“Mənim şeirlərimdə erotizm olmayıb” - MÜSAHİBƏ
2 may 2011
10:00
Əslində, ondan müsahibəni ötən həftə götürməliydim. Amma Sevinc dedi ki, həftə içi müsahibə verə bilməyəcək. Çünki hələ 4 aylıq olan oğluna baxır. Həyat yoldaşı Elsevər işdən gəlməsə, müsahibə verməsi mümkünsüzdür.
Yəqin ki, söhbətin şair Sevinc Pərvanədən getdiyini bildiniz. Həyat yoldaşı Elsevər də bir zamanlar şair idi. Onlar bir-birlərini “ədəbiyyatdan tapıblar”. Bir yerdə qəzetdə işləyiblər. Sonra evləniblər. Beləliklə, qəzet redaksiyalarında, kafelərdə yazıçı, şair dostlarla keçən sərgərdan həyatın sonu çatıb.
Ailə dolandırmaq üçün pul qazanmaq, düzənli həyata keçmək vaxtı yetişib. Axı ədəbiyyat bu məmləkətdə bir-iki adamdan başqa heç kimə pul qazandırmayıb.
İndi Elsevər şirkətlərin birində layihə mühəndisi işləyir. Yalnız həftə sonu və yalnız bir günü evdə keçirir.
Ona görə də, məcbur olub həftə sonunu - Elsevərin gəlməyini gözlədik.
Bakı yaxınlığına yerləşən təzə salınmış “Qurtuluş-93” qəsəbəsində yaşayır Sevincgil. Qəsəbənin girişində Elsevər qarşılayır məni.
Qapını açan kimi uşaqlar səs-küylə üstümüzə qaçır. Sevinc Pərvanənin 2 qızı, bir oğlu var. Sevincin şeirlərini oxuyanlar 6 yaşlı Nilufərin adını çox eşidib. Ortancıl qızı Nərmin isə çox şirindir, üzündə daim gülüş ifadəsi var. Nərminin danışdıqlarını hələ atası və anasından başqa heç kim başa düşmür.
Sevinc deyir ki, ortancıl qızının adını rəfiqəsi olan yazıçı Nərmin Kamalın adından götürüb. Oğlu Rəşid isə dörd aylıqdır.
Evlərinin təmiri hələ bitməyib. “Bağışla, evimiz dağınıqdır” – deyir Sevinc. Mən də deyirəm ki, şairin evi dağınıq olar.
Sevinc oğlunu atasına təhvil verir. Mənə çay gətirir və nəhayət müsahibəyə başlayırıq.
“Qarımış qızlar romanımı bəyənmədi”
- “Ən yeni ədəbiyyat” seriyasından çıxan “Şəhər” romanın necə qarşılandı?
- Gözlədiyimdən daha yaxşı oldu. Bildiyim qədər Pərviz Cəbrayılın kitabından sonra ən çox satılanlardan biri idi. Amma kitab birmənalı qarşılanmadı. Mən bu kitabı qarımış qızlara ithaf eləmişdim. Qarımış qızların qınaq hədəfinə çevrildi. Onların xoşuna gəlmədi. Yəqin heç kim həqiqətin çılpaqlığı ilə üzə çıxmasını istəmir.
- Həmin seriyadan ikinci kitabın olan “Qadağan saatlar”ı haqda nə deyə bilərsən?
- “Qadağan saatları” şeirlər kitabının satışından heç xəbərim yoxdur. Bu yaxınlarda çıxıb. Şeirlərin çoxusu əvvəllər çap olunub. Bu kitabın daha çox satılacağını gözləmirəm. Ancaq şeirlər kitabım romanımdan daha yaxşı qarşılandı, məncə.
- Hansı kitab sənə doğmadı? Şeirlər yoxsa roman?
- Təbii ki, şeir kitabım. Mən özümü şair hesab edirəm. Baxmayaraq ki, bu “şair” sözündən xoşum gəlmir. Özümü poeziya adamı sayıram, nəinki nəsr. Nəsr yazmağım isə sınaq idi. “Şəhər” romanı məqsədli şəkildə yazılmış, bəlli bir ideyası olan roman idi. Mən özümü sınayırdım bu romanla.
“Açıq-saçıq şeirlər yazmaqda məqsədim populyarlaşmaq olmayıb”
- Təzə şeirlərin var?
- Axırıncılar bir neçə həftə öncə “Oxu zalı”nda dərc olunmuşdu. Axır vaxtlar çox yaza bilmirəm. Qopmuşam bir az.
- Sənin şeirlərin bir zamanlar çox tənqidlərə məruz qalırdı. Açıq-saçıqlığına, erotizminə görə...
- Mənim şeirlərimdə erotizm olmayıb heç vaxt. Sadəcə hisslərin açıq təsviri var idi. Bəzi şeirlərimdə sujet xətti var. Həmin şeirlərdə ola bilər ki, açıq-saçıqlıq olsun. O da qəhrəmanın hisslərini göstərmək üçündür. Sırf erotika, açıq-saçıqlıq olsun, populyarlaşsın deyə bir məqsədim olmayıb.
- Sən AYO-çular arasında ən çox tənqid olunan yazarlardan biri olmusan. O vaxt depressiyaya düşmürdün ki?
- Əvvəllər bir az təsir edirdi. Onda uşaq idim. Tənqid o vaxt adamı narahat edər ki, sənə yaxşı qonorar verərlər və qonorarın kəsilməyindən qorxarsan. Ya da Yazıçılar Birliyindən qovulmaqdan narahat olarsan. Məndə bu halların heç biri olmadığına görə həmişə rahat olmuşam.
“Biz bütləri sındırdıq amma özümüz ənənələrə məğlub olduq”
- Məşhur “Atamın xatirəsinə” şeirini indi yazardın?
- Hər yaşda insan bir ovqatda olur. O şeiri mən 20-21 yaşımda yazmışam. Dəqiq xatırlamıram. Tələbə vaxtlarım idi. Daha üsyankar idim. O yaş dövründə olan insanlar atasına qarşı çıxır. Məqsəd həm də ata bütünü sındırmaq idi. Hələ də bütləşmiş şəkildədir ata, ana. İndi bilmirəm yazardım ya yox. Artıq yazmışam da.
- Bir nəsil olaraq bütləri qıra bildinizmi? Yazdıqlarınızın xeyri oldumu?
- Məncə, xeyri oldu. İndi gənclik daha sərbəstdir. Biz sadəcə yazırdıq. Öz həyatımızda bunları tətbiq edə bilmədik. Ənənələrə məğlub olduq. Bizdən sonra gələn nəsli başqa cür görürəm. Bir dəfə Elnur Astanbəyliyə müsahibədə sual vermişdilər ki, səncə, böyük ədəbiyyatı yarada biləcəyikmi, “Nobel” alacağıqmı? Elnur çox yaxşı cavab verərək demişdi ki, biz böyük ədəbiyyatı yarada bilmədik, yarımçıq qaldı. “Bir çox səbəblərdən alınmadı bu. Amma biz böyük ədəbiyyat üçün körpü atdıq. Göstərdik ki, biz də belə yaza bilərik. Dünya ədəbiyyatı ilə ayaqlaşa bilərik. Sindromları qırdıq. Böyük ədəbiyyatı isə bizdən sonrakı nəsil yaradacaq. Bəlkə də yanılıram”.
“Biz tamam fərqli gəlmişdik”
- Sizdən sonrakı nəsildə kimlərsə görünür?
- Yaşca gənc olanlar var. Amma mətn baxımından götürdükdə gənc görmürəm hələ. Eyni şeyləri yazırlar. Heç nə dəyişməyib. Ola bilər ki, 15 yaşında kimsə gəlsin. Hələ ki, yamsılamaqla məşğuldurlar. Eyni havaya oynayırlar. Qeyri–adi heç nə yoxdur. 2000-ci illərdə biz tamam fərqli gəlmişdik. Sindromları qırmışdıq, heç bir kompleksimiz yox idi. İnsanlar şok vəziyyətindəydi. Deyirdilər ki, bunların başına hava gəlib. Bunlar nə yazır? Biz özümüzü təsdiq etmək üçün çox mübarizə apardıq. Elə ömrümüzü də buna sərf elədik. Sübüt etdik ki, belə də yazmaq olar. Hələ də onu sübüt eləməklə məşğuluq. Amma bu qədər uzun davam eləsə, inanmıram ki, ciddi ədəbiyyat yaranacaq. Tutaq ki, mən roman yazıram, improvizələr edirəm. Tənqidçilər durub deyir ki, belə roman yazmazlar! “Romanı belə yazarlar!”. Düstur təqdim eliyirlər. Biz hələ onunla mübarizə aparırıq ki, belə də yazarlar.
- Son dövlər yazılan əsərlərdən hansın oxumusan? Hansını bəyənmisən?
- Seymur Baycanın, Nərmin Kamalın romanlarını oxuyub bəyənmişəm. Nərminin romanı struktur baxımından çox xoşuma gəldi. Seymurun “Quqark” əsərini Qarabağ savaşından bəhs edən ən yaxşı roman kimi dəyərləndirirəm. Bunu bir oxucu kimi deyirəm. Orda erməni və azərbaycanlıların münasibətləri çox yaxşı əksini tapıb. Romanda həyati hadisələr, əhvalatlar çox ağrılıdır. Çox səmimi yazılıb. Oxuyanda hiss edirsən ki, əsərdə həyat var, uydurma deyil. Müharibəni hiss edirsən.
- Nərminin romanını dilinə görə tənqid edənlər var idi.
- Nərmin yeni bir dil yaratmağa çalışır. Bizim dilimiz çox kasad dildi. Türkiyə türkcəsinə baxın. Necə inkişaf edib. Hətta biz də məişətdə bu dildən istifadə eləməyə başlamışıq. Nərmin də romanında çalışıb ki, dili gəlişdirsin. Biz yazarlar olaraq çalışmalıyıq ki, Azərbaycan dilini öz əsərlərimizdə inkişaf etdirək. Məsələn, biz özümüz əşyalara ad verməliyik. Türklər kompyuterə “bilgisayar” deyirlər. Bunu ilk dəfə işlədən adamın üstünə yəqin ki, baltayla getməyiblər. Nərmin də buna çalışır. Məncə, təqdirəlayiq bir şeydir. Bir yazıçı məhz belə olmalıdır.
Söhbətin bu yerində Sevinc yeməyə baxmaq üçün mətbəxə keçir. Uşaqlarsa evdə ora-bura qaçışır. Arada gəlib diktafona nəsə qəribə sözlər deyib gedirlər. Dörd aylıq Rəşid isə atasının qucağındadır. Sevinc qayıdan kimi Elsevəri tərifləməyə başlayır. Deyir görürsən də uşağa necə baxır?Söhbətimizə elə uşaqlar haqqında danışmaqla davam edirik.
“Dünyaya uşaq gətirdiyim üçün özümü günahkar sayıram”
- Üç uşağı saxlamaq çətindir?
- Hamı bilir ki, çətindir. Bunun həm maddi, həm mənəvi tərəfləri var. Mən çox həssas adamam. Bəzi analar var ki, soyuqqanlıdırlar. Uşaqlarım bir balaca xəstələnəndə evdə elə bil 3-cü dünya müharibəsi başlayır. Buna görə həmişə özümü günahkar sayıram. Görəsən, uşağı dünyaya gətirmək günahdır, yoxsa savab?
- Böyük qızının 6 yaşı var. Onun haqqında arzuların nədir? Hansı istiqamətdə oxumasını istərdin?
- Arada gəlib deyir ki, ana, mən yetənəkliyəm? Bütün günü türk kanallarına baxıb türkcə danışırlar. Yetənəyi hara olsa, ora gedər. Ancaq məktəblərin bugünkü durumu məni qane etmir. Məktəbəqədər hazırlığa gedir Niloş. Mən indiyə kimi onu elə böyütmüşəm ki, dünyanın ağrılarından, acılarından bir müddət xəbərsiz olsun. Fikirləşməsin ki, müharibə var, qan var, ölə bilərik, bata bilərik. Amma məktəbə gedən kimi müəllimə buna deyib ki, hər an ölə bilərik, bizim düşmənlərimiz var. Məncə, hələ tezdir 6 yaşında bir uşaq üçün bu informasiyaları birdən qəbul etmək. Uşaq pis-pis yuxular görə bilər.
- Ümumiyyətlə cəmiyyətə bu müharibə, aqressiya, nifrət, faşizm ruhunun aşılanmasına necə baxırsan?
- Əlbəttə ki, bu cəmiyyətə ziyanlıdır. Uşaq vətəni, özünü qorumağı bilməlidir. Bu isə böyüdükcə hər bir insanda formalaşır. Belə aqressiv hislərin aşılanması uşaqda nəinki düşmən xalqa qarşı, digər xalqalara da qarşı düşmənçilik hissləri yarada bilər.
- Uşaqlara öz şeirlərini oxuyursan heç?
- Uşaqlar üçün yazdığım şeirləri oxuyuram onlara. Digər şeirlərimi isə 15 yaşından sonra mütləq oxuyacaqlar. Nəinki mənim şeirlərimi, ümumiyyətlə, bütün dünya ədəbiyyatından seçmələri oxutduracağam onlara. Mən “Dünya ədəbiyyatı seriyası”na abunə olmuşam. O kitabları yığıram. Onlar latin qrafikasıyladı. Onları sırf uşaqlar üçün yığıram.
“Bizim tənqidçilər əllərində qılınc tutublar”
- Çoxlu romanlar yazılır indi. Səncə, bu, mənfi haldır, yoxsa müsbət?
- Məncə, bu çox müsbət tendensiyadır. Qoy, onlarla roman yazılsın. Onların içindən bir-ikisi qalacaq. Elə bil, bazara çıxmısan. Çeşid axtarırsan.
- Deyirlər ki, keyfiyyətli roman azdır.
- Hər kitabın öz oxucusu var. Məsələn, “Azadlıq” qəzetinin oxucusu ayrıdır, “Oxu məni” qəzetininki ayrı. Birincini oxuyanlar ikincini oxumur. Kimsə Nüsrət Kəsəmənlini sevəcək, kimsə Aqşini. Heç kimə diktə edə bilməzsən ki, nəyisə oxusun. Tənqidin işi oxucuya istiqamət verməkdir. Oxucunun boynuna balta qoyub demək olmaz ki, onu oxuma bunu oxu. Bizim tənqidçilər mətbuatda elə çıxışlar edirlər ki, elə bil əllərindəki qələm yox qılıncdır.
“Rasim Qaraca, ya da Şərif Ağayar AYB sədri olsa...”
- Yazıçılar Birliyinə hansı halda üzv olarsan? Rasim Qaraca AYB sədri olsa?
- Nəinki Rasim Qaraca, hətta Şərif Ağayar da AYB sədri olsa, mən üzv olaram. Amma bilirəm ki, nə Şərif, nə də Rasim AYB-nin sədri olmayacaqlar.
- Onlar olsa, nə dəyişəcək ki?
- Onlar olsa, ən azı baxış dəyişər. Məsələn, “Atamın xatirəsinə” şeirini mən AYB üzvü olsaydım, yaza bilməzdim. O ədəbi dairədə mən yaradıcılıqla məşğul ola bilmərəm.
“Əlacım olsa, quş lələyi ilə yazaram”
- Nəsr yaradıcılığın davam edir?
- Yeni romana başlamışdım. Amma yarımçıq qalıb. Vaxtım olmur davam edim.
- Nədən bəhs edəcək o roman?
- Gəl bu haqda danışmayaq. Bəlkə heç yazmadım. Bəlkə “delete” elədim.
- Yazıb “delete” elədiyin çox əsərin var?
- Hə, olub. Amma şeirləri “delete” eləyə bilmirəm. Çünki şeiri vərəqə yazmağa öyrəşmişəm. Kompyuterdə şeir yaza bilmirəm. Əldə yazıb sonra köçürürəm kompyuterə. Məncə, şeirin texnika ilə qohumluğu yoxdur. Bəlkə ona görədir. Şeir bir az klassik şeydir. Qələm, qədimlik... Daha estetik olur. Əlacım olsa, quş lələyi ilə yazaram.
- Yorğun və yaşlı adamlar kimi danışırsan. Nə olub?
- Son zamanlar bədbinəm. Nəsə durğunluq hiss edirəm özümdə. Yeni şeirlər oxumaq istəyirəm. Özümün olmasa da, başqalarının şeirləri olsun. Amma yoxdur. Depressiv əhval ruhiyyədəyəm...
Və uşaqlara iynə vurmaq üçün həkim gəlir. Uşaqlar ağlaşa-ağlaşa o tərəf, bu tərəfə qaçır. Çalışırlar ki, həkimdən gizlənsinlər. Elsevərsə onları “bu axırıncı dəfədir” deyə sakitləşdirməyə çalışır.
Sonra onların ailə fotosun çəkib, sağollaşıram.
Elmin Həsənli

1981 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024