Təzədən mən sənə qayıdacağam - Məmməd İsmayıl - 77

Təzədən mən sənə qayıdacağam - <span style="color:red;">Məmməd İsmayıl - 77
1 noyabr 2016
# 12:08

Bu gün tanınmış Azərbaycan şairi Məmməd İsmayılın doğrum günüdür. Hazırda Türkiyədə yaşayan şairin 77 yaşı tamam olur. Kulis.Az bu münasibətlə Məmməd müəllimi təbrik edir və onun “Təzədən mən sənə qayıdacağam” şeirini diqqətinizə çatdırır.

Düşüb aralığa həftələr, aylar,

Qalmısan ömrümün ötən ilində.

Bir həsrət sinəmdən səni haraylar,

Məhəbbət, sədaqət, sevgi dilində.

Bir eşqin uğursuz qədəmi kimi

Demə, aramızı soyudacağam.

Limana qayıdan bir gəmi kimi-

Təzədən mən sənə qayıdacağam.

Şöhrətdən gözümə gur işıq düşüb,

Elə bilmişəm ki, yenilməz dağam.

Bircə xəyalına gətir sən məni,

Fikrim də, yolum da dolaşıq düşüb, -

Həmişə narahat edirsən məni.

Kimi oyatmamış de, həsrət, kimi –

Anadan olduğum doğma kənd kimi,

Təzədən mən sənə qayıdacağam.

Yolundan, qəlbindən, yadından çıxıb,

Haçansa mən səndən buxarlanmışam.

Eşqin alovundan, odundan çıxıb,

Dolan bulud kimi qübarlanmışam.

Bir çılğın şimşəyə bəndəm ki, yağam, -

Quraqlıqda yağan yağışlar kimi,

Nifrəti soyumuş baxışlar kimi,

Təzədən mən sənə qayıdacağam.

Demə ki, ay aydan, il ildən keçib;

Hicranın görüşlə bağrını yarıb,

Döyüb könülləri, ünvan axtarıb,

Neçə gözdən keçib, könüldən keçib,

Hələ xoş duyğular oyadacağam.

Duyub gileyini, duyub ərkini,

Ünvanı səhv düşən bir məktub kimi

Təzədən mən sənə qayıdacağam.

Surətin – gözümdən çəkilən yuxu,

Bulud kirpiklərin yağışla dolu.

Mənim bu gecikmiş peşimanlığım

Həyat yollarımda bələdçim olub.

Bu yeni fərəhlə, fikirlə, hisslə

Elə bilirəm ki, körpə uşağam.

Ayların, illərin uzaqlığından

Sinəmə saldığın cığırla, izlə

Təzədən mən sənə qayıdacağam.

Təzədən mən sənə qayıdacağam!

# 3774 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." -  "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." - "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

12:00 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

12:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər