Mübariz Örənin səs-küylü hekayəsi: Balıq gülüşü

Mübariz Örənin səs-küylü hekayəsi: Balıq gülüşü
2 iyul 2017
# 16:30

Kulis.az isteadlı yazıçı Mübariz Örənin “Qazanılmış günün siestası, yaxud balıq gülüşü” hekayəsini təqim edir.

Yaşını soruşsan, bir əlini tam açardı, o birinin bir barmağını...

Oyanıb mat tavana baxırdı. Yatıb yorulmuşdu sanki, əlini qaldırıb tərli başının üstə hərlənən milçəyi qovmağa ərinirdi. Belinin altı istidən alışıb yanırdı, - bədəni diricə su - sanki dünyanın bütün istisi belinin altında idi. Sıçrayıb qalxdı, bir topa isti çıxdı altından... Əlinin içiylə alnının, boğazının tərini sivirib çılpaq bədəninə yaxdı.

Qalxıb otaqları gəzdi. Anası evdə yox idi. Qapının pərdəsini aralayıb çölə baxdı, - həyət bom-boşdu. Ağ çiçəkli akasiya ilə baş-başa vermiş tutun üstü isə sığırçınla dolu...

“Alağa gedib yəqin, - fikirləşdi, - bəs niyə onu oyatmayıb?” Çölə gedəndə onu mütləq qaldırırdı anası, çayını, çörəyini verib, - “ağıllı ol, deyirdi, evdə otur, heç yana çıxma... Axı sən evin kişisisən.” - o üz-bu üzündən öpüb çıxırdı. Qara mil-mil şalvarının üstündən yubkasını, ağ, qollu köynəyini geyib, üz-başını yaylıqlayırdı, - gözləri çöldə qalırdı təkcə, gözləri ilə sağollaşırdı onnan, - ketmənini çiyninə alıb gedirdi. Qələmə ağacından o tərəfdə, çörəkxananın düz qabağında traktor gözləyirdi onu, - lafeti səs-küylü, şaqraq gülüşlü qız-gəlinlə dolu...

Çömbəlib qapının ağzındaca oturdu...

Qəribə gündü nəsə. Əvvəla Bəxti gözünə dəymirdi. (Qapıbir qonşu idilər Bəxtigilnən). İkitəkər velosipedində min dəfə ötmüşdü qapılarından özgə vaxt. İkincisi, - doğrudan da, məəttəl qalmalı işdi, - günəş yox idi. Həmişə eyni yerdən, Gülən xalagilin çəpərindən boylanıb baxan günəş indi yox idi, - baxmayaraq ki, hava açıq, buludsuzdu... Durub mütləq günəşi tapmalıydı. Sığırçınlar qaynaşırdı tutda. Göyün üzünü almışdı quş. Heyif, quşatanı yoxdu. Heyif ki, yekə deyildi Bəxti kimi... Əyilib yerdən bir daş götürdü, sığırçınlara sarı atdı. Hovuzun üstündəki ləyənə güclə çatdı daş. Danqıltıya sığırçınlar qopdu tutun başından. Səslərini də götürüb getdilər. Bir əsim külək qaldı onlardan. Bir də ağacın yam-yaşıl, sıx yarpaqları arasından ona gülümsəyən günəş,- rahatlandı.

Tutun kölgəsindən çıxan kimi bir ayağı üstə hoppana-hoppana qayıdıb sürütmələrini geydi; günün altında qızmış torpaq ütür adamın ayağını. İstidə ən rahatı bağdı. Hovuzun suyu yay-qış ora axdığından üzünü qurbağa çəni örtmüş balaca bir gölməçə də yaranıb orda, - həndəvəri nəm, yaşıl... Çömbəlib çubuqla suyun çənini tərpətdi, - şonquyub hovuzun göy-mamırlı daşları arasından ona baxan ziyilli qurbağanı görənəcən...

Ayaqyolu bostanın lap ayağındadı, - tək qorxur ora. Özünü lobyalığa verdi. Qısa şalvarını aşağı çəkib oturdu. Dirsəklərini dizlərinə söykəyib üzünü ovuclarına aldı; belə rahat idi. “Anası hər gün alağa gedir harasa, - fikirləşir, - öz bostanlarını ot basıb”. Otun, alağın içində itib lək. Sarmaşığın, çayırın altında haçası əyilib pomidor kolunun. Quruyub dibindən qopmuş xiyar tağı təzə həvəslə dırmanıb nicatını çəpərdə gəzir. Ucu toxumlamış qart bozoğlan burnunun içinə girsin az qala,- dartıb çıxarmaq istədi onu, quruyub çat vermiş, bərkiyib kəsəyə dönmüş torpaqla birgə qopdu ot. “Bəxti, qurbanın olum, - anası yalvarıb ləliyir hər gün. - özünüzə su gətirəndə bizim də qapıya ötü, noolar. İstidən quruyub yanır əkin. Qovrulub cıbrıqdan çıxıb...”

“... qulağ elə, deyir, suyu bizim də qapıya qulağ elə, noolar”.

Bir də: “göz ol, deyir, qaqaşdan da göz ol, Bəxti, qadan alım...”

Lobyanın kölgəsi sərinlik vermir, - bürküdən alnında tər puçur-puçur - əvəzində cod, tüklü yarpaqları tərli bədənini yeyir. Torpağa bitişik uçan acıqlı ağcaqanad dızıldayıb rahat qoymur oturmağa, - ... durdu. Bircə tez böyüsəydi. Bəxti boyda! Qoymazdı anası alağa getsin. Gecələr ayaqlarını tutub zıqqıldayır yazıq, - “ay allah heey, elə bil özümünkü döyül andır. Kötükdü, kötüük...” - səhərəcən ağrıdan eşələnir yerində. Bircə tez böyüsəydi. Özü işləsəydi, - dəqiq bilmirdi o nə işdi elə. - Qazanardı, tapardı. Gətirərdi... Axı evin kişisiydi o.

Niyə evin kişisiydi, - səbəbini anası demirdi heç, özü də soruşmamışdı. - niyə atası yoxdu onun? Hara getmişdi?.. Amma, qayıdacaq bir gün! İnanır! Qələmə ağacından o tərəfdə, çörəkxananın qabağında düşəcək maşından. Qollarını açıb gözləyəcək onu. Bir əlində çamadan, - çamadansız təsəvvür eləmir atasını. - qoltuğunda yüngül boz pencək. O da qaçıb sarılacaq boynuna atasının...

Qəribə gündü nəsə. Hər səhər damdan bir dolu kasa arpa gətirib səpir tutun kölgəsinə, - “ciba-ciba, ciiiba-ciba-ciba...” - həyətin hər küncündən toyuq-cücə cumur dənə. İndi isə dən yerdə qalıb. İstidən qaçıb əncirdə, damın üstündə örnəşib toyuqlar. Əncir ağacından xoşu gəlmir. Lobya kimi əncirin də altı bürkü olur. Yarpağı da cod, tüklü. Damın dalında tək oynamağı xoşlayır amma; toyuqlar həmişə orda eşələndiyindən torpağı kül kimi yumşaqdı. Eh... bir dəfə az qala bir dolu küp tapmışdı orda. Torpağı eşdikcə nəsə “pıppıldıyırdı”. “Küpdü, - fikirləşmişdi. - Qızıl küpü!” Eşdikcə eşmişdi, dırnaqlarının arasını torpaq dağıda-dağıda... Axırda nə çıxsa yaxşıdı? Yerə quylanmış köhnə rezin aftafa! Heyf. Amma fikirləşir ki, atası qayıdanacan, hələlik bir küp tapsaydı nə bir olardı! Ağızbaağız dolu! Qızıl təpili! Görən anası ona velosiped alardı onda? Bəxtininki boyda, yekə, - pedalına ayağı çatmasa da. - İkitəkər!

Möhkəm darıxdı, ürəyi nəsə anasını istədi. Köhnə tapan çəpəri seyrək yerindən aralayıb küçəyə çıxdı; bir də gördün günortalar tez gəlir anası. “Balama dovğa” - dünən lap tez gəlmişdi, qoltuğunda bir köynək salmanca...

Küçə də bom-boşdu, tərs kimi küçədə də heş kəs yoxdu, - illərdi tökülüb qalmış, bərkiyib təpəyə dönmüş qumda öz-özüylə oynayan qızdan savayı. Zəhləsi gedir o qızdan, iyrənir, - qonşu olsalar da, yaşıd olsalar da. - Üstü ziyilli qurbağadan üşənib iyrəndiyi kimi. Üst-başı bütün toz-torpaq olur həmişə, sir-sifəti teyxa kir. Fırtıqlı-pılçıqlı... Qırmızı yun yaylıgı da yay-qış boğazında...

Göyün üzü təndir ağzıdı, - qıpqırmızı. Günəş sanki yumurta sarısıdı, yırtılıb dağılıb göyə. Od ələnir göydən. Gözlə görünür tülyan. Hər tərəf qup-qurudu, - çitəmə çəpərin lap dibində tək-tük gözə dəyən quşəppəyi, əməköməci istisna. Burnu fırtıqlı qızdan sivişib öz çəpərlərinin axırınacan getdi, qələmə ağacının dibində bir qırıq kölgə tapdı... Burdan o yana anası qoymaz. Özü də qorxar. Hər gün anasını burdan yola salır o, burda qarşılayır... Bir gün atası da burda düşəcək maşından, - inanır! - əlində yekə, palıdı rəng çamadan, qoltuğunda yüngül boz pencək... İstəyir anası işdə olanda gəlsin o; sürpriz etmək istəyir anasına. “İçəri evdə gizlədər atasını və... “alee-hop!” - birdən çıxarar üzə...

Ağzı qırıntı, qılpın dolu yuvalarına yük çəkən qarışqalar dibi qaysaqlayıb qabıq bağlamış arxın içiylə basıb kəsə-çölləmə gedir. “Qarışqa qədər də deyildi o, - heyifsiləndi. - Hətta bap-balaca qarışqalar da öz yuvalarına nəsə dartıb aparır”. İçərisini saran, çulğayan çarəsizliyin, qaramatın əlində ürəyi parçalasın az qala. Yaxşı ki, çörəkxana işləyir; onun göyə millənmiş borusundan qara, gur tüstü çıxır; göydən yerə sakitcə, arın-arxayın qara qurum ələnir, torpağa, daşa, dizinə, qollarına... qonur; onun cəmi beş-altı addımlığında adam var ...

Burnu fırtıqlı qızsa həmişə təkdi.

Onun yaxınlaşdığını görüb sevinirdi qız, gözləri gülürdü. Ağzı açıla qalmışdı. Qızla üzbəüz çöməlib oturanda sanki tok tərpətdi onu; donunun ətəyi yığılıb kök dizlərinin üstündə qalmışdı qızın və... altda heç nəyi yox idi. Daha doğrusu, vardı... Yəni ki, paltar-zad yoxdu. Lütdü orası... Qulaqlarına qədər qızardı. Aşağıda... gərilmə, dikəlmə hiss elədi özündə.

...ayağa durub gedirdilər. Hara? Özləri də bilmirdi. Dalda yer gəzirdilər. Qalınlıq axtarırdılar. Tələsik qamışlığa girsələr də, pərt döndülər tez; mal-heyvan qamışlıqda qamışlıq qoymamışdı. Gülən arvadın çəpərinə sarı getdilər, - çeçələ barmaqları bir-birinə keçili, - gah o qabağa düşüb tələsdirirdi qızı, gah qız irəli keçib onu dartırdı. Çəpərin dibinə tökülmüş keçənilki pambıq çöpü də köhnəlib; çürüyüb yerə yapıxıb çöp tayası. İki çəpərin arasına keçdilər, - Gülən xalagillə öz çəpərlərinin. - üst-başlarını böyürtkən kolu dartsa da. “İlan-çəyən yığnağıdı ora, - anası bərk-bərk yalvarıb tapşırır hər gün, - bax ha, qurd-quşnan doludu!..” Nə vaxtsa yol olub bura, gediş-gəliş olub. Qamışın, böyürtkənin əlindən cəngəllikdi indi, beş addım aralı görünmür. O, qısa şalvarını tez çəkib dizindən aşağı saldı, - arıların, böcəklərin, cırcıramanın səsindən həlməşik bir qıjıltı asılıb göydən... - qızın da donunun ətəyini qaldırıb özünə sarı çəkdi. Nə idi bu? Nə edirdilər onlar? Üzünü görməsin deyə, - fırtıqlıydı üzü - sifətini qızın boynundakı yaylığa sıxmışdı. Ömrünün sonuna qədər belə qalmağa hazırdı o, - yaylıq kirli olsa da, torpaq qoxusu versə də. - Budu budunda qızın, dizi dizində... Hərəkətsiz, lal.

Qulağı sürətlə yaxınlaşan zəncir “şırıltı”sı aldı, - iki şeydən dili-ağzı kilidlənər dünyada, qılçaları çatılanar: qıvrılıb-açılaraq sürətlə irəliləyən ilan görsə, bir də zəncirini qırıb adama sarı qaçan it. - Götürüldü! Qorxudan gəldiyi yolu qoyub, üzü yuxarı qaçdı. “Bu nə gündü belə?!” Bəxtigilin çəpərinə çatıb özünü bir az toxtatmağa çalışdı. Od tutub yanırdı sifəti, gicgahları döyünürdü, ürəyi az qalırdı yerindən qopa. Yaxşı ki, yolun yol vaxtından qalma bir köhnə qapı vardı burda. Ha itələdi, gücü çatmadı aça, birtəhər yuxarıdan aralayıb özünü içəri saldı....

Çəpəri aşıb başqa bir dünyaya, vaxta düşmüşdü sanki; nəsə əlahiddə bir şey baş vermişdi. Nə? Özü də bilmirdi. Ətraf, hər şey dəyişmişdi, bağ-bağat, çal-çəpər başqa rənğ almışdı; boz pərdə çəkmişdin sanki hər tərəfə. Özü də dəyişmişdi. Böyümüşdü! Sinəsində, ayaqlarında, dizlərində hiss edirdi böyüdüyünü...

Qulağına çatan gülüş səsi dizini qatladı, - gülüşdən qorxmağı da təzə çıxıb - ürəyini qoparıb ayaqları altına saldı. Bəxtiynən ilk dəfə balığa getdikləri həmən gün qorxmuşdu gülüşdən. Kanalın sarı-lil suyundan sıyrılıb qarğının dalınca sevincək “uçan” balıq heyrətə salmışdı onu - gözləmədiyi yerdən çıxmışdı balıq! - və qorxutmuşdu; gülürdü balıq! Qarnı ağ-gümüşü, beli göy-qara, şüşə gözlü, xırda qanadcıqlı... Yer üzünə ilk təşrifinə, insanla ilk görüşünə sevinirdi. Az sonra çat-qızmar torpaqda çapalayıb, quru çör-çöp qırıntılarını suvaşıq bədəninə yığıb, ətcə quş dimdiyinə bənzər sarı, xırda ağzını yumub-açıb imdad diləyəcəyindən hələ xəbərsizdi, - körpə uşaq təki sevinirdi! Damağını, ağzını dağıdıb cıran itiuc dəmir qarmağın məhz insanların icad etdiyini bilmirdi...

... bir də anasının havalı gülüşü qorxutmuşdu onu. Balıqsatan kişi qapılarına gələn gün təzə sudan çıxmış, - suya-seliyə bulaşıb qaralmış yaş kisənin dibində hələ tərpənirdi balıqlar, - əl dəydikcə quyruq çalan balıqlara heyranlıqla baxırdı anası və... Tanımadığı yad, heyvərə kişinin anasının yüngül çit xalatından sezilən “balıq bədəninə”, azacıq açılı qalmış yaxasından görünən ağ döşlərinə necə hərisliklə baxdığını “tutdu”. Deyəsən anası da nəsə duymuşdu; sir-sifəti ani dəyişdi, gözündəki sevinc kisənin dibində qaldı... Həmin gün özünə yer tapmadı anası, hallı-havalı gəzdi, öz-özünə hey güldü...

Bircə atası tez gəlsəydi... İndi ona elə gəldi ki, kimsə onun da anasını çeçələ barmağından tutub hansısa daldaya, qalınlığa çəkə bilər.

Get-gedə artırdı gülüş səsi. Bəxtigilin taxta sürahili, gen artırmalarına çatanda quruyub yerində qaldı; hər axşamçağı olduğu kimi yerdən paltar-palaz sərib yığışmışdı anasıgil, deyib gülürdülər, - qabaqlarında bir qalaq salmanca. Yerdən bardaş quran kim, ayaqlarını rahat irəli uzadan kim... Nə baş verdiyini kəsdirə bilmədi; axı indi hamı işdə olmalı idi.

- Bıy, başıma xeyir, bu uşağa noolub büyün. Özgə vaxt, öldürəsən, gündüz gözünə yuxu getməz.

- Anası tez pencəri ətəyindən töküb ona sarı durdu.

- Yuxuda qovurdular səni, a bala? Niyə alataşsan? - Gülən xala niyəsə gülümsədi amma...

Deməli günorta yuxusu aparıbmış onu və ağ, uzunqol köynəyinə salmanca təpib bu günorta gəlib anası. O da elə bilir hələ səhərdi. Deyir axı, yığılı yerin üstündə niyə yatıb?! Bir günü arada salıb itirib o, əvəzinə özündən gün qondarıb; bir gündə iki gün yaşayıb, bir gün artıq yaşayıb. Innən belə nə qədər ömür sürə bir gün artıq yaşayacaq. O, bu günü özü qazanıb, - bu qazancın anasına heç bir xeyri olmasa da, - özü tapıb. Bu - onun ilk qazancıdı. Deməli yekəlib o. Böyüyüb!

Köksünü çulğayıb dolduran yad-nabələd hissləri qavrayıb dərk etməyə səbri çatmadı; təəssüratlarını bölməyə adam axtarırdı. Öz “ikitəkər”ini beliüstə yıxıb guya nəsə təmir edən Bəxtinin ona baxıb pıqqıldamağı, - gülməyini güclə boğurdu Bəxti, - Gülən xalanın da eyhamlı atmacası hisslərinə hiss qatıb. “Əşi, cəhənnəm olsun Bəxti də, onun velsebeti də! Ta o uşaq deyil ki, velsebet oynada. Yekə kişidi!.. Heç atası da gəlmir, gəlməsin bunnan sora, - o yekələndən sonra, - neynir atasını...”

“Şart!”- anasının çatan kimi yumşaq yerindən çəkdiyi şapalaq göylərdən yerə çaldı onu.

- Bu nədi, a bala,- quş kimi qaldırıb qoltuğuna aldı onu.- Tumançaq niyə gəzirsən? Yekə kişisən ta!..

...yerə tökülmüş yastı daşlar gah yaxınlaşır, gah uzaqlaşırdı.

Image result for Örən

# 2115 dəfə oxunub

Oxşar xəbərlər

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

17:00 26 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #