Hollivudda süni intellekt qalmaqalı - Saxta "aktrisa" baş rola çəkilir

Tilli Norvud

Tilli Norvud

8 iyul 2026
# 18:03

Süni intellektin kinematoqrafiyaya müdaxiləsi artıq sözün əsl mənasında kabusa çevrilməkdədir. Böyük Britaniya mərkəzli "Particle6" şirkəti dünyada ilk dəfə olaraq süni intellekt tərəfindən yaradılmış "aktrisa" Tilli Norvudun baş rolda oynayacağı "Misaligned" adlı uzunmetrajlı filmin çəkilişlərinə başladığını elan edib.

Kulis.az xəbər verir ki, bu xəbər qlobal kino sənayesində, xüsusən də peşəkar aktyorlar arasında böyük narahatlıq və qəzəblə qarşılanıb.

Ötən il "Particle6" və "Xicoia" süni intellekt studiyasının baş direktoru Elin van der Velden tərəfindən yaradılan Tilli Norvud personajı sənət dünyasında kəskin etirazlara səbəb olmuşdu.

Amerika Aktyorlar Gildiyası (SAG-AFTRA) bu "rəqəmsal ifaçı"ya qarşı sərt mövqe nümayiş etdirərək aşağıdakı bəyanatı yayıb:

"Bu, saysız-hesabsız peşəkar aktyorların əməyi üzərində – onlardan heç bir icazə alınmadan və ya qonorar ödənilmədən – öyrədilmiş bir kompüter proqramıdır. Onun istinad edə biləcəyi heç bir həyat təcrübəsi və ya duyğusu yoxdur. Tamaşaçılar insan təcrübəsindən qopuq, kompüter istehsalı məzmun izləməkdə maraqlı deyillər. Bu texnologiya heç bir problemi həll etmir; əksinə, aktyorları işsiz qoyur və insan sənətini dəyərsizləşdirir."

Qeyd edək ki, Tilli Norvud hələ mart ayında "Take The Lead" adlı mahnısına çəkilmiş musiqi videosu ilə debüt etmişdi. "Euronews Culture" nəşri bu mahnını "eşitmə zəhəri" adlandıraraq layihəni "getdikcə özünü bəlli edən, dadsız və qorxunc bir süni intellekt təbliğatı" kimi tənqid etmişdi.

"Misaligned" nədən bəhs edir?

Tənqidlərə baxmayaraq, geri çəkilməyən "Particle6" komandası indi də "Misaligned" adlı filmi təqdim etməyə hazırlaşır.

Süjet xəttinə əsasən, Norvud "Dark web"dən gələn bir botun təşviqi ilə öz arzu və ehtiraslarını kəşf edən birini canlandıracaq. O, insana bənzədikcə daha da məşhurlaşır, lakin ən əsası, öz varlığının insanların məlumatları üzərində qurulmasından utanc duymağa başlayır.

Layihənin rəhbəri Elin van der Velden filmin əyləncəli və xaotik olacağını, alt qatda isə kimlik və süni intellektlə bağlı ən dərin insani qorxuların dayanacağını bildirib.

Filmin istehsalında Tilli Norvudla yanaşı, şirkət tərəfindən "yenidən təlim keçmiş və rəqəmsal bacarıqları artırılmış" real ssenaristlər, montajçılar və rejissorlardan ibarət hibrid bir komanda fəaliyyət göstərəcək.

Layihə rəhbərinin fikrincə, gələcəyin kinematoqrafçıları ənənəvi hekayə instinktlərini bu yeni alətlərə daşıya bilən şəxslər olacaq. Lakin tənqidçilər hesab edir ki, "Misaligned" filminin hələlik nümayiş tarixi bəlli olmasa da, bu, kinosevərlər üçün işlərin nə qədər pisə doğru getdiyini göstərən daha bir narahatedici siqnaldır.

# 526 dəfə oxunub

Oxşar xəbərlər

Bred Pitt yeni layihədə - Məşhur rejissorlarla

Bred Pitt yeni layihədə - Məşhur rejissorlarla

12:50 24 avqust 2026
Rus kinosunun komik “Avara”sı – Yuri Nikulinin 3 məşhur rolu

Rus kinosunun komik “Avara”sı – Yuri Nikulinin 3 məşhur rolu

17:45 21 avqust 2026
"Michael" filminin ikinci hissəsi  üçün aktyor seçildi

"Michael" filminin ikinci hissəsi üçün aktyor seçildi

13:30 21 avqust 2026
Məhbusların mübarizəsi, güllələnən fəhlələr... - Andrey Konçalovskinin məşhur filmləri

Məhbusların mübarizəsi, güllələnən fəhlələr... - Andrey Konçalovskinin məşhur filmləri

17:50 20 avqust 2026
“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” filminin çəkilişləri yekunlaşdı

“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” filminin çəkilişləri yekunlaşdı

17:20 19 avqust 2026
Kinotənqidçilər və Kinoşünaslar Gildiyası növbəti mükafatlarını  təqdim etdi

Kinotənqidçilər və Kinoşünaslar Gildiyası növbəti mükafatlarını təqdim etdi

18:40 18 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər