Bizdən nə istəyirsiniz? - "Kulis"i tənqid edənlərin dərdi

Bizdən nə istəyirsiniz? - "Kulis"i tənqid edənlərin dərdi
1 fevral 2024
# 15:00

"Kulis" yarandığı gündən haqqında dəfələrlə tənqidi yazılar yazılıb.

Ən böyük tənqid də başlıqlarla bağlıdır.

Sən demə, başlıqlar naqolaymış.

Məsələn, hansısa məşhur haqqında maraqlı faktlar verilir. Onun həyat və yaradıcılığını ehtiva edən cümlə başlığa çıxarılır. Və budur, tənqid oxları monitorları dəlib keçir.

Axı başlıqları uydurmuruq... O adam o cür yaşayıb, o adam o işləri görüb...

Tutalım, başlığa "Nizami Gəncəvi yaradıcılığında ruhani qatlar: Ekzistensialist çöküşün alliterasiyası" çıxarsaq, tökülüşüb oxuyacaqsınız?
Fəqət "Nizami Gəncəvinin qadınları - Nüşabə İsgəndərə niyə xəyanət etmişdi?" - başlığına cumursunuz.

Biz beləyik. Neynək... Çalışırıq, heç olmasa, belənçi başlıqlarla olsa da, gözünüzə mədəni/ədəbi şölə salaq.

Məsələn, dünən belə bir eksperiment apardıq.

“Nia ilə Furkan barışdı – Açıqlama” başlığı ilə bir material dərc etdik:




Oxunma sayını görürsünüz də...

İndi gəlin dünənki sanballı materialların oxunma saylarına baxaq;

"Qarğıdalı adası"nın rejissorunun müsahibəsi



Fəxri Uğurlunun yazısı

Hekayə müzakirəsi


Rəvan Cavidin "Kübra" serialı haqqında yazısı

"Kulis"i səhərdən-axşamacan tənqid, hətta təhqir edən adamlar haman bu sanballı materialları oxumurlar.

Kimdən soruşsanız, xəbəri yoxdur, bayağı materialları oxumur, yaxşı bu xəbərləri oxuyanlar kimlərdir? Harada yaşayırlar?

İndi özümüzdən soruşaq görək axırıncı dəfə nə vaxt sanballı, keyfiyyətli mətn oxumuşuq...

Oxumuşuq, paylaşmışıq...

Bizim saytlardan gözləntimiz budur ki, onlar diqqət çəkən başlıq qoyacaqlar, biz də skrin eləyib, profilimizdə paylaşıb, üstündən “ağıllı” sözlər yazaraq eqomuzu təmin eləyəcəyik.

Vəssalam!

Elmi məlumatlar, intellektual söhbətlər, sanballı müsahibələr – bunların heç birinin gözünüzdə bir qəpik dəyəri yoxdur.

Olsaydı, nəticələr belə olmazdı.

Ancaq nəticələri dəyişmək də öz əlinizdədir.

Siz sanballı materialları oxuyaraq bizə dəstək olacaqsınız, biz də sizə daha sanballı materiallar təqdim edəcəyik...


# 3010 dəfə oxunub

Oxşar xəbərlər

"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

12:30 24 iyun 2026
"Xatirə və gerçəklik arasında incə  sərhəd..."  - "Torpağın ruhu" oxucuya nə deyir?

"Xatirə və gerçəklik arasında incə sərhəd..." - "Torpağın ruhu" oxucuya nə deyir?

18:45 23 iyun 2026
Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

15:45 23 iyun 2026
Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?

Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?

15:00 23 iyun 2026
"Unutmaq istədiyimiz həqiqətlər..." - “Qəvvas”la bu hekayənin nə əlaqəsi?

"Unutmaq istədiyimiz həqiqətlər..." - “Qəvvas”la bu hekayənin nə əlaqəsi?

10:00 23 iyun 2026
"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər