Sən mənsiz qala bilmədin; Mən sənsiz ölürəm, gülüm...

Sən mənsiz qala bilmədin; Mən sənsiz ölürəm, gülüm...
17 oktyabr 2012
# 10:05
Yenə səni gözləyirəm...

Yenə səni gözləyirəm
Səndən ayrıldığım yerdə...
Ayrılığın divarına
Hörülüb qaldığım yerdə.

...Al, məndən xatirə kimi
Üstümdəki daşı götür.
Kirpiyini sal gözümə
Gözümdəki yaşı götür.

Götür, götür bu daşı da
Sevdamın başına çevir.
Qəlbindəki məzarımın
Adsız başdaşına çevir...

...Yenə də səni gözləyim
Səndən ayrıldığım yerdə.
Qəlbində...
Yataq yerinə...
Qəbrimi saldığın yerdə...

13 avqust 2012-ci il


Çıx gəl xatirələrimdən...

Çıx gəl xatirələrimdən...
Çıx gəl, artıq
Ayaqlarının toxunduğu yerdə
Bir ovuc torpaq olmaq istəyirəm,
Bir payız səhərində
Budağında qəribsəyən
Yarpaq olmaq istəyirəm...
Külək
uçurub ovuclarına atsın məni...
Ovuclarında can verim,
Gözlərinə baxaraq...
Əllərinin hərarətinə qovuşun
Son nəfəsimin istisi...

avqust 2012

Sənsiz...

Sənsiz tək ruhumdur qalan
Bədənsiz ölürəm, gülüm.
Məni qəlbində dəfn elə...
Kəfənsiz ölürəm, gülüm...

Gözlərin yol ayrıcında...
Nə çəkdi...
Bilirəm, gülüm
Sən mənsiz qala bilmədin
Mən sənsiz ölürəm, gülüm...

avqust 2012

Unutmuş məni çoxdan...

Bir xatirə dəftəri ömrüm…
Saralmış səhifələrindən boylanır
Küskün sevdalarım…
Boynubükük,
pərişan arzularım
Ürkək-ürkək baxır
İllərin arxasından...
Bir mən,
Bir toz basmış oturacaq,
Bir də salxım söyüdün
Saçıma divan tutan
Sevdalı yarpaqları...
Titrəyir ovcumda...
….Unutmuş məni çoxdan
O qızın barmaqları…

Boş qalmış nişan üzüyü kimi
Sinəm…
qurşuna açıq...
Ruhum
Dəlik-deşik
Günahsız göz yaşlarından...
Əllərim yarıuçuq minarə kimi
Uzanır
Yaddaşıma divan tutan
Xatirələrin arxasınca...
İçimdəki məbəd uçuq,
Dualarım didərgin yorğun baxışlarımda...
Göz yaşlarım yuyunur
Sevda yağışlarında...
İlk eşqim gülümsəyir
Xatirə dəftərimin
Yıxılmış
Başdaşından...
Gözlərim içinə çəkir
əlçatmaz uzaqları...
Çəkir...
Unutmuş məni çoxdan
o qızın barmaqları...

07 iyul 2012

Yenə düşdü qəfil dolu...
Duman kəsdi sağı, solu...
Yordu məni sevda yolu
Sən yolu saxla, mən enim...

***

Bu həsrətdən ruhum talan,
Nə qaldı ki, yerdə - yalan...
Məni səndən uzaq salan
Səni məndən alan ölsün...
# 3331 dəfə oxunub

Oxşar xəbərlər

İngilis ədəbiyyatının "melanxolik kraliçası" - Dafna dü Morye kimdir?

İngilis ədəbiyyatının "melanxolik kraliçası" - Dafna dü Morye kimdir?

14:10 13 may 2026
Onun əl işlərini Beyons, Ledi Qaqa kimi məşhurlar istifadə edir - Milanda yaşayan azərbaycanlı dizaynerlə müsahibə

Onun əl işlərini Beyons, Ledi Qaqa kimi məşhurlar istifadə edir - Milanda yaşayan azərbaycanlı dizaynerlə müsahibə

15:54 12 may 2026
"Keçmişin “mirzəsi” indinin “yazarı”dır" - Ədəbiyyatımızdan "yazıçı" sözünü kimlər niyə sildilər?

"Keçmişin “mirzəsi” indinin “yazarı”dır" - Ədəbiyyatımızdan "yazıçı" sözünü kimlər niyə sildilər?

12:00 12 may 2026
Bu hekayə dərin psixoloji nəsr nümunəsidir - Sevil Hidayət

Bu hekayə dərin psixoloji nəsr nümunəsidir - Sevil Hidayət

12:05 10 may 2026
"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

14:47 5 may 2026
"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı  haqqında nə yazırdı?

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı?

12:00 5 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər