Diqqət! Diqqət! Bundan sonra bu sözlər belə yazılacaq

Diqqət! Diqqət! Bundan sonra bu sözlər belə yazılacaq
27 sentyabr 2012
# 10:38
Azərbaycan dilinin sözlərinin yazılışında əsas mənbə hesab edilən orfoqrafiya lüğəti yenidən hazırlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli Trend-ə bildirib ki, yeni orfoqrafiya lüğəti əvvəlkindən çox fərqlənəcək. Orada rus dilindən alınma və sonu rus dilində olduğu kimi, "a" ilə bitən bır sıra sözlərdə "a" hərfi götürüləcək. Məsələn, "metafora" sözü metafor, "marfema" sözü marfem kimi yazılacaq.

Yeni lüğətə görə, artıq kompüter sözü bir çoxlarının yazdığı və əvvəlki lüğətdə göstərildiyi kimi, "kompyuter" kimi deyil, "kompüter" kimi yazılmalıdır.

"Şeir" sözü "i" ilə yazılırdı, amma "feil" sözündə isə "i" saiti yazılmırdı. İndi "feil" sözündə "i" saiti də yazılacaq", - Veysəlli əlavə edib.

O, əvvəlki lüğətdə mürəkkəb söz kimi verilən bəzi birləşmələrin də yeni orfoqrafiya lüğətində öz əksini tapmayacağını açıqlayıb.

Dilçilik İnstitutunun Lüğətçilik şöbəsinin müdiri İsmayıl Məmmədov isə Trend-ə deyib ki, yeni lüğətə "diskresiya", "toparlamaq", "transsərhəd", "aksesuar", "ağır-cəngi", "kimlik" (şəxsiyyət vəsiqəsi kimi), super-yaxta, super-market, ober-şturmbannfürer, ober-ştrumfürer, ober-leytenant, ober-zabit və s. daxil ediləcək. Cism sözü cisim kimi yazılacaq. Vitse, super, ober, anti, eks sözlərindən sonra isə defis işarəsi qoyulacaq.

Məmmədov bildirib ki, yeni lüğət artıq çap olunmaq üçün "Qərb və Şərq" nəşriyyatına təqdim edilib. Onun yaxın aylarda işıq üzü görəcəyi gözlənilir.

Qeyd edək ki, bu yaxınlarda yayılan məlumatlarda Dilçilik İnstitutu tərəfindən hazırlanmış yeni orfoqrafiya lüğətinin Prezident Administrasiyası tərəfindən narazılıqla qarşılandığı bildirilmişdi.

İnstitutun direktor əvəzi Fəxrəddin Veysəlli isə həmin lüğətin onun rəhbərlik etdiyi quruma aid olmadığını və hazırladıqları lüğətin bu günlərdə çap üçün nəşriyyata təqdim edildiyini bildirib.
# 1603 dəfə oxunub

Oxşar xəbərlər

Bizim borcumuz mürgülü xatirələri oyatmaqdır... - Nüsrət Kəsəmənli "Avara" filminə baxanda niyə ağlamışdı?

Bizim borcumuz mürgülü xatirələri oyatmaqdır... - Nüsrət Kəsəmənli "Avara" filminə baxanda niyə ağlamışdı?

10:00 29 dekabr 2025
Qarabağ həsrəti ilə dünyadan köçən Şahmar Əkbərzadə - Bəxtiyar Vahabzadə onun haqqında nə yazmışdı?

Qarabağ həsrəti ilə dünyadan köçən Şahmar Əkbərzadə - Bəxtiyar Vahabzadə onun haqqında nə yazmışdı?

12:00 28 dekabr 2025
Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?

Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?

17:00 22 dekabr 2025
"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

15:00 22 dekabr 2025
"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

15:00 19 dekabr 2025
"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

14:00 18 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər