Tarixin ilk şarlatanı, xuliqanı... - O həkim xəstələri niyə aldadırdı?

Tarixin ilk şarlatanı, xuliqanı... - O həkim xəstələri niyə aldadırdı?
27 dekabr 2023
# 17:00


Bəzi sözlərin necə yaranmasından xəbərsizik.

Kulis.az gündəlik həyatımızda istifadə etdiyimiz sözlərin necə yaranması haqqında faktları təqdim edir.

Xuliqan

Xuliqanlığa meylli irland ailəsinin soy adıdır. Ailənin üzvü cavan Patrik Xuliqanın adı polis hesabatlarında və qəzet xronikalarda tez-tez parıldayırdı.

Şovinizm

Şovinizm sözü vətənpərvər hisslərini pafoslu çıxışlarında dilə gətirən Napoleon əsgəri olmuş Nikolay Şovenin adı ilə bağlıdır. “Calvinus” sözündən əmələ gələn soyad, tərcümədə keçəl deməkdir.

Saksafon

Adolf Saksın ixtira etdiyi musiqi alətini ilk dəfə başqa adla adlandırıb. Daha sonra ixtiraçının alətini bəstəkar Hektor Berlioz dostunun şərəfinə saksafon adı verib.

Sendviç

Con Monteqyu IV qraf Sendviç Ceyms Kukun dünya səyahətinin ekspedisiyasının hazırlıqları ilə məşğul idi. Ceymsin yeməyə çox vaxtı olmadığı üçün, o, sadə və rahat sendviçlər hazırlayırdı.

Boykot

Britaniyalı Çarlz Boykot İrlandiyalı bir mülkədarın idarəçisi vəzifəsində işləyirdi. Bir dəfə işçilər tətil elan edərək ingilisin istefa verməsini tələb etmişlər. Britaniya mətbuatı hadisələri işıqlandıran zaman hadisələri “Boykot” adlandırırmış.

Cakuzi

İtaliyalı Kandido Yakuzzi (Jacuzzi) cakuzini ixtira edib.

Olivye salatı (paytaxt salatı)

Aşpaz Lyüsen Olivye məşhur salatın reseptinin müəllifi kimi tanınır.

Şarlatan

Əfsanəyə görə söz, fransız həkimi Şarl Latenin adı ilə bağlıdır. O, xəstələri sağaldacağını deyib, lazımsız əməliyyatlar apararaq, pulu götürüb aradan çıxırdı. Yazıq xəstələrin vəziyyəti isə daha da ağırlaşırdı.

İyul və avqust

İyul ayı Yuli Sezarın, Avqust isə Roma imperatoru Oktavian Avqustun şərəfinə belə adlandırılıb.

Mesenat

Tarixdə ilk məşhur mesenatın adı Qay Tsilniy Metsanat olub.

Siluet

Etyen de Siluet Fransanin maliyyə sistemini idarə edirdi. Lakin keçirdiyi uğursuz islahatlar nəticəsində vəzifəsini tərk edir. Bu zaman o, özünə başqa əyləncə tapır. O, insanın divardakı kölgəsinin üzərində onun rəsmini çəkirdi. Bu ideya insanların o qədərə xoşuna gəlir ki, Siluet sözü bütün Avropaya yayılır.

Mansard

Çardağı ilk dəfə yaşayış və təsərrüfat məqsədləri üçün istifadə edən memar Fransua Mansar olub.

Kardiqan

Geyimi Kardiqan qraflığının yeddinci başçısı general Ceyms Tomas Bradnell ixtira edib. "Publika.az"

# 4304 dəfə oxunub

Oxşar xəbərlər

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

10:15 26 may 2026
Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

10:00 26 may 2026
"Hər şeyinizi sevgiyə verin..." -  Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

"Hər şeyinizi sevgiyə verin..." - Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

15:00 25 may 2026
"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

17:00 21 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər