Bu gün böyük rus yazıçısı Fyodor Dostoyevskinin 192 yaşı tamam olur.
Kulis.az dahi yazıçının əsərlərindən götürülmüş maraqlı sitatları təqdim edir.
Bil ki, insanın dəyərini varlığı deyil, yoxluğu göstərər. Unutma, yoxluğu bir şey dəyişdirməyənin, varlığı lazımsızdır.
Bir çox insan xoşbəxt olduğunu bilmədiyi üçün bədbəxtdir.
Bir insanın həyatının ikinci yarısı, ilk yarıda qazanılan vərdişlərin davam etdirilməsindən ibarətdir.
Bir ağacın qarşısından onu sevmədən, onun var oluşundan xoşbəxtlik hiss etmədən keçilə biləcəyini ağlım qəbul etmir.
Bir insan ümidini itirər və məqsədsiz qalarsa, sırf can sıxıntısı belə onu bir heyvana çevirə bilər.
Bəzi insanlar, ev itləri kimi, yamandıqları qapıdan ayrılmazlar.
Bir qadının həyatı; hər hansı bir kişiyə boyun əyib bağlanmaq üçün bir axtarışdan başqa bir şey deyil.
Buna əminliklə inanın ki, xalqını anlamayan, onunla əlaqələrini qoparan insan bunu etdikcə yurduna inancını itirər, ya dinsiz olar, ya da duyğusuz bir odun.
Bəraət qazandırın, qınamayın, amma yamanlığa, pisliyə başqa ad verməyin.
Canlı Allah görmək istəyən onu şüurunun bomboş fəzasında yox, sadə insan sevgisində tapacaq.
Çox vaxt, sözün həqiqi mənasında ağrıyla başa düşürəm ki, izah etmək istədiyimin iyirmidə birini belə izah edə bilmədim və hətta heç bir şey izah edə bilmədim. Məni rahatlaşdıran şey,
Tanrının bir gün mənə o gücü və ilhamı göndərəcəyinə, mənim də özümü tamamilə izah edə biləcəyimə, qısacası ürəyimdəki və xəyal dünyamdakı hər şeyi ortaya qoyacağıma dair olan ümidimdir.
Dünyaya qalib çıxmaq istəyirsənsə, əvvəl özünə qalib ol.
Evlənmə, boşanma işi sırf qadınların əlində olsaydı, bir tək nikah möhkəm qalmazdı.
Elə dəqiqələr var ki, insanlar bu vaxt cinayət istəyirlər.
Əgər bəşəriyyətin səadətini təmin edəcək bir sarayın tikintisində məsum bir körpənin göz yaşı axacaqsa, həmin saray mütləq tar-mar olacaqdır.
Əgər həyatda həmişə xoşbəxt olsam, xəyalini quracaq nəyim qalar?
Gedən dönməyəcəksə, qalanların dəyərini biləcəksən. Ölənlə ölünmürsə əgər, qalanlarla yaşamağa davam edəcəksən.
Həyatımızda ən uca, ən güclü, ən faydalı dayağımız ana-ata evindən qalan xatirələrimizdir.
Həqiqi sevən ürəkdə ya qısqanclıq sevgini, ya da sevgi qısqanclığı öldürür.
Həyatı onun mənasından artıq sevmək lazımdı.
Həyata yenidən başlasaydım, saniyələrin nəbzini tutardım.
Hər kəs hər şeydə cavabdehdir.
Xoşbəxtlik xoşbəxtliyin özündə deyil, onu dərk etməkdədir.
Xoşbəxt son deyə bir şey yoxdur. Çünki bir şeydə son varsa orada xoşbəxtlik yoxdur
İnsan yaşamağı və yaşamamağı eyni şey deyə qəbul etdiyi zaman azadlığa qovuşar.
İnsanların səadət qədər fəlakətə də ehtiyacı vardır.
İnsanın ruhunu ucaldan bir əzab, ucuz bir xoşbəxtlikdən daha yüksəkdir.
İnsanın özündən üz çevirməyə, dünyada olub bitənləri görməzlikdən gəlməyə haqqı yoxdur.
İnsanlar bədbəxt olmadıqca başqalarının bədbəxtliyini anlaya bilməz.
Sadə bir adam, anlaşılmaz bir adamdan daha da qorxuludur.
Sevgi o qədər qüdrətlidir ki, insanları yenidən doğulmağa məcbur eləyir.
Tanımadığını sevmək mümkün deyil.
Uşaq, dünyanın ən böyük səadətidir.
Uşaqları sevən həyatı da sevər.
Ürəyi olub da ağılı olmayan bir qadın, ağılı olub da ürəyi olmayan bir qadın qədər bədbəxtdir.