Lovğa tülkü-UŞAQ ŞEİRİ

Lovğa tülkü-UŞAQ ŞEİRİ
10 iyun 2015
# 16:28

Meşədə tülkü lələ,

Quyruğu yekə şələ.

Hamıya lağ edirdi,

Mən gözələm deyirdi.

Bir gün bu tülkü lələ,

Quyruğu yekə şələ,

Rast gəldi bir ayıya,

Başladı o davıya.

Dedi, kobud, qarasan,

Ölüb yerə batasan.

Amma mənə bax, mənə,

Get, ayıb olsun sənə!

Ayı çox kədərləndi,

Geri dönüb, qəmləndi.

Sonra bu tülkü lələ,

Rast gəldi bir dovşana,

Başladı yana-yana,

Nəğmə oxudu ona:

-Çəpgöz, yekəqulaqsan,

Sanma ki, çox qoçaqsan.

Amma mənə bax mənə,

Hamının əzəliyəm,

Meşənin gözəliyəm.

Dovşan çox kədərləndi.

Hətta gözü nəmləndi

Sonra bu tülkü lələ,

Rast oldu bir kirpiyə,

Paltarı iti iynə.

Dedi, uzun burnun var,

Tikanlı paltarın var.

Hamı səndən çox qorxar.

Kirpi məəttəl qaldı

Mısmırığın salladı

Sonra bu tülkü lələ,

Gözəl bir çaya getdi.

İndi də çaya baxıb,

Balığa lağ edirdi.

Eybəcərsən, deyirdi

Birdən bərk külək əsdi,

Onun ümidin kəsdi.

Çürümüş qoz ağacı,

Özündən razı bacı,

Onun başına aşdı,

Tülkü qana bulaşdı.

Sifəti oldu çopur,

Başı da qotur-qotur.

Onun şələ quyruğu

Lap dibindən qırıldı,

Lovğa bacı sarsıldı.

Tülkünün naləsinə,

Bayaqdan lağ etdiyi,

Ağlatdığı, üzdüyü,

Bütün dostlar yığışdı.

Ona çox acıdılar,

Əvvəllər bacıydılar.

Ucadan ağlayaraq,

Ürəyi dağlayaraq,

Üzrxahlıq elədi.

Dedi, sizə heç zaman,

Lağ etmərəm, söylədi.

Nə olar bağışlayın,

Deyib yenə ağladı.

O qopmuş quyruğunu,

Götürüb sığalladı.

# 8210 dəfə oxunub

Oxşar xəbərlər

100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

10:00 9 iyul 2026
"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

15:00 7 iyul 2026
İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

16:31 6 iyul 2026
Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

18:47 3 iyul 2026
Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı  nəyi təsvir edirdi?

Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı nəyi təsvir edirdi?

14:30 1 iyul 2026
"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər