Şiller sevdiyi qadına: “Siz başqasının ola bilərdiniz”

Şiller sevdiyi qadına: “Siz başqasının ola bilərdiniz”
26 sentyabr 2013
# 07:30

Kulis.Az “Məşhurların məktubları” layihəsində alman şairi Fridrix Şillerin sevgilisi Lottoya məktubunu təqdim edir.

3 avqust , 1787

Bu doğrudurmu, əziz Lotta ? Ümid edə bilərəmmi ki, Karolina mənim özümə etiraf etməyə cürət etmədiyimi Sizin qəlbinizə oxumuş və Sizin ürəyinizin dərinliyindən mənə xəbər çatdırmışdır?


Ah, sizinlə tanış olduğumuz dəqiqədən həmişə gizli saxlamalı olduğum sirr mənə necə də ağır görünürdü. Hələ bir yerdə yaşadığımız vaxt tez – tez bütün cəsarətimi toplayır və bunun sizə açmaq üçün yanınıza gəlir, lakin həmişə cəsarətim məni tərk edirdi. Bu arzumda bir xudpəsəndlik görürdüm, qorxurdum ki, ancaq öz xoşbəxtliyimi nəzərə alıram və bu fikir məni daha da qorxudurdu.

Əgər mən sizin üçün mənim üçün olduğunuz ola bilsəydim , mənim iztirablarım Sizi məyus edərdi və mən etirafımla dostluğumuzun bu ecazkar ahəngini poza, malik olduğumdan da – Sizin təmiz bacılıq hüsnrəğbətinizdən məhrum olardım. Amma yenə də elə dəqiqələr olurdu ki, ümidlərim oyanır, bir – birimizə verə biləcəyimiz xoşbəxtlik mənə istisnasız olaraq bütün mühakimələrdən son dərəcə yüksək görünür, mən hətta yerdə qalan nə varsa, hamısını ona qurban verməyi alicənab bir iş hesab edirdim.

Siz mənsiz xoşbəxt ola bilərdiniz. Lakin heç vaxt mənim ucbatımdan bədbəxt ola bilməzdiniz. Mən bunu özümdə çox aydın hesab edirdim – öz ümidlərimi də elə bunun üzərində qururdum, Siz başqasının ola bilərdiniz, lakin heç kim Sizi məndən daha təmiz və daha şəvqətlə sevə bilməzdi.

Başqa birisi üçün Sizin xoşbəxtliyiniz mənim üçün həmişə olduğundan və olacağından daha müqəddəs ola bilməzdi. Mən bütün həyatımı, varlığımdakı qiymətli nə varsa hamısını Sizə həsr edirəm və əgər özümü yüksəltməyə can atıramsa, bu, onun üçündür ki, sizə daha çox layiq olum, Sizi daha xoşbəxt edim. Qəlblərin ucalığı dostluq və məhəbbət üçün çox gözəl və qırılmaz tellərdir. Bizim dostluğumuz və məhəbbətimiz onların səviyyəsinə ucaldığımız hisslər kimi qırılmaz və daimi olacaqdır.

Sizin ürəyinizi nəyəsə məcbur edəcək hər şey unudun və danışmaq ixtiyarını ancaq hisslərinizə verin. Karolinanın mənə ümid bəsləməyə imkan verdiyi o şeyi təsdiq edin. Deyin ki , mənimki olmaq istəyirsiniz və mənə bəxş olunan xoşbəxtlik sizin üçün heç də fədakarlıq deyil. Ah, məni buna inandırın – tək bircə sözlə. Bizim ürəklərimiz hələ çoxdan bir – birinə yaxın idilər. Elə isə qoy indiyənə qədər aramızda duran yeganə biganəlik yox olsun və qoy heç bir şey qəlblərimizin azad ünsiyyətinə mane olmasın.

Görüşənə qədər əziz Lotta! Ürəyimdəki bütün hissləri sizə təsvir etmək üçün bir sakit dəqiqənin həsrətindəyəm... Bu yeganə arzu qəlbimdə yaşayaraq, məni gah xoşbəxt , gah da yenidən bədbəxt edəcək . Hələ sizə deyiləcək o qədər sözüm var ki!

Nigarançılığımı həmişəlik unutdurmağı ləngitməyin. Mən həyatımın bütün xoşbəxtliyini Sizin əllərinizə tapşırıram. Ah, artıq çoxdandır ki, mən onu Sizin simanızda başqa heç nə də təsəvvür edə bilmirəm. Görüşənəcən, əzizim !

Hazırladı: Turanə Almuradova

# 3646 dəfə oxunub

Oxşar xəbərlər

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər