"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi
8 iyul 2026
# 12:15

Kulis.az Vüsal Bağırlının "Dərin gölün vampirləri" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Sevgi şərhi - Fərhad Amurun hekayəsi

Fərhad Amur:

"Hekayənin mövzusu maraqlıdır. Dərnəgülün etimologiyası və həşəratlar haqqında məlumatlarla giriş etməsi də həmçinin. Mənə Dino Buzzatinin pilləkənlərlə yuxarı qalxan "Damcı" hekayəsini xatırlatdı. Bakının ağcaqanad dərdini, ağcaqanadların yaratdığı problemləri və həll yollarını maraqlı tərəfləri ilə, bədii çalarlarla qələmə alıb. Amma bilmirəm, niyəsə mənə elə gəlir ki, bu cür hekayələr "kafkaesk" təhkiyədə daha uğurlu alınır. Fikrim belədir. Dino Buzzati sözügedən hekayəsinin orijinallığını məhz belə təhkiyə hesabına yaradıb. Vüsal da seçimini bu istiqamətdə etsəydi, məncə, hekayə tam formalaşardı".

Sara İbrahimin yeni kitabı çap olundu

Sara İbrahim:

"Hekayə elə ilk abzasdan "məni oxuma" deyirdi. Vüsal Bağırlının yaxşı hekayələri var, amma müzakirəyə çıxarılan zəifdir, alınmayıb.

"Bal dadan dilimləri boşqaba doğradım, ləzzətlə içimə çəkdim".

Yemiş dilimlərini içinə necə çəkə bilərsən? Bəlkə, qoxusunu içinə çəkmək istəmisən?

"Səmanın sağ küncündə uçan Çin əjdahası 'Tyan-lun'a bənzəyən əcaib bulud topası günəşin əyilmiş şəfəqləri arasında közərirdi".

Səma sonsuzdur, onun sağ küncünü necə təyin etmək olar? Günəşin şəfəqlərinin əyildiyini görə bilməzsən axı. Hekayədə yerində işlənməyən belə yanlış ifadələr çoxdur.

Atanın öldürülən ağcaqanadlara görə ailə üzvlərinə pul verməsi yaxşı düşünülüb; başlanğıcdan hekayəni bu istiqamətdə işləmək, bəlkə də, onu uğurlu edə bilərdi. Amma biz keçmiş vaxtlarda çoxumuzun evində yaşanan bəsit bir mövzu ilə qarşılaşırıq. Ən sadə məişət əhvalatını uğurlu hekayəyə çevirmək olar. Bu, müəllifin peşəkarlığının göstəricisidir. Müzakirəyə çıxarılan hekayədə bunu görmədim.

Müəllif bu hekayəni nə məqsədlə yazıb, oxucuya hansı mesajı ötürmək istəyib, bilmədim. Yay fəslidir; görünür, ağcaqanadlar Vüsal bəyi çox narahat edib. Ağcaqanaddan qorunmaq üçün ələ milçəköldürən, raketka alıb onları qovalamağa ehtiyac yoxdur, indi ucuz qiymətə müxtəlif vasitələr satılır".

Dağ tülküsü”nün sonu - Alpay Azər

Alpay Azər:

"Bu mətn adi hadisənin təsviridir. Dialoqlar zəifdir. Hə, bilirik ki, Bakıda ağcaqanadlar adamları gecələr bezdirir. Bu mətnin normal hekayəyə çevrilməsi üçün müəllif nəsə qeyri-adi sonluq tapmalıydı. Bir sözlə, hekayə alınmayıb".

Balalarımızın taleyinə biganə yanaşılmasın – Sevinc Elsevər yazır...

Sevinc Elsevər:

"Başlanğıcda elə bildim ki, mövsümə uyğun, macəra dolu bir yay hekayəsi oxuyacağam. Sonra hekayənin ortasına yaxın müəllif elan etdi ki, əsl hekayə bundan sonra başlayır. Sonra da heç nə başlamadı. Axıra doğru mən artıq mətni cümləbəcümlə oxumağı dayandırdım. Oradan-buradan baxdım, gördüm ki, hekayə yoxdur. Ağcaqanad haqqında esse deyim, publisistik yazı deyim, bilmirəm nə deyim, baş aça bilmədim; ortada sadəcə belə bir mətn var.

Dostumuz Xalid Şürük gənc olanda hekayə də yazırdı. Onun belə bir hekayəsi var idi. Adam deyir ki, indi sizə hekayə danışacağam, təxminən 3-4 səhifəlik nəsə danışır, sonda isə heç nə demir. Məlum olur ki, heç əvvəldən hekayə yox imiş. Xalid müəllim həmin hekayədə Borxesə sataşmışdı. Borxesin hekayələrinin çoxu belə başlayır axı: "Filan vaxtı filankəs filan yerdə belə bir əhvalat danışdı". Sonra da başlayır əhvalatı nəql etməyə. Xalid bəy də elə bir giriş edərək axırda heç nə danışmırdı. Dostumuz Vüsal bəy də iki dəfə, hətta mətnaltı olaraq üç dəfə vəd verir ki, ağcaqanad haqqında yaxşı söhbətim var, amma ortada söhbət yoxdur. Bilmirəm, qəsdən belə edib, yoxsa öz-özünə belə alınıb".

# 98 dəfə oxunub

Oxşar xəbərlər

Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

15:00 7 iyul 2026
İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

16:31 6 iyul 2026
Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

18:47 3 iyul 2026
Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı  nəyi təsvir edirdi?

Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı nəyi təsvir edirdi?

14:30 1 iyul 2026
"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

15:00 25 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər