Nobelli yazıçı hamını təəccübləndirdi

Nobelli yazıçı hamını təəccübləndirdi
1 avqust 2016
# 13:20

Beynəlxalq nüfuzlu "Man Booker” ədəbi mükafat fondu 2016-cı ildə təqdim olunan əsərlərin ilk siyahısını təqdim edib. "Guardian” xəbər verir ki, təqdim olunan ilk siyahıda münsiflərin ən çox çək-çevir etdiyi məsələ siyahıya Con Maksvel Kutzinin də, olduqca az diqqətçəkən triller müəllifi Qrame Makra Burnenin də daxil olmasıdır. Belə ki, əsasən, dünya ədəbiyyatına yeni imzalar qazandırmaqla fərqlənən mükafat fondunun Burnenin kateqoriyasından yazarlara yer vermiş olması normal qarşılansa da, Nobel mükafatlı və iki dəfə "Man Booker” mükafatçısı olmuş Kutzinin siyahıya salınması ictimaiyyəti təəccübləndirib. Onu da qeyd edək ki, Kutzi "Man Booker” tarixində bu mükafata iki dəfə layiq görülmüş ilk müəllifdir.

Ümumilikdə açıqlanan ilk siyahıda ənənəvi olaraq, 13 namizəd roman yer alıb. Onlardan altısının müəllifi xanımdır. Yazarlardan beşi amerikalı, altısı britaniyalı, biri kanadalı, biri isə cənubi afrikalıdır. Siyahıda Con Maksvellə yanaşı, Deborah Levay, AL Kennedi, Elizabet Straut kimi tanınmış müəlliflər də yer alır.

Münsiflər heyətinin sədri Amanda Foreman mətbuata verdiyi açıqlamada bunları deyib: "Bu il mükafat tarixi üçün olduqca həyəcanlı keçəcək. Kitablar janr və mövzu baxımından qətiyyən üst-üstə düşmür və geniş əhatəlidirlər. Mən əvvəlki illərin də siyahısına daxil olan əsərlərlə tanış olmuşam, lakin əminliklə deyə bilərəm ki, bu siyahıdakı əsərlər olduqca keyfiyyətlidir və onların əsrlik ömrü olacaq. Hansı roman ətrafında müzakirə aparırıqsa, saatlarla uzanır, hekayələr insanı həyəcanlandırır, danışdırır. Bu romanlar əsl ədəbi nümunədən olan gözləntilərimizi yüksəldəcək. Roman necə olmalıdır və necə ola bilər suallarına cavab tapacağıq. Keçmişdən bu günə, tarixi hadisələrə, satiraya, polemikaya kimi hər şey var bu siyahıda. Burada kim varsa, hamısı ədəbiyyatın təzə, enerjili və əhəmiyyətli olmaq şərtlərinə əməl edib. Zövq ala-ala oxunası bir siyahıdır”.

Mükafatın builki qaliblərindən olacağı düşünülən Burne isə verdiyi açıqlamada deyib ki, onun üçün mübarizə çətin olacaq: "Siyahıdakı bəzi əsərlərlə tanış deyiləm. Amma siyahıdakı imzalara baxanda insan həm həyəcanlanır, həm də qorxur. Onu da deyim ki, bəzi əsərlər var ki, insan oxuyur və ona dərc olunma imkanı verdiyi üçün naşirə uzaqdan-uzağa minnətdar qalır”.

Amanda Foremanın başçılıq etdiyi Con Dey, Abdulrzak Qurna, Devid Harsent və Olivia Uilyamsdan ibarət münsiflər heyətinin təqdim etdiyi siyahıdan çıxarılacaq növbəti qısa siyahı sentyabr ayının 13-də açıqlanacaq. Siyahını təqdim edirik.

* Paul Biti (ABŞ) – "Xəyanət” ("The Sellout”)

* Con Maksvel Kutzi (Cənubi Afrika) – "İsanın məktəb günləri” ("The schooldays of Jesus”)

* AL Kennedi (BK) – "Ciddi məzəli” ("Serious sweet”)

* Deborah Levay (BK) – "İsti süd” ("Hot milk”)

* Qrame Makra Burne (BK) – "Onun qanlı layihəsi” ("His bloody project”)

* İan MakQir (BK) – "Şimal suyu” ("The north water”)

* Devid Mins (BK) – "Distopiya” ("Hystopia”)

* Uil Menmuir (BK) – "Çoxluq” ("The many”)

* Ottessa Moşfeq (ABŞ) – "Eylen” ("Eileen”)

* Virciniya Rivs (ABŞ)– "Başqaları kimi işlə” ("Work like any other”)

* Elizabet Straut (ABŞ) – "Mənim adım Lusi Bartondur” ("My name is Lucy Barton”)

* Devid Szaley (Kanada) – "Xammal budur” ("All that man is”)

* Madelin Siyen (Kanada) – "Demə ki, heç nəyimiz yoxdur” ("Don’t say we have nothing”)

Kaspi.az

# 1845 dəfə oxunub

Oxşar xəbərlər

100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

10:00 9 iyul 2026
"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

15:00 7 iyul 2026
İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

16:31 6 iyul 2026
Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

18:47 3 iyul 2026
Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı  nəyi təsvir edirdi?

Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı nəyi təsvir edirdi?

14:30 1 iyul 2026
"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər