Səhiyyə Nazirliyindən Aqşinlə bağlı AÇIQLAMA

Səhiyyə Nazirliyindən Aqşinlə bağlı AÇIQLAMA
26 may 2014
# 15:26

Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzi orada müalicə olunan şair Aqşin Yeniseyin vəziyyətinə aydınlıq gətirib.

Kliniki Tibbi Mərkəzin baş həkimi Sultan Əliyev APA-ya açıqlamasında deyib ki, Aqşin Yeniseydə ağır xəstəlik olan qaraciyər serrozu aşkarlanıb.

Onun sözlərinə görə, Aqşində xəstəliyin fəsadlaşmış astit formasıdır və qarnında maye toplanıb. Bu gün xəstənin özünə baş çəkdiyini, vəziyyəti ilə tanış olduğunu deyən S.Əliyev qeyd edib ki, son 2 gün ərzində xəstənin vəziyyəti xeyli yaxşılaşıb: “İki gün ərzində aparılan müalicə, edilən sistemlər nəticəsində durumu yüksəlib. Amma bu müalicə hələ bir müddət davam etməlidir. Yaxın 2 gün ərzində onun qarnına yığılan su çıxarılacaq. Xəstə hələ müşahidədir. İlk öncə onda infeksion hepatit ola biləcəyi ilə bağlı şübhələr vardı. Lakin bununla bağlı müayinə aparıldı və nəticədə infeksion hepatit təsdiqlənmədi. Bu gün Aqşin Yenisey infeksiya şöbəsindən terapevtik şöbədəki palataya köçürülüb və orada müalicəsini davam etdirir”.

S.Əliyev xəstədə sarılığın yüksək olduğunu deyib. Onun sözlərinə görə, sarılıq qaraciyərin problemidir və işləməyəndə belə halla nəticələnir: “Onu imkan olduğu qədər müalicə edirik. Amma onu sonradan əməliyyat etməyin mümkün olub-olmayacağını bu gün demək olmaz. Hələ 1-2 gün ona baxılsın, sonra araşdırılsın ki, xəstəni əməliyyat etmək mümkündür, ya yox. Bu xəstəlik uzun müddət ərzində inkişaf edib və son zamanlar vəziyyətində kəskin pisləşmə gedib. Bu gün üçün müalicə lazımdır və xəstəxanada lazımi müalicə aparılır. Vəziyyətində müsbət dinamika var. Amma bir az da müalicə olunmalıdır. Müalicələrdən sonra onun əməliyyat məsələsinə baxıla bilər”.

A.Yeniseyin sonradan Mərkəzi Neftçilər Xəstəxanasına köçürülməsi ilə bağlı səsləndirilən fikirlərə gəlincə, S.Əliyev qeyd edib ki, bu məsələ gündəmdə deyil: “Müalicələrdən sonra ehtiyac olarsa, mütəxəssislər çağırılacaq və əməliyyatın mümkün olub-olmaması ilə bağlı rəy veriləcək. Hələ ki xəstə Kliniki Tibbi Mərkəzdə müalicə alır və hansısa digər xəstəxanaya köçürülməsi məsləhət deyil”.

# 3898 dəfə oxunub

Oxşar xəbərlər

Macar yazıçı ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb

Macar yazıçı ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb

15:20 9 oktyabr 2025
“Adam tərbiyəsiz olmaz! Onu ən ağır şəkildə və publik biabır edəcəm!” – “Park”ın baş redaktorundan tənqidlərə cavab

“Adam tərbiyəsiz olmaz! Onu ən ağır şəkildə və publik biabır edəcəm!” – “Park”ın baş redaktorundan tənqidlərə cavab

11:00 9 oktyabr 2025
"Əsl tənhalar heç vaxt özlərinə tənha demədilər" - Aysel Əlizadə

"Əsl tənhalar heç vaxt özlərinə tənha demədilər" - Aysel Əlizadə

11:30 7 oktyabr 2025
"Kruq ədəbiyyatı"

"Kruq ədəbiyyatı"

12:00 4 oktyabr 2025
Dövrün "sifariş"i olan yazılar... - İlyas Əfəndiyev haqqında

Dövrün "sifariş"i olan yazılar... - İlyas Əfəndiyev haqqında

13:00 3 oktyabr 2025
"Bunun bir səbəbi var: qadın yazıçıları görməzdən gəlmək" - Qalmaqallı kitaba ETİRAZ

"Bunun bir səbəbi var: qadın yazıçıları görməzdən gəlmək" - Qalmaqallı kitaba ETİRAZ

11:47 3 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər