“Yaradıcı Kino İnkubasiya Proqramı”na start verilir

“Yaradıcı Kino İnkubasiya Proqramı”na start verilir
7 iyul 2026
# 13:30

Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və Yaradıcı Mərkəzin birgə təşkilatçılığı ilə ölkədə kino sahəsində yaradıcı potensialın inkişafına yönəlmiş “Yaradıcı Kino İnkubasiya Proqramı” həyata keçiriləcək.

Kulis.az xəbər verir ki, layihə “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası və Mədəniyyət Nazirliyinin “Kinematoqrafiya sahəsinin inkişafı ilə bağlı Tədbirlər Planı (2026–2027)” çərçivəsində reallaşdırılır.

Proqramın əsas məqsədi yaradıcı istedadları dəstəkləmək, innovativ ideyaları inkişaf etdirmək, gəncləri film sənayesinə cəlb etmək və sahə üzrə yeni biznes subyektlərinin yaranmasına təkan verməkdir.

Mədəniyyət, incəsənət, dizayn, kino, texnologiya və yaradıcı sənaye sahələrində təhsil alan, həmçinin bu istiqamətlərdə fəaliyyət göstərən gənclər üçün nəzərdə tutulan proqram üç mərhələdən ibarət olacaq.

Ustad dərsləri mərhələsində iştirakçılar investisiyaların cəlb edilməsi, ideyanın biznes modelinə çevrilməsi, süni intellektin kinoda tətbiqi, kino marketinqi və ssenari yazılışı kimi mövzularda yerli və beynəlxalq ekspertlərlə görüşəcəklərlər.

İdeaton – Filmaton mərhələsində formalaşdırılacaq komandalar tərəfindən 3 dəqiqəyədək qısa film, film posterinin dizaynı, süni intellekt vasitəsilə animasiya, ssenari yazılışı, həmçinin mobil tətbiq və innovativ xidmətlər istiqamətində layihələr hazırlanacaq.

İnkubasiya proqramı çərçivəsində isə seçilmiş komandalar mentorluq, ixtisaslaşmış təlimlər, ofis dəstəyi və film sənayesi nümayəndələri ilə əməkdaşlıq imkanları qazanacaq, hazırlanan layihələr isə proqramın sonunda keçiriləcək “Təqdimat günü”ndə nümayiş etdiriləcək.

Proqramda iştirak etmək istəyən gənclər bu keçid vasitəsilə onlayn qeydiyyatdan keçə bilərlər.

# 79 dəfə oxunub

Oxşar xəbərlər

Ata oğlunun gözü qarşısında niyə cinayətkara çevrildi? – 78 illik sirr

Ata oğlunun gözü qarşısında niyə cinayətkara çevrildi? – 78 illik sirr

10:40 7 iyul 2026
750 minə çəkildi, 400 milyon qazandı

750 minə çəkildi, 400 milyon qazandı

10:17 7 iyul 2026
“Astarada kino günləri”  başa çatdı

“Astarada kino günləri” başa çatdı

17:02 6 iyul 2026
Ölməzdən əvvəl mütləq baxmalı olduğunuz 10 bioqrafik film - Siz bunlardan neçəsini izləmisiniz?

Ölməzdən əvvəl mütləq baxmalı olduğunuz 10 bioqrafik film - Siz bunlardan neçəsini izləmisiniz?

15:00 6 iyul 2026
“Qeybolma”  filminin çəkilişlərinə başlanıldı

“Qeybolma” filminin çəkilişlərinə başlanıldı

14:00 6 iyul 2026
"Polis müharibələri"nin aktyoru vəfat etdi

"Polis müharibələri"nin aktyoru vəfat etdi

12:00 6 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər