Kiçik qayıqlar sənin məni gözləyən adalarına üzür

Kiçik qayıqlar sənin məni gözləyən adalarına üzür
29 iyul 2013
# 10:18

Kulis.Az Pablo Nerudanın “Məni unutsan” şeirini Svetlana Turanın ingilis dilindən tərcüməsində təqdim edir.

İstəyirəm biləsən

bir şeyi.

Özün bilirsən:

əgər baxıramsa

parlaq aya, tənbəl payızın

qırmızı budağına öz pəncərəmdən,

toxunuramsa

sobanın

ələgəlməz külünə,

ya da büzüşmüş qabığına odunun,

bunlar hamısı aparır məni sənə sarı,

sanki mövcud olan hər şey,

ətirlər, işıq, metallar,

kiçik qayıqlar olub

üzürlər

sənin məni gözləyən adalarına tərəf.

Əgər indi,

kiçik-kiçik ölçülərlə öz sevgini azaltsan,

mənim də sevgim getdikcə azalacaq.

əgər qəflətən

unutsan məni,

məni daha axtarma,

çünki daha öncə unutmuş olacağam səni.

Bu haqda dəli kimi durmadan düşünsən,

ömrümün bayrağını

dalğalandıran külək,

və qərara alsan ki,

kök atıb bitdiyim sahildəcə

məni tərk edib gedəsən,

yadında saxla

elə həmin gün

məhz həmin saat

qollarımı qaldırıb

köklərimi qoparıb

başqa torpaq aramağa gedəcəyəm.

Lakin

hər gün,

hər an

əvəzedilməz sevgiylə hiss etsən ki,

mənim qismətimsən,

çiçəklər məni axtarmaq üçün

sənin dodaqlarına sarı uzanırsa,

sevgim mənim, canım mənim,

sənin atəşin məndə əks olunar,

o sönməz, unudulmaz.

sevgim səninkindən qidalanar, sevgilim,

və sən nə qədər ki alırsan nəfəs,

məni tərk etmədikcə

sənə məxsus olar.

# 1975 dəfə oxunub

Oxşar xəbərlər

Pərakəndəlik və ailənin fəsadları - Elmir Həsən

Pərakəndəlik və ailənin fəsadları - Elmir Həsən

16:38 2 avqust 2025
Türkiyənin Azərbaycandakı səfiri:  Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə

Türkiyənin Azərbaycandakı səfiri: Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə

12:37 31 iyul 2025
"İstəyirsən gül, istəyirsən ağla, bu, bir oxucu kimi..." - Şərif Ağayarın romanı haqqında

"İstəyirsən gül, istəyirsən ağla, bu, bir oxucu kimi..." - Şərif Ağayarın romanı haqqında

12:00 31 iyul 2025
Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı

Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı

15:00 30 iyul 2025
Özünüzsüz onlara yazdıran əhvalınızı... - Günün şeiri

Özünüzsüz onlara yazdıran əhvalınızı... - Günün şeiri

13:10 25 iyul 2025
Əfsanəvi rokçu Ozzi Ozbornun fanatından duyğulu etiraf

Əfsanəvi rokçu Ozzi Ozbornun fanatından duyğulu etiraf

11:50 25 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər