Səni hər dildə sevərəm...

Səni hər dildə sevərəm...
23 iyul 2013
# 11:41

Səni hər dildə sevərəm...

Ağlamaqdan qorxaram hər dildə...
İfadəsi yoxdu sənsizliyin...
Səndən öncə ölüm...
Məni ağlama!
Sev sadəcə!
Ölü səndən başqa gərək deyiləm kimsəyə!
Anamsan deyə!


***


Məni bir az xatırla!
bir az təəssüflən mümkünsə
heç nəyə baxmadı!
irad tutmadı!
susaraq! səssiz! üsyansız! etirazsız!
bir qadın necə gedə bilərsə
elə getdi de!
xatirələrini aparmadı
boylanıb baxdım!
qorxdum de!
qorxulu nağıllardan başqa şey deyilmiş yaşadıqları
ölüb getdi
qəbri qəlbindədi
özü qəbirüstü abidə kimidi de!
son baxışından danış bir də
elə baxdı
elə bil anasının bətnindəykən də
həyata nifrət edirmiş de!
həyati ki mən idim?!
mənə nifrət etdi!
getdi de!


***


Bir ölüm qaldı yaşlanmamış
onu yaşamağa qədər
yaşamaq da çətin!...


***


Sil dedin!
Sildim!
indi nə yazırsan?
Oxunmur...
Oxumaq istəmirəm yəni....


***


uzaqdan sevməyi,
baxmadan görməyi,
toxunmadan hiss etməyi,
eşitmədən dinləməyi öyrəndik
sən də
mən də
mənsizlik və sənsizlik dərsi qalib
gəl öyrənməyək!
heç "iki" də olmasın qiymətimiz
"bir" versinlər
bir olaq!


***

İnsanlar bircə dəfə eyni olur...
İtirəndə...
Gəl həmişə fərqli olaq səninlə!

***


Səni oxumaq olmur...
başqa dildə yazılmısan...


***


Səninlə görüşə...
Ürəyimi evdə qoyub gəlmişəm...
O romantik dəlidi!
Sən romantik fırıldaqçı!
İkinizdən də bezdim...
Onun göz yaşında!
Sənin yalanlarından!
Nə deyirsən özümə de!
Ürəyim xəstədi!


***

nə vaxtsa itmiş ümidinin
çırağı kimi
axtaracaqsan məni
olmadığım yerlərdəyəm!

***

Qayaların qəlbi yox deyirlər
Amma onu da yosun sair
sevdiyi üçün

***


Məndə qaldın...
Amma bir az...
Bir az ruhun...
Bir az qoxun...
Bir az xatirən...
Bir az sevgin...
Səni Tanrıdan elə bir az istəmişdim...


***


Əlin əlimdədi!
özün dünyanın o başından...


***


Gözümü yumanda varlığın
açanda yoxluğun yanımdadı.
Arada qoyma məni!

# 3379 dəfə oxunub

Oxşar xəbərlər

"O, ilk Xalq şairimizdir ki..." - Nəriman Həsənzadədən nəyi öyrənmişik?

"O, ilk Xalq şairimizdir ki..." - Nəriman Həsənzadədən nəyi öyrənmişik?

10:00 23 fevral 2026
"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

15:00 22 fevral 2026
"Folklordakı Cırtdan avtoritetinin məhv edilməsi..." - Necə oldu ki, Qırmızıpapaq Canavarın sevgilisinə çevrildi?

"Folklordakı Cırtdan avtoritetinin məhv edilməsi..." - Necə oldu ki, Qırmızıpapaq Canavarın sevgilisinə çevrildi?

15:00 19 fevral 2026
“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

14:54 18 fevral 2026
Kişi “kim üçün?” sualının cavabını tapmalıdır... - Anar Şamil

Kişi “kim üçün?” sualının cavabını tapmalıdır... - Anar Şamil

11:30 18 fevral 2026
Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

13:00 17 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər