Vaqif Səmədoğlunun fransızca şeirlər kitabı çıxdı

Vaqif Səmədoğlunun fransızca şeirlər kitabı çıxdı
25 may 2016
# 10:53

Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində daha bir kitab çap edib.

Xalq şairi Vaqif Səmədoğlunun fransız və Azərbaycan dillərində “Bir gün təbəssüm olmuşdum” (Un Jour, J’ai Ete Le Sourire) bilinqva şeirlər kitabı işıq üzü görüb.

Şeirlərin fransız dilinə tərcüməçisi və ön sözün müəllifi Aliyə Məstəliyeva-Səmədova, redaktoru professor An Mari Polodur.

Kitabın tərtibçisi şairin ömür-gün yoldaşı Nüşabə Babayeva-Vəkilovadır. Kitabda An Mari Polonun şairə ünvanladığı məktub da yer alıb. An Mari Polo yazır: “Aliyə Məstəliyeva-Səmədovanın tərcüməsində, Sizin bir neçə şeirinizi özüm üçün kəşf etdim. Dilin sehri ilə oyanmış gözəl ovqat və xoş hisslər üçün səmimi qəlbdən sizə təşəkkür edirəm. Elə həmin an, mən onları yaxın dostlarıma oxudum və hamı şeirlərə heyran oldu. ”

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində nəşrə hazırlanan, “Mütərcim “ nəşriyyatında nəfis dizayn və yüksək poliqrafiya ilə çap edilən kitabın səhifələmə və dizaynı Emil Camalova aiddir.

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu kitabla bağlı açıqlamasında bunları deyib: “Vaqif Səmədoğlu bizim müasir poeziyamızda az-az miqyaslı şairlərdən biri idi. Onun irsinin təbliği, tərcüməsi vacibdir. Ümid edirik ki, ən azı Fransa ədəbiyyat mütəxəssislərinə çatdıra biləcəyik kitabı. Tərcümələr, adaptasiya, redaktura peşəkarlıqla edilib. Biz Aliyə xanımın işini yüksək qiymətləndiririk. Belə nəşrlərin olması vacibdir...”

# 1683 dəfə oxunub

Oxşar xəbərlər

"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

12:00 28 mart 2026
"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

12:49 25 mart 2026
"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

14:00 24 mart 2026
"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." -  İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." - İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

12:00 24 mart 2026
İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

12:13 23 mart 2026
Sakrallıq və aldanışların vəhdətində - "Dəccal" - Elnarə Akimova

Sakrallıq və aldanışların vəhdətində - "Dəccal" - Elnarə Akimova

11:40 23 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər