Həmyerlimizin əsəri Nyu-York konfransında - FOTO

Həmyerlimizin əsəri Nyu-York konfransında - <span style="color:red;">FOTO
29 sentyabr 2016
# 13:21

Dünya ədəbiyyatının böyük hadisələrindən hesab edilən Yazıçıların 2016-cı il Beynəlxalq Nyu-York Konfransı öz işini başa çatdırdı.

Kulis.Azın xəbərinə görə, müasir dünya ədəbiyyatında nəsrin yerini və perspektivlərini müzakirə edən, eləcə də yazıçıyla ədəbi agent və redaktor arasında körpü yaratmağa xidmət göstərən, rəsmən Writers Digest Annual Conference adlanan bu konfrans Nyu-Yorkun Hilton Midtown otelinin konfrans zalını bir neçə gün ərzində əsl ədəbiyyat aurasına bürüdü.

Burada Matyu Kuin Martin, Fil Seqston, Emili Libert, Qabriela Pereyra, Libbi Kadmor kimi tanınmış ədəbiyyat mütəxəssisləri tərəfindən «Tarixi roman üçün tədqiqat», «Dinamik xarakterlərin yaradılması», «Uğurlu müəllif olmağın sirləri», «Dram janrı müasir dönəmdə», «Xorror və detektiv ədəbiyyat bu gün» kimi maraqlı seminarlar keçirildi, «Müəlliflər üçün marketinq strategiyası» adlı çox faydalı təlim baş tutdu.

Şübhəsiz, konfrans çərçivəsində ən diqqətçəkən məqam pitçinq – uğur qazanacağı ehtimal edilən nəsr əsərlərinin ədəbi agentlər və redaktorlar üçün prezentasiyası oldu. Bu il ilk dəfə Nyu-York Konfransının pitçinq siyahısına MDB məkanını təmsil edən yazıçıların da əsərləri daxil edilmişdi: Aleksandr Qritsenko, Andrey Aksyonov, Nataliya İmpris, Simon Bebel, Saşa Kruqosvetov, Vladimir Şatakaşvili, Viktoriya Balaşova və həmyerlimiz Varis Yolçuyev.

Amerika ədəbi agentlərinə və redaktorlarına Varisin Bakıda və İstanbulda çap edilən, Moskvada çapa hazırlanan «Yetmiş yeddinci gün» romanı təqdim edildi.

Qeyd edək ki, pitçinq hüququ əldə edilmiş bütün sinopsislər Writers Digest Annual Conference 2016-nın rəsmi kataloquna salınaraq daha böyük arealda yayılmaq imkanı qazanır.

Konfransın MDB üzrə agenti Lyn Menkenin verdiyi açıqlamaya görə keçmiş Sovetlər Birliyi yazarlarının əsərləri fərqli təəssürat axtaran Amerika ədəbi agentlərinin və redaktorlarının böyük marağına səbəb oldu!

Xatırladaq ki, Varisin Amerikada debütü ötən il baş tutub, «Metamorfoz» romanı nəşriyyat hesabına çap edilərək satış şəbəkəsinə buraxılıb.

# 1089 dəfə oxunub

Oxşar xəbərlər

İnsan faciəsinin səssiz şahidi - Bu əsər niyə qadağan edilmişdi?

İnsan faciəsinin səssiz şahidi - Bu əsər niyə qadağan edilmişdi?

12:30 24 fevral 2025
"Yoldaş nazir, mən bilirəm kimə şikayət edəcəm..." - Aqil Abbas

"Yoldaş nazir, mən bilirəm kimə şikayət edəcəm..." - Aqil Abbas

10:00 23 fevral 2025
Əri onu döyür və bağışlayır... - Nazirin arvadını yoldan çıxaran yazıçı

Əri onu döyür və bağışlayır... - Nazirin arvadını yoldan çıxaran yazıçı

09:00 21 fevral 2025
Kino Agentliyi 75-ci Berlin Beynəlxalq Film Festivalında

Kino Agentliyi 75-ci Berlin Beynəlxalq Film Festivalında

09:17 19 fevral 2025
Əlisa Nicat, Ramiz Rövşən, Müşfiq Ötgün, Ağalar Qut... - Yalançı filosoflar, yeni mollalar

Əlisa Nicat, Ramiz Rövşən, Müşfiq Ötgün, Ağalar Qut... - Yalançı filosoflar, yeni mollalar

12:00 18 fevral 2025
Satılan həyatlar - İnsan neçəyədir?

Satılan həyatlar - İnsan neçəyədir?

18:40 17 fevral 2025
#
#
# # #