Dörd dahinin bakirə sevgilisi - ARAŞDIRMA
22 aprel 2011
13:35
Böyük alman filosofu Fridrix Nitşenin bir fotoşəkli var. Nitşe dostu, filosof Pol Ri ilə arabanın qoşqusunda yanaşı dayanıblar. Arabada dayanmış bir xanım isə əlində qamçı sanki bu “at”ları şallaqlayır. Bu o Nitşedir ki, “qadın yanına gedəndə qamçını unutma” demişdi. Bu şəkildə isə qadın nəinki onu at əvəzi arabaya qoşub, hətta əlində qamçı onu şallaqlayır da.
Bu qadın Lu Salomedir. Onun adına bir çox etiketləri əlavə etmək olar. Yazıçı, filosof, həkim-psixoterapevt, ictimai xadim. Onu həm də 19-20-ci əsrlərdə Avropanın yetirdiyi böyük şəxsiyyətləri ilə olan sevgi münasibətləri də məşhurlaşdırıb. Kulis.az Lu Salome haqda araşdırmanı təqdim edir.
Çox az qadın tapılar ki, onun avtobioqrafiyasında bu qədər məşhurun adı bir arada olsun. Bu siyahıda kimlər var; Pol Ri, Fridrix Nitşe, Rixard Vaqner, Rayner Mariya Rilke, Frank Vednikt, Ziqmund Freyd və s.
Kantla başlayan yol
O 1861-ci ildə Sankt Peterburqda çara yaxın general Qustav Fon Salomenin ailəsində doğuldu. Beş qardaşın bir bacısı idi. Gənc yaşlarından elmə marağı olan Luiza 17 yaşında hollandiyalı pastor Qiyodan ailəsindən gizlicə fəlsəfə öyrənməyə başladı- Kant, Spinoza.. Yalnızca fəlsəfəmi?
Yeniyetmə Luizaya aşiq olan pastor Qiyo onun adını qısaldıb Lu elədi. Lu ilk eşqini də onunla yaşadı. Amma Qiyo ona evlənmək təklif edəndə qətiyyətlə rədd etdi. Atası öləndən sonra tezliklə anası ilə Avropaya köçdü. Adı isə həmişəlik Lu olaraq qaldı.
İlk filosof
Romada Salome Malvida fon Meyzenbuxla tanış olur. Bu qadın özünün tərəqqipərvər fikirləri ilə məşhur idi. O Qaribaldi, Vaqnerlə dostluq edirdi. Aleksandr Gertsenin qızının tərbiyəçisi olmuşdu. Onun evinə tez-tez dövrün ünlü filosofları təşrif gətirirdilər.
Lu Salome burada filosof Pol Ri ilə tanış olur. Ri rus əsilli bu gənc qıza valeh olur. Onlar dostluğu tədricən sevgiyə çevrilir. Lakin Lu qətiyyətlə Rinin evlilik təklifini rədd edir. O Malvida fon Meyzenbuxun fikirlərindən təsirlənərək dostluq bağlarıyla bağlanmış yaradıcı kişi və qadınların bir arada yaşayacağı kommuna təşkil etmək fikrində idi. Bu fikrin özü o dövr üçün qəbuledilməz sayılırdı.
Nitşe və məhəbbət üçbucağı
Ri onu dostu Fridrix Nitşe ilə tanış edir. Nitşe görər görməz Salomeyə aşiq olur. Dahi Nitşenin qəlbini fəth etmək sizcə asan idimi? Bunun üçün sadəcə fövqəlinsan olmaq lazım idi. Lu dərin zəkası, yüksək insani keyfiyyətləri ilə Nitşeni özünə valeh edir.
Lakin Nitşe sevgisini etiraf edə bilmir. Dostu Ri ilə evlilik təklifi göndərən Nitşe də eyni cavabı alır. Salome Riyə heç zaman evlənməyəcəyini, ömrünün sonuna qədər bakirə qalacağını söyləmişdi.
Bunun əvəzində Salome çox sevdiyi iki dostuna birgə yaşamağı təklif edir. İki filosof və bir qadın bir evdə yaşayacaqdılar. Nitşe və Ri, iki dost nə qədər bir-birlərini qısqansalar da başqa əlacları da qalmır.
Əlbəttə Salomenin bu ideyasını bəyənməyənlər çox idi, amma ictimai qınaq Salomenin vecinə deyildi. O qətiyyətlə öz planını həyata keçirəcək, dostları ilə birgə yaşayacaqdı. Təbii ki, burda cinsi əlaqədən söhbət gedə bilməzdi. Lu hələ öz əhdinə sadiq idi.
Zərdüşt necə yarandı
Salome ilə Nitşenin münasibətlərinin körükləndiyi vaxt araya Nitsşenin bacısı Elizabet Ferster girir. Tezliklə onlar ayrılırlar. Ludan Nitşeyə yalnızca ehtiraslı öpüşlər hədiyyə qalır. Bundan sonra Nitşe heç zaman evlənmir və dərin sarsıntı keçirən yazıçı yalnız əsərləri ilə təskinlik tapır. Nitşe Zərdüşt obrazını Salomedən təsirlənərək yaratmışdı.
Məşədi İbadsayaq evlilik
Salome 1886-cı ildə linqvist, şərq dilləri mütəxəssisi Fridrix Karl Andreasla tanış olur. Çox keçmir ki, Fridrix də özündən 15 yaş kiçik Luya evlənmək təklif edir. Gənc qızın rədd cavabı verəcəyini anlayan qoca dilçi hiyləgərliyə əl atır və bu təklifi bıçağı sinəsinə dirəyir, Salome razı olmazsa intihar edəcəyini deyir.
Salome əhdini pozaraq evliliyə razı olur. Lakin şərtlə: Onlar heç zaman ər-arvad kimi yaşamayacaq və Lunun azad həyatına müdaxilə olmayacaq. Lu Salomenin araşdırmaçıları sənəd və gündəliklərində onların bir yerdə yatmalarına aid faktlara rast gəlməyiblər. Beləcə bir yatağı paylaşmadan 46 il bir yerdə ömür sürürlər. Bu evlilik Andreas üçün cəhənnəm əzabı oldu.
Bakirəliyin sonu
Salomeni Ri və Nitşeyə bağlayan mənəvi bağlar idi. Onlar arasında intim əlaqənin olduğunu söyləmək çətindir. Nəhayət ki, ömrünü bir rahibə kimi bakirə yaşamış Lu kişilərə qarşı biganəliyin daşını atır. Bundan sonra onun alovunu söndürəcək kişilərin sayı-hesabı itir.
Tilsimi sındıran isə Georq Ledebur olur. O Almaniya sosial-demokrat partiyasının və marksist qəzet “Forvarts”ın təsisçilərindən idi. Onlar 1892-ci ildə tanış olurlar. Çox keçmir ki, ərindən və sevgilisindən bezən Lu 1894-cü ildə Parisə gedir.
Orada yazıçı Frank Vedekindlə tanış olur. Amma onun sevgi macərəları Vedeniklə yekunlaşmır. Əgər əvvəllər Luya aşiq olanlar ondan evlənməsini istəyirdilərsə, indi boşanmasını istəyirdilər. Laklin o qətiyyətlə bu təklifi rədd edirdi.
Rilkenin məhəbbəti
1897-ci ildə 37 yaşlı Lu Salome 20-ci əsr Alman poeziyasının dahi şairlərindən biri 21 yaşlı Rayner Mariya Rilke ilə tanış olur. Onlar bir-birlərinə dəlicəsinə aşiq olurlar. Amma bu eşq təkcə sevgi oyunları ilə yekunlaşmır.
Salome gənc şairə yazmağı, həyatı anlamağı öyrədir. Puşkin, Tolstoy, Dostoyevski yaradıcılığı ilə tanış edir. Onun qadın sayaq Rene adını Raynerlə əvəz edir. Bir zaman onun da adını sevgilisi dəyişmişdi.
Salome Rilke üçün həm sevgili, həm də qayğıkeş ana idi. Lakin Rilke bu ilişkidən kompleks keçirmir. Rilke onun başqa sevgililəri kimi Salome və əri Anrdeasla bir evdə yaşayırlar.
Tolstoyla görüş
1900-cü illərdə Lu onu özü ilə Rusiyaya, doğulduğu ölkəyə aparır. Orada onlar rus ziyalılıar ilə tanış olurlar. Salome gənc sevgilisini Yasnaya Polyanaya Lev Tolstoyla görüşə aparır. Rus xalqı, mədəniyyəti Rilkenin təsəvvüründə o qədər böyük təsir buraxır ki, onlar iki il sonra yenidən Rusiyaya səfər edirlər.
Bu dəfə də Tolstoyla görüşürlər. Lakin bu görüşdən sonra Rilke ruh düşkünlüyü yaşayır, ciddi sarsıntı keçirir. Rusiyadan qayıtdıqdan sonra Rilke və Salome ayrılırlar. Onların dostluq münasibətləri isə ömürlərinin sonuna qədər davam edir.
Həyat təcrübəsinin cəmləndiyi kitab
1910-cu ildə filosof Martin Buberin təkidi ilə intim hisslərin mahir bilicisinə çevrilmiş Salome “Erotika”adlı əsərini yazır. Bu əsər onu daha da məşhurlaşdırır. Əsər Avropada beş dəfə arda-arda nəşr olunur.
Əlbəttə Lu Salomenin bu əsəri yazacaq qədər sevgi təcrübəsi var idi. Onun sevgi siyahısında şairdən, filosofdan, rəssamdan tutmuş psixoanalitikə kimi nə desən var idi.
Ruhi və fiziki yaxınlıq barədə kifayət qədər həyat təcrübəsi qazanmış Lu bu illərdən başlayaraq özünü elmə-psixoanalizə həsr edir. Və onun sevgi siyahısına daha bir dahinin adı həkk olunur: Ziqmund Freyd.
Nəhayət Freyd
1911-ci ildə Salomenin növbəti sevgilisi isveçli psixoanalitik Pol Byer özü ilə Veymarda keçirilən psixoanalitiklərin 3-cü konqresinə dəvət edir. Bu psxoanalizin Avropada çiçəkləndiyi dövr idi.
Ziqmund Freydlə tanış olanda artıq əllini haqlamışdı. Bununla belə Lu Salome təkcə fiziki gözəlliyi ilə deyil, həm də iti zəkası, dərin ağlı ilə də kişilərə valeh etməkdə davam edirdi. Amma onların sevgisi fiziki sevgi deyildi. Freydlə Salome ayrılmaz dosta çevrilirlər. Onları bir birinə mənəvi tellər bağlayır.
Freyd Salomeyə Nitşeni xatırladırdı. Öz tələbələrinə qarşı hədsiz tələbkar olan Freyd təkcə Lunun qarşısında pambıq kimi yumşalırdı. O leksiyada iştirak etməyəndə kreslosu mütləq boş qalırdı, heç kəsin orda əyləşməyə ixtiyarı yox idi. Freyd özü də leksiyanı çox könülsüz deyir, vaxt tapıb Salomeyə məktub, çiçək yollayırdı.
Kişilərə son
Salomenin kişilərə qarşı əvvəlki marağı qalmamışdı. O artıq özünü bütünlükdə elmə həsr eləmişdi. Evində xəstələr üçün qəbul salonu açır, təcrübələr edir, elmi araşdırmalar aparırdı.
Nitşe, Rilke, Freyd və daha bir çox dahi şəxsiyyətin həyatında iz buraxması, çılğın eşq macəraları ilə yanaşı, ədəbi fəaliyyəti, elmi araşdırmaları ilə də tarixdə qaldı Lu Salome.
1937-ci ildə ölərkən yanında ərinin qulluqçudan olan, övladlığa götürdüyü qızlığı Mari vardı yalnızca. Onun son sözləri bu oldu: “Bütün həyatım boyu mən çalışdım və ancaq çalışdım. Nə üçün?”
Ölümündən sonra nasistlər onun bütün kitabxanasını yandırdılar.
Mirmehdi Ağaoğlu

2757 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024