Qapını bağlayıb biologiya müəlliməsi ilə...

Qapını bağlayıb biologiya müəlliməsi ilə...
13 iyun 2011
# 14:26
İlk dəfə intihara cəhd edəndə 14 yaşım var idi.

Uzaq dağ kəndində kasıb müəllim ailəsində yaşayırdım. Problemlər, sıxıntılar evdə söz-söhbətə yol açmışdı.

O zaman biologiya müəlliməmi sevirdim və buna görə atam məktəbimi dəyişmişdi. Ailəmizdəki sıxıntılardan əlavə, məni həyatımın ilk qadınından, mənə seksin nə olduğunu anladan, ilk dəfə kişi-qadın münasibətlərinin gizlinlərini öyrəndiyim müəlliməmdən ayrılmışdım.

Yeniyetməlik sevgisinin, bağlılığının necə güclü, necə dözülməz olduğunu yaşayanlar yaxşı bilir.

Digər bir tərəfdən atamla anam boşanmağa qərar vermiş, hətta evlərini də ayırmışdılar.Mən nənəmlə bir evdə qalırdım.

Bütün yaşadıqlarımdan sonra hər şey bir anda gözümdən düşmüşdü.

Evimizdə günlərlə davam edən mübahisələr, boşanma hazırlıqları məni bezdirmişdi.

Özümdən kiçik iki qardaşımın və bacımın taleyi məni çox narahat edirdi.

Sevdiyim qadını günlərlə görməməyim, həm də sekssiz qalmaq demək idi.

Günlərlə özümə qapıldım. Yeməyi, içməyi unutdum.

Gecələr təklikdə siqaret sümürür, hönkür-hönkür ağlayırdım.

Üzüntümü hər kəs anlayır, ancaq heç kəs vəziyyəti dəyişməyə çalışmırdı.

Ailəmizdə nənəmdən başqa kimsə mənimlə maraqlanmırdı.

İlk dəfə namaz qılmağın heç bir işə yaramadığını, bundan heç bir təskinlik tapmadığımı anladım.

İçimdə sonu görünməyən bir boşluq vardı.

İlk dəfə araq içib sərxoşluğun dadını o zaman çıxardım.

İlk dəfə özümdən 10 yaş böyük kənd cavanları kəndimizdəki un dəyirmanında mənə narkotik təklif elədi.

Narkotikin gətirdiyi qısamüddətli rahatlıq içimdəki boşluğu daha da dərinləşdirdi.

Heç nədən çıxış yolu tapa bilmədiyimdən günü-gündən tükənirdim.
Özümü bacarıqsız, heç bir işə yaramayan, kimsəyə lazım olmayan bir insan hiss edirdim.

Mənə elə gəlirdi ki, sevdiyim qadın-müəlliməm yanımda olsa məni bu boşluqdan çıxaracaqdı.

Ancaq onu görə bilməzdim çünki ailəsi onun özündən 11 yaş kiçik yeniyetmə ilə yaxınlığından narahat idi.

Atam evə gec gəlir, gələn kimi anamla mübahisə edirdi.
Səbrim tükənmişdi.

Artıq bir ay idi ki, qadın təması görmürdüm.

O gün, dərsdən çıxıb evə gələndə yolumu un dəyirmanından saldım. Kəndimizin “cayıllarından” bir az “ot” istədim. Yaşım az olsa da hörmətimi saxlıyırdılar. Sonuncu dəfə pulsuz “ot” verdiklərini xatırladıb gələn dəfə pulla gəlməyimi tapşırdılar.

Evdə hər kəs öz işində idi.

Atam anamla mübahisə etməyə başlayanda evdən çıxdım. Evimizin arxasındakı nəhəng gövdəli şabalıd ağacının altında oturub evdən xəlvətcə götürdüyüm almazı dizimin üstünə qoydum. “Ot”u
“Kazbek”ə doldurub yandırdım.

Tütün qarışığı marixuananın acı tüstüsünü yeniyetmə ciyərlərimə çəkdim.

Beynim dumanlandıqca qərarım möhkəmlənirdi.

Ölmək istəyirdim!

Sağ əlimdə par-par parıldayan iti almazı sürətlə sol biləyinə çəkdim.

Amma elə çəkdim ki, damarlarım zədələnməsin.
Həmdə yaşamaq istəyirdim!

Qan axdıqca bədənim halsızlaşır, məni yuxu aparırdı.

Başımı şabalıd ağacın nəhəng gövdəsinə söykəyib özümü içimdəki boşluğa buraxdım.

Üşüyürdüm...

Gözlərimi açanda nənəm başımın üstündə ağlayır, anam əlində qana bulaşmış ağ dəsmala baxıb hönkürürdü.

Qolumu sarıyıb məni evə gətirdilər.

Həmin gün anamla-atam barışıb öz evlərinə çəkiləndə qolumdakı yaraların daha çox acıdığını hiss elədim.

Cəmi bir həftə sonra mən müəlliməmlə əvvəl oxuduğum məktəbdə, bialogiya kabinetində qapını arxadan bağlıyıb sevişirdim.

Sol biləyimdəki dəhşətli ağrını müəlliməmim çəkdiyi tumar unutdurmuşdu.

Və o gündən allahla ilk yol ayrıcımız başlamışdı...


Cəlil Cavanşir
# 13809 dəfə oxunub

Oxşar xəbərlər

İkimiz də sevgimizin kölgəsindəyik...  - Günün mahnısı

İkimiz də sevgimizin kölgəsindəyik... - Günün mahnısı

12:00 7 noyabr 2025
"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

18:35 5 noyabr 2025
"Bu hekayəni Vüqar yox, Süni Zəka yazıb..." - Hekayə müzakirəsi

"Bu hekayəni Vüqar yox, Süni Zəka yazıb..." - Hekayə müzakirəsi

12:00 5 noyabr 2025
Mətanət Vahid: "Onların başını aşağı salıb razılıqla dinləyəcək çağı deyil..."

Mətanət Vahid: "Onların başını aşağı salıb razılıqla dinləyəcək çağı deyil..."

11:50 5 noyabr 2025
"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

18:10 3 noyabr 2025
Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

16:05 31 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər