Bakıya “Ruh” gəlir - Füzuli teatrının premyerası

Bakıya “Ruh” gəlir - Füzuli teatrının premyerası
12 fevral 2026
# 11:19

Fevralın 18-də Akademik Milli Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Ruh” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunacaq.

Kulis.az 525.az-a istinadən xəbər verir ki, bu, Füzuli Dövlət Dram Teatrının repertuarında olan və ötən ilin noyabrında premyerası keçirilən səhnə əsərinin Bakıda ilk nümayişidir.

Tamaşanın quruluşçu rejissoru Mirzə Nicat, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadə, rejissor assistenti Gülgəz Soltanovadır.

Əsərin əsas qayəsi insanın özünüdərk prosesindən, onun öz ruhu ilə qarşılaşmasından və daxili aləmin dərinliklərinə enməsindən ibarətdir. Qəhrəmanla Ruh arasında aparılan dialoqlar, simvolik səhnələr və təkrarlanan mistik motivlər insanın öz varlığına verdiyi sualların poetik ifadəsinə çevrilir. Əsərdə zaman və məkan sabit deyil. Hadisələr bəzən keçmişə qayıdır, bəzən gələcəyə keçir.

Personajlar real insan kimliyindən daha çox simvolik mahiyyət daşıyır. Onlar qəhrəmanın mənəvi halətlərini, daxili parçalanmasını, qorxularını, ümidlərini və düşüncələrinin müxtəlif səviyyələrini təcəssüm etdirir. Ruh yalnız metafizik kateqoriya deyil, həm də qəhrəmanın içindəki işıq, həqiqət və mənəvi axtarışın rəmzidir. Personajların ruhla qarşılaşması onların daxili təmizlənməsinə, özünü tanımasına səbəb olur.

Tamaşada rolları aktyorlar Anar Buludov (Tərki Dünya), Sevinc Məmmədova (Qorxacaq Qadın), Qaçaq Qarayev (Şübhəli Məxluq), Elçin Məmmədov (Narahat Adam), Əli Hüseynov (Ağciyər), Səbuhi Əhmədov (Kimsəsiz) oynayır.

# 1227 dəfə oxunub

Oxşar xəbərlər

“Gözəl və Bədheybət”  təqdim olundu

“Gözəl və Bədheybət” təqdim olundu

15:26 10 oktyabr 2026
Rafael Dadaşov 80:  Akademik Milli Dram Teatrında anım gecəsi

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

11:34 10 oktyabr 2026
Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

18:44 9 oktyabr 2026
Teatrlarda yeni dövr:  Uzunmüddətli tamaşalara maraq niyə azalıb?

Teatrlarda yeni dövr: Uzunmüddətli tamaşalara maraq niyə azalıb?

13:30 7 oktyabr 2026
Dövlət Pantomim Teatrından yeni   “Şinel”  - Psixo-plastik qarabasma tamaşası

Dövlət Pantomim Teatrından yeni “Şinel” - Psixo-plastik qarabasma tamaşası

15:30 5 oktyabr 2026
“İnanıram” tamaşası nümayiş olundu

“İnanıram” tamaşası nümayiş olundu

11:01 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər