Dünyanın ən sirli yazıçısı - Karlos Kastaneda

Dünyanın ən sirli yazıçısı - <span style="color:red;">Karlos Kastaneda
13 yanvar 2016
# 12:16

Ötən il dekabrın 25-də (rəsmi məlumata görə) XX əsrin ən müəmmalı müəllifinin 90 illiyi idi. Bu Latın Amerika yazıçısı, müasir dövrün ən populyar ezoterik doktrinasının müəllifi hələ də əsərləri və bioqrafiyası ilə mübahisələrə səbəb olur.

Deyilənə görə Kastaneda ya 1925, ya 1931 və ya 1935-ci ildə anadan olub.

Karlos Kastaneda haqqında dəqiq heç bir şey məlum deyil və yəqin ki, artıq heç bir zaman da məlum olmayacaq. Onun bioqrafiyası biri-birini inkar edən çoxsaylı spekulyasiyaların obyektinə çevrilib, çünki o, özü həyatının bütün faktlarını ciddi-cəhdlə gizlədirdi, saxtalaşdırırdı. Yazıçı hesab edirdi ki, ətrafdakılar haqqınızda nə qədər çox bilgiyə sahib olsalar və sizdən nələrin gözlənildiyini bilsələr, bu bir o qədər sizin azadlığınızı məhdudlaşdırar.

O, həyatı boyunca verdiyi azsaylı müsahibələrində qəsdən özü haqqında təzadlı və biri-birini inkar edən hadisələr danışardı, öz sənədlərini saxtalaşdırardı.

1973-cü ilin mart ayında “Time” jurnalına verdiyi müsahibəsində doğum tarixi 25 dekabr 1925-ci il kimi göstərilib. Məhz bu məlumat da rəsmi versiya üçün əsas götürülüb. Bununla belə, daha az nüfuzlu mətbu orqanlarında böyük yazıçı-ezoterikin 1935-ci ildə Braziliyanın San-Paula şəhəri yaxınlığında dünyaya gəldiyi göstərilir. “Time”-ın versiyasına görə, Karlos Kastaneda Braziliyada deyil, Perunun Kaxamarka şəhərində anadan olub. Lakin onun doğma dilinin Perudakı kimi ispan dili deyil, portuqal dilinin olması Braziliya versiyasının daha həqiqətəuyğun olmasını göstərir.

Anasının 15 yaşı vardı

Hesab edilir ki, Karlos Kastanedanın atasının soyadı Aranya olub, lakin 1959-cu ildə Amerika vətəndaşlığı alarkən o, anasının soyadı olan Kastanedanı qəbul edib. Bəzi versiyalara görə, o doğularkən anasının 15, atasınınsa 17 yaşı varmış.

10-12 yaşlarında Karlos Aranyanı Buenos-Ayresdəki internata, sonra isə ABŞ-a yollayırlar və o, attestat aldıqdan sonra Milana, Təsviri sənətlər akademiyasına yollanır. Lakin təsviri sənət onluq olmur, və o tezliklə Kaliforniyaya qayıdır və 1955-1959-cu illər ərzində burda ədəbiyyat, jurnalistika və psixologiya üzrə kurslara gedir. Lakin “Time” jurnalı qeyd edirdi ki, Kastaneda təsviri sənət və heykəltəraşlığı Perunun Milli İncəsənət Akademiyasında öyrənib. 1959-cu ildə Kaliforniya universitetinə qəbul olunur və iki il antropologiyayla məşğul olur. Lakin bu həqiqətdirsə, o zaman Kastanedanın 90-illiyi deyil, 80-illiyi qeyd olunmalıydı.

“Bir gün sən sirli bir yabancıyla rastlaşacaqsan...”

1960-cı ildə Kastaneda yerli American mədəniyyətlərinin təfəkkür proseslərini öyrənmək məqsədilə Arazonaya, sonra Meksikaya səyahətə çıxır. Burda o, yaki qəbiləsindən olan hindu, meksikan maqı Xuan Matusla qarşılaşır və bu görüş onun həyatını dəyişir.

Bir çox tənqidçilər Kastanedanın təsvir etdiyi hadisələrin mümkünsüzlüyünü qeyd edirlər, don Xuanın diliyləsə Vitqeyşteynin və Lyuis Kerollun kitablarından sitatlar gətirdiyini hesab edirlər, çünki Kastanedanın don Xuanı hindu cadugərinin stereotipinə uyğun gəlmir, bölüşdüyü bilgilərsə akademik elmin hinduların şaman mədəniyyəti haqqında təsəvvürlərindən fərqlidir.

Digər bir versiyaya görə antropoloji təcrübə çərçivəsində Kastaneda peyot kaktusu haqqında bilgi toplamaq istəyirmiş və bu məqsədlə də yerli bitkilərin bilicisi olan don Xuana müraciət edir. Kastanedaya istinadən, özünü maqlar ənənəsinə aid edən don Xuan sonralar Kastanedanı, “energetik vücudunun” xüsusi quruluşu kimi adlandırdığı spesifik əlamətlərə istinad edərək şagirdliyə qəbul edir.

