununla belə, Qarayevlər arxayınlaşıb yolda dincələ-dincələ gedirdilər. Onlar düşünürdülər ki, piyada qalan Ağayevlər heç cürə yaşıl bağa gedib çata bilməzlər.

Amma onların ağlına da gəlmirdi ki, yaşıl bağa gedən gizli, ikinci bir yol da var. Qarayevlər yol getməyində olsun, Ağayevlər piyada gəlib yaşıl bağ deyilən yerə çatdılar. Həmin yerdə özlərinə yurd-yuva saldılar. Qarayevlər gəlib yaşıl bağa çatanda Ağayevlər artıq yaşıl bağın tən ortasında böyük bir imarət tikməyə başlamışdılar.

Ağsaqqal da sədaqətli Əlini artıq ailələrindən biri kimi qəbul eləyib, öz gözəl qız nəvəsini ona nişanlamışdı.

Layihənin əvvəlki yazıları:

“Bacım atamın qucağında öldü”

“Paxıllıqdan saralan güllər”

Başını daşla yaran dostu bağışlamaq

Öz payın aparmağa uşaqlar düzülürlər

Yalanı ancaq nağıllarda danışmalı

Meşəni xilas edən zəlzələ

Leylanı ayının pəncəsindən necə qurtardıq

# 1787 dəfə oxunub

Oxşar xəbərlər

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

15:00 12 avqust 2025
"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." -  Yaşar Rzayevin Vəlisi ilə  Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." - Yaşar Rzayevin Vəlisi ilə Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

09:00 11 avqust 2025
"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." -  Abbasqulu ağa Bakıxanov niyə  ərəb-fars tərkibləri ilə yazırdı?

"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." - Abbasqulu ağa Bakıxanov niyə ərəb-fars tərkibləri ilə yazırdı?

12:15 8 avqust 2025
Yar yaraya çevriləndə... -    Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

Yar yaraya çevriləndə... - Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

09:00 8 avqust 2025
Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

12:10 7 avqust 2025
"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

09:00 7 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər