“Səddamın oğlunu sevən qız” Kulis-ə danışır
13 avqust 2012
12:15
Sevinc Məhərrəm – bu ad oxucuya heç nə demir. O qədər də tanınan imza deyil. Cəmi bir kitabı çıxıb – “Səddamın oğlunu sevmişəm”. Onu oxumağı mənə bir rəfiqəm tövsiyyə etdi. Etiraf edim ki, son illər zövqlə oxuduğum az sayda kitablardan biri oldu. Əsər bədii cəhətdən yüksək səviyyəli deyil, naşı yazılıb, amma çox səmimi və isti bir hekayətdir. Hiss olunur ki, müəllif nəyisə ört-basdır etmək üçün süni boyalardan istifadə etməyib, komplekslərdən uzaq bir xanım öz keçdiyi yolu nəql edir.
Müəllifi isə sosial şəbəkə vasitəsilə xarici ölkələrdən birində tapdım. Onun mənə danışdığı həyat hekayəti də qəhrəmanın hekayətinə çox bənzəyir, daha doğrusu, çox böyük eyniliklər var. Amma Sevinc Məhərrəm əsərin avtobioqrafik olduğunu boynuna almaq belə istəmədi.
- Harada doğulmusunuz, hansı mühitdə böyümüsünüz?
- Laçında dogulmuşam, anamla atam mən 6 aylıq olanda boşanıblar. 4 yaşım olanda hər ikisi başqa adamla ailə həyatı qurublar. Anam yeni ailəsi ilə Bakıya köçüb. Atam isə yeni ailəsi ilə Laçında qalıb. Mən anam və onun “mükəmməl” əri ilə Bakıda yaşayırdım. Bakıda 39 saylı məktəbdə təhsil almışam. Anam çox gənc yaşında dünyasını dəyişdi, mən onda orta məktəbi bitirirdim. Ali məktəb barədə düşünə bilməzdim, anamı itirmişdim, darmadağın olmuşdum. Növbəti il atam məsləhət gördü ki, sənədlərimi Xarici Dillər İnstitutuna verim. Qəbul oldum, ingilis dili fakültəsinin məzunuyam. Tale elə gətirdi ki, ali məktəbi bitirən kimi Türkiyədə işə başladım. İşlədiyim şirkətlə dünyanı gəzmişəm, beynəlxalq sərgilərdə şirkəti təmsil etmişəm. Ən çox ərəb ölkələrində olmuşam. Şirkətin kataloqlarında mənim şəklim vurulub, yəni şirkətin həm də reklam sifəti olmuşam. 8 il belə keçdi. Model kimi fəaliyyət göstərmək üçün müəyyən yaş dövrü var, indi 41 yaşımdayam. Şirkətimiz dünyadakı ən məşhur sarayların işıqlandırılması ilə məşğuldur. Ətrafımda çox zəngin insanlar, ailələr var ki, onlarla olmaq, amma onlardan biri olmamaq çox ağır gəlir insana. O səbəbdən də həmişə içimə qapalı yaşayıram, bəyənilməmək, qəbul olunmamaq qorxusu isə məni heç vaxt tərk etməyib.
- Yəni bir işçi olaraq bəyənilməmək, yoxsa qadın kimi?
- İşçi olaraq öz həddimi bilirəm, amma qadın kimi bəyənilməmək qorxum həmişə olub. Mənə soyuq deyirlər, isti qadın ola bilmirəm. Əslində soyuq deyiləm, qorxağam, çəkingənəm, bədgümanam. İnsanlarla asan dialoq qura bilmirəm. Ünsiyyətdən qaçıram, vacib olmasa, dəstəyi götürüb kiməsə zəng vurmaram.
- Elə bilirdim fərqli mühitlər dəyişdirib sizi, əsərdən də bunu duymuşdum. Demək elə deyil, bizim mühitdən uzaqda olsanız da, bizim kimi kompleksləriniz var.
- Uşaq ailədə özünə inamlı böyüməlidir. O zaman cəmiyyətə yararlı olacaq. Azərbaycanda xüsusən qız uşaqlarının dinən kimi ağzından vururlar ki, “az danış”, “sən sus”. Başqa ölkələrdə qızlar da gəzirlər, görürlər, öyrənirlər. Ali məktəbi bitirib məşhur bir şirkətdə işə başlamışdım, amma qaldığım oteldən kənara çıxmağa çəkinirdim.
- Amma yaşadıqlarınız belə demir.
- Siz deyəsən kitabı ciddi qəbul etmisiniz...
- Kitabda yazılanlar sizin yaşadıqlarınız deyil ki?
- Ərəb ölkələrində çox olmuşam, orada gördüklərimi, bəziləri həqiqət olsa da bəzəyib yazmışam. Yaşanmışlar da var, amma detallarına qədər yaşananlar deyil. İlqar Əlfioğlu kitabın redaktoru olub, dedi ki, qoy həm gerçəyə oxşasın, həm də nağılvari olsun. Qələm əlimdə deyilmi, mən də uydurdum çox şeyi.
- Qəhrəman uydurulub, yoxsa həyatda o qız olub, yaxud ümumiləşdirilmiş obrazdır?
- Axı təxəyyül deyilən bir şey var. Kimin başına gələ bilər bu qədər hadisə?
- Müəllifdə bir qadın nifrəti hiss olunur, sevən qadının qəzəb dolu nifrəti, sevgidən doğan nifrəti…
- Hər bir qadın çox sevdiyi kişidən soyuqluq görəndə ona qarşı nifrət dolu sevgi bəsləyir. Nifrəti sevgisinin iki qatına bərabər olur. Deyəsən, əsərin qəhrəmanı mən olmadım deyə üzüldünüz…
- Üzüntü-filan yoxdur, söhbət edirik və ordan ortaya nə çıxacaq maraqlı odur... Gənc hisslərini, yaşadıqlarını bu qədər dəqiqliklə necə verə bildiniz?
- O gənc qız dediyiniz həm də mən özüməm axı…
- Təzadlıdır, həm deyirsiniz ki, öz həyatınızı yazmamısınız, həm də deyirsiz o qız özüməm. Bəlkə sevdiyiniz orada yazdığınız şəxs olmayıb?
- O saraylarda işləyən qızların hamısı saray sahiblərinə heyranlıqla baxır. Təbii ki, onların heç biri o sarayların xanımı ola bilməz. Şirkət Səddamdan Qəddafiyə kimi böyük ərəb ailələrinin saraylarının işıqlandırma layihələrini həyata keçirib. Mən də işin içində olmuşam, onların həyat tərzi ilə tanışam. Onların ətrafındakı adamları tanımışam, amma bu o demək deyil ki, yazdıqlarımı yaşamışam.
- Yeni əsər yazmağı düşünürsünüz?
- Gerçək bir hadisəni qələmə almışam, Şahbaz bəydədir. Bilmirəm nə vaxt çapa verər. İkinci kitab tamam fərqli mövzudadır.
- Ailəlisiniz?
- Ailə qurmağa heç vaxtım olmadı. Yeni çılçıraq və işıqlandırma layihələrinin reklamı ilə məşğulam.
- Bakıya gəlirsiniz?
- Bakiya cox az gəlirəm, ildə bir dəfə. Hətta orda tikdirdiyim ev yarımçıq qalıb. Bakıda yaşamaq ağlıma belə gəlmir. Bakı şərtləri ilə ayaqda durmaq çox çətindir. Bu baxımdan siz məndən cəsarətli xanıma bənzəyirsiniz. Bir şeyi xahiş edirəm, müsahibədə məni aşağılayan ifadələrə yer verməyin.
Ramilə Qurbanlı

1634 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024