Məni dünyanın ortasında buraxıb getdin. Heç vaxt dünyadan bu qədər qorxmamışdım. Hətta xalalarım məni uşaq vaxtı kinoteatrda unudub gedəndə də. Bilirdim ki, dalımca gəlib götürəcəklər. Amma indiki yaşımda kim götürəcəkdi məni bu ortalıqdan...
Göy harasa getmişdi. Yer yerində deyildi. Ağaclar kölgələrini qurşaqlarına yığmışdılar...
Göz yaşım nəfəsimin həyəcanında buxarlanıb gözümə dolurdu. Burumun suyu köynəyimin ətəyində quruyurdu. Üzümü hansı tərəfə döndərirdim bütün divarlar baş daşı idi. Hamısının da üzərində sənin fərqli şəkillərin. Hamısı da məni qoyub gedən yerdə...
Heç nə təsəlliyə oxşamırdı. Hər şey hündür və tikanlı idi... Hətta külək də. Yağış istəmirdim. Birdən isti yağar deyə.. Qaranlıqdan qorxurdum. Sabahı gətirməz deyə... Pis fikirlər hər tərəfdən qapazlayırdı məni... Gözlərim hər yeri dumana bürümüşdü. İnanmaq istəyirdim ki, Allah hardasa bu dumanlıqdadır...
Sonra bir qız uşağı gəldi. Gəldi və əlimdən tutub apardı məni. Bu sənin uşaqlığın idi... Böyüklüyünün səhvini düzəldirdi... Və mən onun ətəyindən tutub ruh olmağa getdim...
İLQAR RƏSULU FACEBOOKDA İZLƏ
Divarlarda sənin başdaşların
Oxşar xəbərlər
İngilis ədəbiyyatının "melanxolik kraliçası" - Dafna dü Morye kimdir?
14:10
13 may 2026
Onun əl işlərini Beyons, Ledi Qaqa kimi məşhurlar istifadə edir - Milanda yaşayan azərbaycanlı dizaynerlə müsahibə
15:54
12 may 2026
"Keçmişin “mirzəsi” indinin “yazarı”dır" - Ədəbiyyatımızdan "yazıçı" sözünü kimlər niyə sildilər?
12:00
12 may 2026
Bu hekayə dərin psixoloji nəsr nümunəsidir - Sevil Hidayət
12:05
10 may 2026
"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət
14:47
5 may 2026
"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı?
12:00
5 may 2026