Həmçinin belə bir versiya da var ki, don Xuan uzun müddət Kastanedayla danışmaqdan belə imtina edirmiş, lakin nəticədə Karlosun inadkarlığı hesabına onu şagirdliyə qəbul edir.

1965-ci ilin payızında psixoloji stress keçirtdiyinə görə Kastaneda şagirdliyi dayandırır və Los-Ancelesə qayıdır, burda da müəllifini bir anda bütün dünyada məşhur edən “Don Xuanın təlimi” adlı birinci kitabını çap etdirir. 1968-ci ildə Kastaneda Sonoraya qayıdır və don Xuanın yanında biliyə yiyələnməyə davam edir, 1972-ci ildəysə şamanlıq bilgiləri və təcrübələri təsvir edilən “İkstlana səyahət” kitabına görə doktorluq dərəcəsi alır. Lakin onun işləri təkcə akademik-antropoloji xarakter daşımırdı, eyni zamanda da ezoterik, mistik bilgilər nümunəsiydi.

Magiya, mistika və ezoterika

Kastanedanın kitabları magiya-yaddaş dərəcəsini dəyişərək öz baxışlarını, düşüncəni dəyişə bilmək bacarığıdır. Məhz bu, dünya və ümumilikdə həyat haqqında təsəvvürü genişləndirməyə imkan yaradır. Energetik vücudun ”yığım nöqtəsi”ndən asılı olaraq, insan energetik sahələrin ali dərəcədə dərkinə çata bilər, lakin bunun üçün döyüşçü yoluna qədəm qoymalı və “qüsursuzluq halı”na çatmalıdır. Bunun üçün şəxsi ölməzliyinə inamdan qurturmalı, daxili dialoqları dayandırmalı və “magik passlar”ı- xüsusi fiziki hərəkətləri yerinə yetirməlisən. Kastaneda bu hərəkətlərdən ibarət bir sistem- “tenseqriti”ni yaratdı.

Hesab edilir ki, Kastaneda maqların yoluna qədəm qoyandan sonra seksual həyatdan və dostluq münasibətlərindən imtina edib. Bütün bunların, ümumiyyətlə, insanın bütün həvəs və arzularının, boşuna zaman və enerji itkisi olduğunu hesab edib. Ağrıdan qurtulmaq üçün sadəcə heç bir şey arzulamamalısan. Səhvən hesab edirlər ki, Kastanedanın baxışları narkotiklərin təbliğatına xidmət edir.

Marqaret Ranyan

Kastanedanın ölümündən sonra, onu şəxsən tanıyan və ya tanıdığını iddia edən insanların xatirələri aktiv şəkildə çap olunmağa başladı. Məsələn, “Kaplosla maqik səyahət” kitabının müəllifi Marqaret Ranyan iddia edirdi ki, yazıçının həyat yoldaşı olub və onun haqqında xatirələrini yazıb. Lakin Karlos Kastaneda sağkən heç zaman evli olmadığını söyləyirdi. Sonradan aydın oldu ki, Marqaret və Karlos Kastaneda həqiqətən də rəsmi olaraq nikah bağlayıblar, lakin cəmi bir neçə ay bir yerdə yaşayıblar.

Kastanedanın fotoları və videoçəkilişləri də yox dərəcəsindədir: o hətta müsahibələri və ictimai mühazirələri zamanı diktofonların belə əleyhinə olub. Kastaneda bunu onunla izah edirdi ki, don Xuanın etnik ezoterikasına görə bilik adamı (yəni döyüşçü və ya maq) özü-özünü fiksasiya edə bilməz, video və ya foto olsa belə, çünki onun baxışının əsas məğzi dəyişkənlik, axıcılıq idi. Onun ölümü də özüylə bərabər çoxlu ehtimallar, təxminlər və mübahisələr yaratdı.

Kastaneda yeni kitab buraxır və Rusiyaya gəlir

Rəsmi versiyaya görə, o mədə xərçəngindən, digər mənbələrə görəysə qaraciyər xərçəngindən vəfat edib. Kastaneda 27 aprel 1998-ci ildə dünyasını dəyişib. Elə həmin gün də cəsədi yandırılıb, külü Meksikaya aparılıb. Bu tələsik yandırılma və müəmmalı, şahidsiz ölüm də onun onsuz da sirli olan həyatına daha bir sirr qatır. Kastanedasevərlərin bəziləri əmindirlər ki, o, indiyə kimi sağdır, digərləri isə hesab edirlər ki, o, “daxili alov”dan istifadə etməklə öz bədənini dəyişərək, kitablarında təsvir etdiyi başqa dünyalara gedib.

Ülviyyə Abışova

# 2816 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #