Kompüterdə işləyən yazarlara xəbərdarlıq

Kompüterdə işləyən yazarlara xəbərdarlıq
5 sentyabr 2013
# 12:26

Zadi Smit məşhur britaniyalı yazıçı, esseist və hekayə yazarıdır. 1975-ci ildə Londonda dünyaya gəlmiş Zadi Smitin əsl adı Sadi olub. O öz adını 14 yaşında ikən dəyişdirib. Uşaqlıqdan step rəqsləri ilə məşğul olub, sonradan musiqili teatr aktrisası olmaq arzusunda olsa da, Kembric Universitetində İngiltərə ədəbiyyatı üzrə təhsil alıb. Tələbəlik illərində caz müğənnisi kimi fəaliyyət göstərmişdir.

Universitet illərində hekayələr yazan Smit onları çap etdirməklə naşirlərin diqqətini özünə çəkir və bununla da, roman yazmaq təklifi alır. Beləcə “Ağ Dişlər” romanı 2000-ci ildə çapdan çıxdı və bir sıra ədəbi mükafatlara layiq görüldü. Bundan sonra Smitin daha üç romanı nəşr olundu (onlardan sonuncusu 2012-ci ildə çap olunub). 2006-cı ildə Z. Smitin “Gözəllik haqqında” romanı Oranj Mükafatının qalibi olmuşdur.

Zadi Smitin “Ağ Dişlər” romanı “Time” jurnalının 1923-cü ildən 2005-ci ilədək yazılmış 100 ən yaxşı ingilis dilli əsər siyahısına daxil edilmişdir.

Xatırladaq ki, ötən il Əlif Şafakın “İsgəndər” romanının plagiat olduğu iddia ediləndə, onun Zadi Smitdən oğurladığı söylənilmişdi. Zadi Smit o zaman Elif Şafaka dəstək məktubu yazaraq, onu plagiatda suçlayanları qınadığını bildirmişdi.

Zadi Smitin yeni başlayan yazarlara yazmaq haqqında aşağıdakı 10 məsləhəti verir:

Lap uşaqlıqdan çoxlu kitab oxumağa çalış. Bu məşğuliyyətə digər bütün məşğuliyyətlərdən daha çox vaxt sərf et.

Böyüdükdən sonra öz yazdığın yazını yad bir adam kimi, hətta öz düşməninsənmiş kimi oxumağa çalış.

Öz “istedadını” romantikləşdirməyə çalışma. Yaxşı yazmağı ya bacarırlar, ya da bacarmırlar. “Yazıçının həyat tərzi” deyə bir şey yoxdur. Əsas olan sənin nə yazdığındır.

Pis meyllərini unutmağa çalış. Lakin bu zaman edə bilməyəcəyin bir şeyi etməyin əhəmiyyətsiz olduğunu deyib özünü buna inandırma. Özünə tənqidi yanaşmanı laqeydliklə səhv salma.

Nəyisə yazmaqla onu redaktə etməyin arasında müəyyən qədər vaxt qoy.

Klişelərdən, qruplardan, birliklərdən uzaq dur. Ətrafında xeyli sayda insanın olması sənin yazını həqiqətdə olduğundan daha yaxşı edə bilməz.

Yazılarını internetə qoşulmamış kompüterdə yaz.

Yazdığın vaxt və məkanı başqalarının müdaxiləsindən qoru. Hər kəsi, hətta sevdiklərini belə həmin məfhumlardan uzaq saxla.

Əldə etdiklərinlə şöhrəti qarışıq salma.

Sənin həqiqəti deməyinlə nə baş verəcəksə, versin, amma onu yenə də de. Özündən heç vaxt razı qalmamaqdan irəli gələn və həyatın boyu sürəcək kədər hissi ilə barış.

# 4438 dəfə oxunub

Oxşar xəbərlər

"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

18:35 5 noyabr 2025
"Bu hekayəni Vüqar yox, Süni Zəka yazıb..." - Hekayə müzakirəsi

"Bu hekayəni Vüqar yox, Süni Zəka yazıb..." - Hekayə müzakirəsi

12:00 5 noyabr 2025
Mətanət Vahid: "Onların başını aşağı salıb razılıqla dinləyəcək çağı deyil..."

Mətanət Vahid: "Onların başını aşağı salıb razılıqla dinləyəcək çağı deyil..."

11:50 5 noyabr 2025
"Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini biz yaradırıq!" - Rəvan Cavid

"Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini biz yaradırıq!" - Rəvan Cavid

14:38 4 noyabr 2025
"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

18:10 3 noyabr 2025
Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

16:05 31 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər