Özgədə qalan gözlər

Özgədə qalan gözlər
7 iyul 2014
# 16:44

Kulis.Az gənc şair Rüfət Səidin yeni şeirlərini təqdim edir

***

Sən elə bilirdin xoşbəxt olacaqsan...
Dikdabanla boşqabı sındırıb keçdiyin zaman.
Beləcə, bir şillə dəydi üzünə.
Qapı çırpıldı bərkdən...
Həyat belədir axı...
Bircə boşqaba görə
Başınla cavab verməli olursan.


Sən elə bilirdin xoşbəxt olacaqsan...
Sevgilisindən ayrılmış rəfiqələrinə
Təsəlli verdiyin an.
Hər təsəllidə öz taleyinə şükür edirdin,
Hər dəfə də başını bulayanda,
Qəlbində bir sərməstlik yaranırdı.
“Mənim qismətim başqadır”deyirdin,
Çünki hələ o qismət gəlməmişdi...
Nə sən sevmişdin, nə də...
Qapın döyülməmişdi.
Səsdə olan qulaqlar
Həmişə xoş xəbərlərə köklənir.


Sən elə bilirdin xoşbəxt olacaqsan...
Bunu sənin platonik eşq yaşadığın

şair də deyirdi.
Bu sözlərə görə söymüşdün onu...
Hətta nifrət etmişdin...
Çünki yalandan səni

başdan etmək istəyirdi o əclaf.
Amma yavaş-yavaş nifrətin keçdi...
Lakin şair hər zaman yalançı olaraq yadında qaldı.


Yaşadığın əzablar
Daha doğma göründü,
Daha həqiqi gəldi.
Heç olmasa zəng elə...
İki-üç sözdən ibarət məktub yaz.
Elə bilməsin ki, bədbəxt olmusan...
Eləcə, şillə dəydi üzünə.
Həyat belədir axı...
Özgədə qalan gözlər
Ancaq dəhşətli mənzərələr görür.

"Kardiolet"


Gəl, sənə bir xoş xəbər verim,
Daha itirəsi heç nəyimiz qalmayıb.
Cəmi 5-6 ay…
O da Əzrayılla görüşə hazırlaşan birinə
Mənasız bir möhlətdir.
Gözlərini yumub-açıb,
Bir də görəcəksən ki…
Daha itirəsi heç kimin qalmayıb.


Gəl, sənə bir bəd xəbər verim,
Səni necə xoşbəxt edəcəyimi
Düşünüb tapammıram.
Əvvəl istədim ömründən

səssizcə çıxıb gedim…
Sonra başa düşdüm ki,
Hay-küylə ölüb getmək…
Xəbərsiz öldürüb getməkdən

daha yaxşı olar.

Gəl, belə şeylərlə təsəlli tapaq.
Sarıl mənə,
Qucaqla…
Və heç kimdən utanma!
Onsuz da itirəsi heç nəyimiz qalmayıb.


Biz “Kabriolet”imizə minib getməyəcəyik…
Sən başından arxaya

gül dəstəsini atmayacaqsan…
Amma mən gülə-gülə…
Hər zaman yanında olacağam.
Ürək insanlar üçün yaşamağa ən gözəl yer…
Sənin sol yanında yaşayacağam.
Yəqin sən Tanrıtək xəsislik eləməzsən…
Onsuz da, itirəsi ürəyimiz qalmayıb.

# 2858 dəfə oxunub

Oxşar xəbərlər

"Niyə mən sizi hələ Bakıdaykən tanımamışam?" - Əzizə Cəfərzadə ilə Ramiz Abutalıbovun yazışmaları

"Niyə mən sizi hələ Bakıdaykən tanımamışam?" - Əzizə Cəfərzadə ilə Ramiz Abutalıbovun yazışmaları

10:00 25 avqust 2026
“Qarlı aşırım”da donan həqiqətlər... - Sən kimsən, Qəmlo?

“Qarlı aşırım”da donan həqiqətlər... - Sən kimsən, Qəmlo?

12:00 24 avqust 2026
Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli

Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli

13:10 20 avqust 2026
Sözün, səhnənin və ekranın sənətkarı: İlqar Fəhmi - Gülxani Pənah

Sözün, səhnənin və ekranın sənətkarı: İlqar Fəhmi - Gülxani Pənah

10:00 20 avqust 2026
"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

15:10 19 avqust 2026
"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

13:15 18 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər