Kimdir gözləyənim o dünyada yolumu?!...

Kimdir gözləyənim o dünyada yolumu?!...
9 fevral 2015
# 15:48

Harda qaldı ölməyim?!..

Yaşamaqdan yorulanda

Hədən ölməyim gəlir

Bu dünyadan o dünyaya

Köçüb getməyim gəlir...

Amma elə bil ilişib,

Yolda qalıb,

Gəlib çıxmır ölüm də...

Suallarım da çoxalıb,

Lap qalmışam əlində...

Deyirəm ki,

görən kimdir gözləyənim,

O dünyada yolumu?!...

Bəs qapını kim açacaq üzümə?

Ölüm adlı mənzilində,

Kim qonaq saxlayacaq?...

Kimə baş çəkim birinci?

Məni görüb sevinəcək,

Orda neçə ölü var?

Bu dünyadan o dünyaya,

Görən necə gedib çatır adamlar?

Nə qədərdi məsafəsi,

Bu dünyayla, o dünya arasının?

Bir adı da doğulmaqsa ölməyin...

Ölüb necə doğulur bəs adamlar?

Adım insandısa əgər,

Bu dünyada son işimdi ölməyim...

Suallarım da çox oldu,

Gedim,

dəyim,

gəlim bəlkə?

Görüm yolun harasında,

Nə gözləyir?

Niyə gəlmir, ölməyim?!...

***

Dərdimə...

Mənim dərdlərimin yaşı kiçikdi

Ərköyün uşaqdı,

Tək yata bilmir...

Bilmirəm kimdəndir qorxu-ürküsü

Susub,

Ürəyimdə oturub,

Dinmir !..

Mənim dərdlərimin yaşı kiçikdi,

Qollarımda yatır,

Gecəbəgündüz...

Qorxuram inciyə,

Baş alıb qaça...

Amma nə yol bilir,

Nə də ki, iriz...

Mənim dərdlərimin yaşı kiçikdi...

Böyüyür!

Qocalıb,

Öləcək bir gün...

Yəqin o dünyada

İkimizin də,

Əbədi evini quracaq dərdim...

***

Adam qoxuyan dünya...

Nəyisə çatmır dünyanın...

Kimisə əksilir hər gün,

Havası da qəribədir,

Gor qazırlar adamları,

Allahı da, insanı da,

Yox olub, ölmüş kimidi...

Adamlar qazan qəbirə...

Hər gün bir insan gömülür...

İnsanı olmayan dünya,

Allaha qəbir kimidi...

Adamı çox!...

İnsanı qıt!...

Allahı qıt!...

Bu dünya adam qoxuyur...

Bir insanı, bir Allahı çatmır deyə...

Dünya da ağı oxuyur...

Nəyisə çatmır dünyanın...

# 2291 dəfə oxunub

Oxşar xəbərlər

Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

15:00 25 iyun 2026
"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi

"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi

15:00 24 iyun 2026
"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

12:30 24 iyun 2026
"Xatirə və gerçəklik arasında incə  sərhəd..."  - "Torpağın ruhu" oxucuya nə deyir?

"Xatirə və gerçəklik arasında incə sərhəd..." - "Torpağın ruhu" oxucuya nə deyir?

18:45 23 iyun 2026
Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

15:45 23 iyun 2026
Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?

Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?

15:00 23 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər