“Ev kitabxanası” zənginləşir

“Ev kitabxanası” zənginləşir
10 iyul 2015
# 16:54

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu maarifçilik istiqamətində bir-birindən maraqlı layihələr həyata keçirir.

Fonddan Kulisə verilən məlumata görə bu yaxınlarda gənc nəslin mütaliəyə həvəsini artırmaq üçün Fondun “Ev kitabxanası” layihəsinə uğurla start verdiyi məlumdur. Layihənin gedişi ilə bağlı ətraflı məlumat almaq üçün Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu ilə əlaqə saxladıq.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin tövsiyəsi ilə başlanan bu layihə elm və ədəbiyyat adamlarının yeni çap olunmuş kitablarını ölkə əhalisinə çatdırmağın ən uğurlu yollarından biridir. Layihəyə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universiteti və Azərbaycan Yaradıcılıq Fondu mütəxəssislər tərəfindən tərtib olunmuş siyahı üzrə kitabları alaraq əhaliyə paylayır.

Отображается файл "loqolar.jpg"

“Artıq üç müəllifin - Qan Turalının, Şəhriyar Del Geraninin və Aydın Talıbzadənin kitabları “ev kitabxanamızı” bəzəyir. Onu da xüsusilə qeyd edim ki, layihə çərçivəsində həmçinin ədəbiyyatın təbliğatı, oxumaq vərdişlərinin artırılması, yazarların tanınması, oxucu ilə müəllif təmaslarının qurulması, kitab bayramlarının, sərgilərin keçirilməsi, əsərlərin xaricdə təqdimatı kimi müxtəlif səpkili tədbirlər də həyata keçiriləcək. Hazırda görkəmli yazıçımız Nəriman Əbdülrəhmanlı, şairlərimiz Vaqif Bayatlı Odər və Qulu Ağsəsin kitabları münsiflər tərəfindən seçilərək “ev kitabxanası”na daxil edilib. Biz yaxın zamanda bu müəlliflərin kitablarını alacağıq. Bu müəlliflərin kitabları Bakıda, eləcə də ölkəmizin başqa şəhər və rayonlarında ədəbiyyatsevərlərə, gənclərə paylanacaq. Kitablar Bilik Fondunun hər bir rayonda fəaliyyət göstərən nümayəndələri vasitəsilə regionlarımıza çatdırılır. Bundan əlavə, yaxın günlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Bilik Fondu və Bakı Slavyan Universiteti ilə birgə təşkil edəcəyi “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi – öyrən, araşdır, paylaş” adlı beynəlxalq yay məktəbinin iştirakçılarına təqdim ediləcək hədiyyələrdən biri də məhz “Ev kitabxanası” layihəsinin əhatə etdiyi kitablardır. Artıq Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin könüllüləri də bu fəaliyyətə cəlb olunublar. Müşahidələrimiz göstərir ki, “Ev kitabxanası” layihəmiz cəmiyyətdə xüsusi maraqla qarşılanıb. Elə Fondun ünvanına, sosial şəbəkələrdəki səhifəsinə gələn çoxsaylı məktublar da bunu deməyə əsas verir”.

“Ev kitabxanası” layihəsinə qatılan müəlliflərdən Nəriman Əbdülrəhmanlının fikrincə, bu, mütaliə mədəniyyətinin genişlənməsi və kitabın özünün təbliğatı yönündə çox vacib və maraqlı layihədir. “Müəlliflərdən alınaraq oxuculara çatdırılan kitabların oxucu təfəkküründə və düşüncəsində irəliləyişə nail olacağına inanıram. Belə layihələrə uğurlar arzulamaq və dəstək olmaq lazımdır”.

# 1904 dəfə oxunub

Oxşar xəbərlər

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

10:15 26 may 2026
Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

10:00 26 may 2026
"Hər şeyinizi sevgiyə verin..." -  Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

"Hər şeyinizi sevgiyə verin..." - Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

15:00 25 may 2026
"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

17:00 21 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər