Qanun nəşriyyatı Əli Əkbərlə bağlı bəyanat yaydı - EKSKLÜZİV
6 iyun 2011
12:00
Qanun nəşriyyatının adı son günlərdə qalmaqallarla hallanır. Belə ki, yazıçı Əli Əkbər müxtəlif mətbu orqanlara verdiyi müsahibələrində nəşriyyatı onun romanını oğurlamaqda, eləcə də iradəsindən kənar olaraq “Tanrıların qürubu-93” romanını satışa verməkdə ittiham edir. Bütün bu iddialarla bağlı Qanun nəşriyyatını bəyanat yayıb. Kulis.az həmin bəyanatı təqdim edir:
Son vaxtlar bir sıra mətbuat orqanlarında “Qanun nəşriyyatı” əleyhinə həqiqətə uyğun olmayan məlumatlar dərc edilir. Bu məlumatlar əsasən “Azəriqazbank”-ın (AGB) İctimai əlaqələr departamentinin rəhbəri Ələkbər Əliyev (Əli Əkbər) tərəfindən yayılır. O, nəşriyyatı onun kitablarını təkrar çap edib yaymaq və əlyazmasını oğurlamaq kimi qondarma iddialarla ittiham edir. Bu böhtanlar dəfələrlə mətbuat vasitəsilə təkzib edilməsinə baxmayaraq, səngimək bilmir, nəticədə “Qanun nəşriyyatı”nın ictimai nüfuzuna ciddi xələl gətirir.
“Qanun nəşriyyatı” 1992-ci ildən fəaliyyət göstərir, təməl məqsədləri sırasında hüquq maarifçiliyi durur. Hüquq sahəsində 1000-dən artıq kitab və kitabçalar, bülleten, jurnal nəşr etmişdir. “Qanun” jurnalı elmi jurnal olaraq onlarla hüquqçumuzun elmi fəaliyyətinə və hüquq elminin inkişafına təkan vermişdir.
Son 10 ildə “Qanun nəşriyyatı” yeni departamentlər yaratmaqla fəaliyyət istiqamətlərini daha da genişləndirmişdir. 1998-ci ildə Fridrix Hayekin “Qanunvericilik və Azadlıqlar” adlı 3 cildlik kitabını Azərbaycan dilinə tərcümə etməklə beynəlxalq kitabçılar şəbəkəsinə qoşulmuş və bu illər ərzində çoxlu sayda xarici ədəbiyyatın fundamental əsərlərini dilimizdə nəşr etmişdir. Bununla da Azərbaycanda kitabçılıq mədəniyyətinin inkişafına öz tövhəsini vermişdir.
“Qanun nəşriyyatı” Nobel mükafatları laureatları Orxan Pamuk, Herta Müller, Le Klezio, Kamyu, Qabriel Qarsiya Markes, dünya miqyasında kitabları yayılan Berhard Şlink, Peter Stamp, Olviyə Rolən, Jostein Gaarder, Pelevin və.s. kimi Türk, Rus, Fransız, Alman, Norveç, İspan dilli yazarların əsərlərini dilimizə tərcümə etmişdir.
“Qanun nəşriyyatı” xarici nəşriyyatlarla işbirliyi sahəsində müasir dünyaca tanınan müəlliflərin əsərlərini dilimizə çevirməklə yanaşı “Ən yeni ədəbiyyat” seriyası altında orta nəsil yazıçılarının əsərlərini (13 kitab), “Birinci kitab” seriyası altında bədii yaradıcılıq sahəsində ilk addımlarını atan gənclərin kitablarını (5 kitab) nəşr edib. Nisbətən yaşlı yazıçı nəslinin əsərlərini nəşr etmək üçün isə “Azərbaycan nəsri seriyası ” altında artıq 4 müəllifin əsərini nəşr etmişdir.
Bunlarla yanaşı, “Qanun Nəşriyyatı” və “Əli və Nino” nəşriyyatının ortaq layihəsi olan “Klassiklər” seriyası altında həm Azərbaycan, həm də dünya mədəniyyətinin xəzinəsi hesab edilən əsərlərin nəşrini həyata keçirir və bu seriyada artıq 3 kitab nəşr edilib.
Bundan başqa, 3-4 yaşlı uşaqlar üçün müxtəlif ölçülü əlifbalar, “Dünya uşaq ədəbiyyatı” seriyasında isə yeniyetmələr üçün nəzərdə tutulan kitablar nəşr etməyə başlamışdır.
Qanun nəşriyyatında 50 nəfərə qədər öz peşələrinə yüksək səviyyədə yiyələnən böyük bir kollektiv çalışır. Bunlar redaktorlar, tərcüməçilər, korrektorlar, dizaynerlər, peşəkar çapçılar və digər halal haqlarına çalışan insanlardır. Bu fədakar insanların sayəsində Nəşriyyat gecə və gündüz çalışmaqla, millətimizin söz haqqına xidmət edirlər.
“Qanun Nəşriyyatı” mütəmadi olaraq həm Beynəlxalq kitab yarmarkalarında, həm də Mədəniyyət nazirliyi və digər rəsmi təşkilatlar tərəfindən təşkil olunan kitab yarmarkalarında aktiv iştirak edir, bir qayda olaraq stendimizin qarşısı həmişə qələbəlik olur.
Təsadüfi deyil ki, ölkənin ən nüfuzlu kitab mükafatı olan Milli Kitab Mükafatının və Nəsimi Milli ədəbiyyat mükafatının qalibləri “Qanun nəşriyyatı”nın nəşr etdiyi kitablar olmuşdur. Nəşriyyatımızda çap olunan kitablar ədəbiyyat hadisəsinə çevrilərək, ədəbi tənqidçilərin, kitab sevənlərin müzakirə mövzusunu təşkil edir.
Kitab satış şəbəkələrində satışla bağlı keçirilən sorğularda “Qanun nəşriyyatı”nın nəşr etdiyi kitablar həmişə ön sıraları tutur.
Biz “Qanun nəşriyyatı” olaraq Azərbaycanın kitab mədəniyyətinin inkişafında böyük uğurlar əldə etmiş bir nəşriyyata qarşı aparılan təxribata son qoymağa çağırırıq.
Bu bəyanatla Azərbaycan mətbuatını təsadüfi insanların nəşriyyat əleyhinə səsləndirdiyi həqiqətə uyğun olmayan məlumatın yayılmasına imkan verməməyə çağırırıq.
Hesab edirik ki, “Azəriqazbank”-ın departament rəhbərinin hərəkətləri qanunsuzdur, yolverilməzdir, hansısa öyrədilmiş qüvvələrin “Qanun nəşriyyatı”nın imicinə ciddi zərbə vurmaq məqsədinə xidmət edir.
“Qanun nəşriyyatı” əleyhinə həqiqətə uyğun olmayan məlumatların yayılmasına son qoyulmasını və “Azəriqazbank”-dan (AGB) ictimaiyyətlə münasibətlərini quran bir insanın təşkilatımız əleyhinə səsləndirdiyi ağlagəlməz ifadələrinə münasibət bildirməsini tələb edirik.

1703 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024