Kulis.Az türk yazar Ali Lidarla müsahibəni və şeirlərini təqdim edir.
- Yaradıcılıqla yanaşı orta məktəbdə müəllimlik də edirsiniz. Elə müəllimlər var ki, sinfə girdilərmi cəmiyyət və dünya “sinfin çölündə” qalır. Siz bu məsələdə necəsiz? Cəmiyyətdə, dünyada baş verənləri şagirdlərinizlə müzakirə edirsiniz, yoxsa?
- Adi müəlliməm, məncə. Fəlsəfədən dərs dediyim üçün şagirdlərimlə baş verən hadisələri müzakirə edirik. Bununla belə müəllimliyim məni qane etmir.
- Müsahibələrinizin birində “Ümumi problemlər məni o qədər də narahat etmir. Fərdin sıxıntıları məni daha çox düşündürür” demişdiniz. Belə çıxır ki, haradasa baş vermiş terror hadisəsi sizə təsir etməyə bilər, amma evinə çörək aparanda yolda ölən bir kişinin taleyinə daha çox üzülərsiz?
- Yox, əlbəttə ki, terror hadisələri də məni narahat edir, üzür. Orda demək istədiyim şey o idi ki, cəmiyyətin mənafeyi adı altında fərdə qarşı çox diqqətsizik edirik. İctimai fəlakətlərə üzüldüyümüz qədər fərdi problemlərə də üzülsək, dünya daha gözəl bir yer ola bilər.
- Yaradıcı insan cəmiyyətdəki problemlərə qarşı laqeyd olmalı, “Mən siyasətə qarışmıram”mı deməlidirmi, yoxsa...?
- Məncə, ürəyi necə istəyirsə, elə də olmalıdır. Buna görə çox narahat olmamalıdır.
- Sevdiyiniz yazıçı və rejissorlar kimlərdir?
- Rejissor deyəndə ağlıma ilk gələn adlar Zəki Dəmirkubuz, Onur Ünlü və Reha Ərdəmdir. Hazırkı şairlərindən Alper Gencer və Sinem Salı, yazıçılarından isə Barış Bıçakçı və Hakan Gündayı sevə-sevə oxuyuram. Amma, əlbəttə, sevdiyim başqa yazarlar da var.
- Sizin üçün şeir nədir?
- Dərdi olan, bir şey deyən və mənə toxunan hər misranın başımın üstündə yeri var.
- “Alengirli şeir” sizi məşhurlaşdıran və ən çox sevilən şeirinizdir. Onun yazılma tarixçəsindən danışa bilərsizmi?
- O şeiri sıxıntılı vaxtlarımda, bir neçə dəqiqəyə yazmışam. Bu qədər məşhurlaşmaısına özüm də təəccüblənirəm. Çünki həm texniki, həm də emosional baxımdan ən yaxşı şeirim deyil. Amma insanlar sevdi. Bəlkə də o şeirdə özlərindən nəsə gördükləri üçün sevdilər.
- Öz şeir üslubunuzu necə adlandırardız? Ümumiyyətlə şeirləriniz haqqında nə düşünürsüz?
- Şeirlərimdən çox da xoşum gəlmir. Çoxu gözümə bir az bəsit görünür. Böyük ehtimal ki, özümü ifadə etmək üçün bəsit kəlmələrdən istifadə etdiyimə görədir. Ona görə də şeirdən çox, hekayə, ya da roman yazmağı xoşlayıram.
- Saytınızda bəzi şeirlər nömrələnib? Xüsusi bir səbəbi var, yoxsa sıralama üçündür?
- Bəzi şeirlər “Təsirsiz Parçalar” konsepsiyasının hissələri kimi yazılıb. Ona görə də həmin şeirlər nömrələnib.
- Bir çox yazıçının yazı ritualı var. Bəziləri gecələr masa arxasına keçir, bir qismi sübh tezdən yazmağı xoşlayır... Sizin belə vərdişləriniz varmı?
- Yox, mənim heç bir vərdişim yoxdur. Günün istənilən vaxtı, istənilən yerdə yaza bilirəm. Bəzən bir kafedə, bəzən parkda skamyada oturanda, bəzən tramvayda.
- Əslində, sizi bir az özünə qapalı, öz dünyasında yaşayan bir şair kimi tanıyırıq. Sizə televiziya verilişlərindən, konfranslardan təklif gəlir qəbul etmirsiniz, yoxsa necə?
- Xətrini çox istədiyim insanlar dəvətləri istisna olmaqla bir çox dəvətləri rədd edirəm, doğrudur. Tünlüyü, çox adam olan yeri xoşlamıram. Yəqin ona görədir. Bir də mənə elə gəlir ki, çox vaxt eyni sualları verirlər, eyni şeyləri danışıram. Bu da hərdən özümdən bezməyimə səbəb olur. Ona görə də belə təkliflərdən uzaq durmağa çalışıram.
- Facebookda aktivsiniz. Bəs ordan necə, bezmirsiz?
- Elə bezdiyim üçün sosial şəbəkələrdə aktivəm. Bezməyənə ordan da çıxacam.
- Sizin gözünüzdən Türkiyə necə görünür?
- Orxan Pamukun dediyi kimi görünür: “Mənim yalnız və gözəl ölkəm”.
Söhbətləşdi: Leyla Nənə
Alengirli şiir
Ben seni severim sevmesine de toplum buna hazır değil
Nükleer denemeler kyoto sözleşmesi küresel ısınma falan.
Belki sen çok küçüksün belki benim ruhum ölü
Biraz Nietzsche biraz Kant kafan karışmış belki
Parlıamanet'i de bozdular tutunacak dalımız mı kaldı?
Pavyonda tanıdığım bilge bir pezevenk vardı!
Kötü kitaplar okumak kötü yaşamak gibidir derdi.
İyi kitaplar okudum bir boka yaramadı...
Ben seni severim aslında da düzenim bozulur diye korkuyorum
Durduk yere başımıza saçma sapan bir aşk çıkar
Sinemaya gitmeye ele ele tutuşmaya falan kalkarız
İşin yoksa çiçek al, saç tara, parfüm sık.
Küsmesi, barışması, ayılması, bayılması
Hatta eninde sonunda kaçınılmaz ayrılması
Meyhanede tanıdığım gerzek bir filozof vardı!
Güzel kadınlar insanın ömrünü uzatır derdi.
Bir sürü güzel kadın girdi hayatıma
Hepsi ağzıma sıçtı...
Ben seni severim belki de rabbim buna hazır değil.
Her şeyin güzelini sever o ideal birliktelikler ister
Seninle benim yan yana oturacağımız çekyata
Ne ilahi adalet sığar ne de diyalektik.
İçime çöreklenmiş sığ bir sığır var benim.
Ben seni severim sevmesine de
İş çıkarmasana şimdi ne gerek var güzelim.
O kadar güçsüzüm ki sesim bile çıkmıyor
Saat üçtür belki dört uyusaydım ya keşke
Uyanmaktan korkmasam yüz yıl uyurum sanki
Ağaçlar, evler, kuşlar bile uykuda
Bir garip, bir tuhaf, bir huysuzum ki sorma.
Sana söyleyemediklerimi bak gaybına söylüyorum
İçinden konuşma!
Bu yeryüzü bu gökyüzü iyi güzel amenna
Yakazan
Her işte bir hayır var doğru bunları geçmeyelim
Ama bıktım artık şerden hayır damıtmaktan
Misal şimdi yan yana uyumak var
Uyumamakta hayır var da
Uyumakta ne mahsur var
Bir güzel olsak ya senle bu anlaşmamazlıklar niye
Secdelere küs alnımda bir kara bir kara
Kalksak gitsek ya şimdi
Belki Abant olur belki Porsuğun kenarı
Bayram namazından sonra
Ben anlatsam sen anlasan beraberce ağlasak
Ağlamak anlamaktır benimle ağlasana..