Qadını yatağa apara bilməyən

Qadını yatağa apara bilməyən
26 oktyabr 2016
# 16:07

Kulis.Az Sonuncu Orxanın “Aşiq” yazısını təqdim edir.

“Səni niyə belə sevdim,

Belə istədim niyə?

Canımdakı min tikana

Bir gülə istədim niyə?”

Vaqif Bayatlı

Oturub fikirləşirəm: sıxıntımı nə ilə qovum? Bəlkə kitab, bəlkə film?! Bir qərara gələ bilmirəm. Bu sıxılmaq ki var adamı zəlil eləyir, nə eləmək istədiyini bilmirsən, siqareti siqaretə calayırsan - bu da həmdəm olmur, adamı avara-gor eləyir. Bu heyndə M.Maqomayevin “Cиняя вечностъ” mahnısını eşidirəm. Pəh, əcəb mahnıdır, adamı göylərə qaldırır.

“О море, море, ,
Преданным скалам...”

Birdən beynim mənə diktə elədi ki, telefonuma zəng gəlir, otağa

cumdum. Telefonumu əlimə götürüb baxdım, kim olduğunu bildiyim üçün təzədən yerinə qoydum. Bilirəm, boş-boş vaxtımı alacaq. Nəsə bir az tərəddüddən sonra “yes” düyməsinə basıram.

- Alo...

Telefonun o biri başında bir az kədərli, bir az qorxaq səs tonu ilə bir adam danışır:

- Vaxtın varsa görüşə bilərik?

Fikirləşirəm görüşməmək üçün nə bəhanə tapa bilərəm? Bəlkə deyim qonaqlıqdayam ya da deyim ki, yoldayam rayona gedirəm?! Eh...

- Hə, yarım saata görüşə bilərik.

İstəmədən razılıq verirəm. Hələ də tərəddüdlüyəm. Yarım saat keçir, telefonuma sms gəlir ki, mən burdayam, gözləyirəm səni. Əynimi geyinib aşağı düşürəm. Nişan verdiyi yerə gedirəm, səmimi qarşılayır məni. Çay içməyə dəvət edir, razılaşıb yola düşürük. Gəlib xudmani bir kafeyə çatırıq.

O donuq nitqi ilə mənə deyir:

- Mən ona heç vaxt xəyanət edə bilməmişəm, heç bir qadını aldada bilməmişəm, özümü idarə edə bilmirəm, yata bilmirəm... Vallah gözümə yuxu getmir.

Sevgi, həm də nə sevgi?! O sevgi ki, adama dinclik vermir, adamı hədsiz emosionallaşdırır, ətrafdan soyudur. Qohum-qardaşın, dostun, tanışın gözündən salır. Adamı sərgərdan eləyir, həyatın dibinə sürükləyir. Ürəyin bədənin olur, əlin də, dilin də, gözün də ürəyin olur.

Ağlamaq tutur onu. Beynimdə gizilti başlayır, bilmədən dodağımı dişləyirəm. İlahi, bir insanı necə belə sevmək olar?! Qadını aldadıb yatağa aparmağın məharət sayıldığı bu ölkədə belə adamın olması məni şoka salır.

Özümdən utanıram, gözümün qabağına Zeki Demirkubuzun “ Bulantı” filmi gəlir. Final səhnəsində təmiz mənəviyyatlı qadının qarşısında diz çöküb ağlamaq səhnəsi.

Bir siqaret yandırıram...

# 1794 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

17:00 10 mart 2026
Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

16:30 10 mart 2026
Çağdaş Güney Azərbaycan ədəbiyyatı: Dünəndən bu günə nə dəyişib?

Çağdaş Güney Azərbaycan ədəbiyyatı: Dünəndən bu günə nə dəyişib?

15:00 10 mart 2026
"Bilirsən nəyin məni bəxtiyar etdiyini..."  - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

"Bilirsən nəyin məni bəxtiyar etdiyini..." - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

12:00 10 mart 2026
Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

17:20 6 mart 2026
"Dedi, başla, kişi ol! İndi vaxtıdı…" - O, sevdiyi qıza qarşı necə belə qəddar ola bilərdi?!

"Dedi, başla, kişi ol! İndi vaxtıdı…" - O, sevdiyi qıza qarşı necə belə qəddar ola bilərdi?!

12:00 6 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər