Zəka, Xalq, Millət, Vətən, Ədəbiyyat MÜKAFAT QALMAQALI BÖYÜYÜR

Zəka, Xalq, Millət, Vətən, Ədəbiyyat MÜKAFAT QALMAQALI BÖYÜYÜR
6 iyun 2014
# 10:15

Kulis.az yazıçı Aslan Quliyevin müğənni, yazıçı Zəka Vilayətoğlunun təsis etdiyi “Zəka” mükafatı ilə bağlı yazısını təqdim edir.

Zəka Vilayətoğlu «Zəka» adlı ədəbi mükafat təsis elədi. Zəkanın elə bir güclü imkanı yox, pulu-parası yox. Bu az imkanları ilə ədəbiyyat üçün bunca işlər görməyə qalxırsa və görürsə, onu yalnız alqışlamaq lazımdı.

Amma nələr oldu? Əvvəlcə saytlarda əcaib başlıqlarla xəbərlər getdi. «Müğənni ədəbi mükafat təsis elədi». Heç dəxli var? Zəka Vilayətoğlu nə qədər müğənnidirsə, bir o qədər də yazıçıdır, nə qədər yazıçıdırsa, bir o qədər də müğənnidir. Bəs niyə ancaq müğənniliyi beləcə qabardıldı? Pislikmi eləyib? Qəbahəti nəymiş? Lap elə müğənnidir, dünənə qədər biz deyildikmi elə bu saytların səhifələrində müğənniləri asıb–kəsən, kitab oxumurlar, yazıçı-şair tanımırlar, sözdən-sənətdən uzaqdırlar. Bəs nə oldu, tanıdılar, yenə də xətrimizə dəydi? Həm də necə! Məntiq hardadır? Onda belə çıxır, elə bu müğənnilər düz eləyirmişlər, bizi özümüzdən yaxşı tanıyırmışlar.

Hər biriniz, hər birimiz ədəbiyyatımız üçün Zəka Vilayətoğlu qədər işlər görsək, ədəbiyyatımız nə qədər qazanar, fərqindəmisiniz? Sizi qıcıqlandıran nədir, mükafatın adı, ya onu Zəkanın təsis eləməsi? «Zəka» təkcə Zəka Vilayətoğlunun adı deyil, mükafatı isə persona.az saytı təsis eləyib. İndi necə olsun, «Azadlıq» radiosu ədəbi mükafat təyin eləyəndə, yəni bu məntiqlə rəhmətlik Rafiq Tağı demiş, Amerika vergi ödəyicilərinin puluyla, bu bizə toxunmur, öz saytımız, öz həmkarımız müsabiqə elan eləyir, bu bizə toxunur?

Saytlar elan verəndən sonra ən çox Əsəd Cahangirin adı hallandı. Mat qalırsan. Biz kimik və kimi bəyənmirik? Əsəd Cahangir səviyyəsində neçə tənqidçimiz var, neçə söz, sənət adamımız var? Nə yazdığınızın, nələr yazdığınızın fərqindəmisiniz?

Mənim cavan həmkarlarım Şəhriyar Del Gerani və Cavid Zeynallı, haqlısınız, bizim bir qədər yaşımız var. Ömrümüz qüruba gedir. Amma öz adımdan deyim, mən bir azərbaycanlı yazıçının xəcalət çəkəcəyi heç bir iş görmədim, görmərəm də!

Zəka Vilayətoğlu kimi xalqını, millətini, vətənini, ədəbiyyatını bütün varlığıyla sevən cavan həmkarımla bundan sonra da bu kimi işlər görməkdən yalnız qürur duyaram!

P.S. Cavid Zeynallı, sənin cibində artıq min manatın ola bilər, amma sən onu verib ədəbi mükafat təsis eləməzsən. Çoxumuzun belə artıq pullarımız ola bilər və çoxumuz da buna getmərik. Bu bizim milli kimliyimiz. Biz iş görənin qolundan yox, ayağından yapışmışıq. Mənim cavan həmkarım, sən də səhnəyə heç vaxt və heç vaxt Zəka Vilayətoğlu mükafatçısı kimi çıxa bilməzsən. Belə bir mükafat yoxdur, ona görə.

# 2324 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

17:00 26 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
#
#
# # #