Məşhur İsrail qəzeti Kamal Abdullanın romanından yazdı

Məşhur İsrail qəzeti Kamal Abdullanın romanından yazdı
11 avqust 2016
# 13:21

İsrailin məşhur "Yerusəlim Post" qəzetində tanınmış ravvin İsrael Baroukun görkəmli yazıçı, akademik Kamal Abdullanın “Yarımçıq əlyazma”əsəri haqqında yazdığı “Anlama sənəti” (“The Art of Understanding”) adlı məqaləsi dərc olunub.

Məqalədə müəllif “Yarımçıq əlyazma”nın bədii-fəlsəfi məziyyətləri ilə bağlı öz fikir və düşüncələrini qələmə alıb: “Kamal Abdulla “Yarımçıq əlyazma”nın qəhrəmanı olan araşdırmaçı gəncin hər şeylə maraqlanan dərin düşüncə prizmasından tarix adlandırılan bir nəsnənin içərisində bulunan sehri araşdırır və oxucusunu öz şıltaq suallar və ideyalar aləminə aparır. Bəzən hekayələr sadəcə öz-özünə mövcud olur, nə əvvəli bəllidir, nə də sonu. Kitab özündə Dədə Qorqud və tarixi şəxsiyyət Şah İsmayıl Xətai haqqındakı təhkiyəni birləşdirir və bu iki mövzunun kəsişdiyi ortaq və fərqli nöqtələri cəmləşdirərək, həm tədqiqatçını, həm də oxucunu naməlum olanın batinində daha nələrin gizləndiyini açmağa sövq edir.

“Yarımçıq Əlyazma romanında Kamal Abdulla hər bir insanın daxilində olan natamamlıq vəziyyəti haqqında, eləcə də araşdırma və özünüanaliz prosesinin bizim bildiyimizə və inandığımıza necə təsir edəcəyinə dair oxucu qarşısında dərin suallar qoyur.

Əsər cəmiyyətin tarix boyunca qarşıya qoyulan tolerantlıq, sülh kimi dərin fundamental suallara cavab tapması prosesindən keçərək necə inkişaf etməsini analiz edir. Bu xüsusi təhkiyəçilik elementlərinə Azərbaycan tarixində tez-tez rast gəlinir və məhz onlar müasir cəmiyyət və onun problemlərinin öyrənilməsinə maraqlı rakursdan baxmağa imkan verir.

Kamal Abdulla oxucusunu bəşər tarixinin verdiyi çoxsaylı dərslərin dünyanı bürümüş mədəniyyətlərarası və dinlərarası konfliktlərin həll olunmasında hansı müstəsna rola malik olduğunu düşündürməyə vadar edir.

“Yarımçıq əlyazma ” və şəxsi müdrikliyi vasitəsi ilə Kamal Abdullamilli tarixin mürəkkəb ideyalar zəminində inkişaf edən, bəşər tarixinin müxtəlif zamanlarını əhatə edən və insanlar arasında mümkün olan yeni dünyanın tədqiqatını aparan özünəməxsus mədəni kontekstini açmağa davam edir. “Yarımçıq əlyazma” Kamal Abdulla şəxsiyyətinin bədiiləşmiş təzahürüdür”.

İsrael Barouk məqalədə Kamal Abdullanın bədii yaradıcılığına işıq tutmaqla yanaşı, görkəmli yazıçının elmi və ictimai-siyasi fəaliyyətindən söz açıb və onu Azərbaycan multikulturalizmi modelinin təbliği və təşviqi işində ən görkəmli ekspertlərdən biri kimi səciyyələndirib.

# 1315 dəfə oxunub

Oxşar xəbərlər

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

15:00 12 avqust 2025
"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." -  Yaşar Rzayevin Vəlisi ilə  Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." - Yaşar Rzayevin Vəlisi ilə Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

09:00 11 avqust 2025
"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." -  Abbasqulu ağa Bakıxanov niyə  ərəb-fars tərkibləri ilə yazırdı?

"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." - Abbasqulu ağa Bakıxanov niyə ərəb-fars tərkibləri ilə yazırdı?

12:15 8 avqust 2025
Yar yaraya çevriləndə... -    Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

Yar yaraya çevriləndə... - Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

09:00 8 avqust 2025
Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

12:10 7 avqust 2025
"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

09:00 7 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər