"Xaç atası" geri dönür: Onilliklər sonra ilk dəfə yeni roman işıq üzü görəcək

"Xaç atası" geri dönür: Onilliklər sonra ilk dəfə yeni roman işıq üzü görəcək
22 may 2026
# 17:41

"Penguin Random House" nəşriyyat evi Mario Püzonun varisləri tərəfindən təsdiqlənmiş və Adriana Trijiani tərəfindən qələmə alınacaq yeni "Xaç atası" romanının müəllif hüquqlarını əldə edib.

Kulis.az Lent.az-a istinadən xəbər verir ki, "Connie" (Konni) adlanan kitabın 2027-ci ildə işıq üzü görməsi planlaşdırılır.

Süjetin mərkəzində filmlərdə Taliya Şayrın canlandırdığı və tamaşaçılara yaxından tanış olan Konni Korleone obrazı yer alacaq. O, Maykl Korleonenin bacısı və saqanın əsas, lakin uzun müddət kölgədə qalmış (layiqli qiymətini almamış) aparıcı qadın personajlarından biri idi.

Trijianinin sözlərinə görə, roman kişilərin hökmranlıq etdiyi bir dünyada öz həyatını qurmağa və eyni zamanda ailəsinə sadiq qalmağa çalışan bir qadının hekayəsindən bəhs edəcək.

Yazıçı qeyd edir ki, bir çox insan Korleone ailəsinin qadınlarının gücünü və təsirini lazımi qədər qiymətləndirmir və bu, böyük bir səhvdir: "İnsanlar Don Vito Korleone və Maykl Korleoneni layiqincə qiymətləndirmirdilər və bunu öz riskləri hesabına edirdilər. Eyni qayda Konni Korleoneyə də aid edilməlidir".

Yeni roman, Mario Püzonun irsi tərəfindən rəsmən bəyənilən "Xaç atası" kainatındakı üçüncü rəsmi kitab və bir qadın tərəfindən yazılmış ilk əsər olacaq.

Artıq layihənin, orijinal filmlərin istehsalçısı olan "Paramount Pictures" studiyası tərəfindən ekrana uyğunlaşdırılması (ekranlaşdırılması) imkanları müzakirə edilir. Lakin adaptasiyanın detalları hələlik açıqlanmır.

İtalyan-amerikan irsi haqqında yazdığı bestsellerlərlə tanınan yeni romanın müəllifi Adriana Trijiani, Püzonun varisləri tərəfindən saqadakı yetərincə işıqlandırılmamış qadın personajları barədə yazdığı essedən sonra seçilib.

Yazıçının oğlu və irsinin idarəçisi Entoni Püzonun sözlərinə görə, Trijianini layihəyə cəlb etmək ideyası onun "Korleone ailəsinin qadınları haqqında nə qədər az şey məlumdur" fikrindən sonra yaranıb.

Varislər əmindirlər ki, yeni kitab təkcə orijinal romanın pərəstişkarları üçün deyil, həm də Korleone ailəsinin tarixini tamamilə fərqli bir bucaqdan görmək istəyən yeni oxucu nəsli üçün maraqlı olacaq.

# 1208 dəfə oxunub

Oxşar xəbərlər

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

19:19 24 noyabr 2026
Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

18:44 24 noyabr 2026
Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

17:46 24 noyabr 2026
Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

17:14 24 noyabr 2026
"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

17:00 24 noyabr 2026
Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

15:46 24 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər